Zakir Həsənov tapşırıq verdi - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirir ki, toplantını giriş sözü ilə açan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, hərbi tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması və tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi üçün dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini qeyd edərək Müdafiə nazirinə bu sahəyə göstərdiyi diqqətə görə görüş iştirakçıları adından minnətdarlığını bildirib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov toplantıda çıxış edərək Silahlı Qüvvələrin döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işlərinin ölkə rəhbərliyinin, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusilə vurğulayıb.

2015-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışan Müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu qeyd edib. Məhz bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb.

Görüşün sonunda Müdafiə naziri tibb zabitlərinin hərbi təbabətin aktual sahələri ilə bağlı suallarını ətraflı cavablandırıb və bir sıra məsələlərə aydınlıq gətirib.

Sonra Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsinin əsaslı təmir olunmuş qərargah və yataqxanasına baxış keçirən Müdafiə naziri görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

Zakir Həsənov tapşırıq verdi - FOTOZakir Həsənov tapşırıq verdi - FOTOZakir Həsənov tapşırıq verdi - FOTOZakir Həsənov tapşırıq verdi - FOTOZakir Həsənov tapşırıq verdi - FOTOZakir Həsənov tapşırıq verdi - FOTOZakir Həsənov tapşırıq verdi - FOTOZakir Həsənov tapşırıq verdi - FOTOZakir Həsənov tapşırıq verdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2882   Tarix: 18 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 70
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 227
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 473
.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 17
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 237
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 298
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 285
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 72
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 263