Yaralı əsgərimiz vətənə döndü - VİDEO

Yaralı əsgərimiz vətənə döndü - VİDEOOnun ayaq üstə vətənə qayıtdığını görmək bizdə fərəh hissi yaratdı

Bu ilin avqust ayında Ermənistan ordusunun cəbhədə aktivləşməsi zamanı 8 şəhid xəbərinin ardınca erməni silahlı birləşmələrinin yaraladığı əsgərlərmizdən biri, Türkiyədə müalicə alan 19 yaşlı əsgərimiz nəhayət vətənə qayıtdı.

19 yaşlı Sərxanı öz ayaqları üstündə vətənə qayıtdığını görmək məndə fərəh hissi yaratdı. Yenicə addımlayan körpəni xatırladan əsgərimizinin həyəcanı isə üzündən oxunurdu. Dayısının qolundan tutaraq bizə tərəf gələn Sərxan addımlarını inamla ataraq büdrəməməyə çalışırdı. O, öz sevincinin bizlərlə bölüşdü.

"Özümü çox yaxşı hiss edirəm. Çox sevinirəm ki, Azərbaycandayam. Prezidentimiz İlham Əliyevə və Müdafiə Naziri Zakir Həsənova təşəkkürümü bildirirəm. Ankarada fəaliyyət göstərən həkimlərə minnətdaram".

Türkiyədə müalicəsi başa çatan Sərxan Tahirzadəni Heydər Əliyev Beynəlxalq Hava Limanında yaxınları ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri qarşılayıb.

Sərxan vətənə sağ-salamat qayıtmaq hissinin yaratdığı həyəcandan danışa bilmirdi. Sərxan Türkiyədə tamamilə müalicəsini başa vurub və Bakıda bir neçə yoxlamalardan sonra evinə buraxılacaq.

Yaralanan əsgərlərimizin müalicəsini Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb.

"Hərbi xidmətlərini davam etdirən əsgərlərə uğurlar arzulayıram. Azərbaycanın bütün problemlərinin həllində hər zaman Türkiyə olaraq, qardaş ölkə olaraq əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik" – deyə TİKA-nın kordinatoru Mustafa Haşim Polad bildirib.

Avqustun 9-da cəbhədə yaralanmış əsgərlərdən Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə Türkiyəyə göndərilib. Onlardan ikisi artıq vətənə qayıdıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1830   Tarix: 18 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24.04.2024 239
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 147
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

24.04.2024 256
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 186
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 280
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1615
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

24.04.2024 635