• Sübh namazı 04:58
  • Gün çıxma vaxtı 06:32
  • Zöhr namazı 13:40
  • Əsr namazı 18:14
  • Axşam namazı 21:07
  • İşa namazı 22:45
 Bakı
  • Gündüz +30
  • Gecə +21
AZN məzənnəsi
USD
0.7858
EUR
1.0017
RUR
0.0254

Beynalxalq Novruz Festivalı Azərbaycanda-2011

Beynalxalq Novruz Festivalı Azərbaycanda-2011

AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı İctimai Birliyi) tərəfindən “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2011” adlı beynəlxalq tədbir təşkil ediləcək. 15-22 mart tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirin əsas məqsədi dünya gənclərini xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, eyni zamanda mühüm əhəmiyyət daşıyan mədəniyyətlərarası gənclər mübadiləsini inkişaf etdirməkdir. Bu barədə məlumat ANS PRESS-ə nazirliyin mətbuat xidmətindən verilib.

Layihədə dünyanın müxtəlif ölkələrindən 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.

Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (“dözümlülük”, “yerli adət və ənənələr və qlobalizasiya”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” və s.) müzakirələr etmək şansı qazanacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olmaqla, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhvə vermək imkanı əldə etmiş olacaqlar.

Xatırladaq ki, AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. AEGEE-Bakı 2004-cü ildən fəaliyyətə başlamış və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb edib. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.
Paylaş:
Bölmə: Azərbaycan Müəllif: SEHİD_OLACAM Oxunub: 3676 Tarix: 18.03.2011
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bu gün Qaradağlı faciəsindən 19 il ötür Hava yenidən soyuyacaq
Millət vəkilinin “Sevgi məktubları” kitab.. Bu gün Torpaq çərşənbəsidir
Xalq şairi Balaş Azəroğlu vəfat edib İki azərbaycanlı hərbçi və bir erməni mülk..
Yeni ilin ilk qarı Qubaya yağdı Mehriban Əliyeva Romada (FOTOLAR)
Bakı "EuroClub"u yerləşdiyi məkanın böyükl.. “Eurovision-2012” ilə əlaqədar bağlanacaq ..
Fikrini bildir !
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
nezrinka
Qısa məlumat
nezrinka
: qiymət: 0
Tarix: 15.02.2012 | # 1
bu il goren nece kececek...





 
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.

SAYTA GİRİŞ
Bölmələr
DİLMANC
Mob.Az - pulsuz mobİl yükləmələr