Bakıda polis mat qaldı sərxoş qadın hara hacı hara? - FOTO

Bakıda polis mat qaldı sərxoş qadın hara hacı hara? - FOTOMüayinədən keçməkdən imtina edən xanımı İbrahim Nehrəmli də xilas edə bilməyib

Xəbər verdiyimiz kimi, ötən həftənin şənbə günü gecə saat 1 radələrində Bakıda keçirilən reyd zamanı "Range Rover" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Könül Vəliyeva saxlanılıb. Yol polisi əməkdaşları onu sərxoşların müayinə mərkəzinə aparsalar da, xanım sürücü burada müayinədən imtina edib. Buna baxmayaraq, ona inzibati protokol tərtib olunub və protokolda sərxoşluqdan imtina barədə qeydiyyat aparılıb. Qanunvericiliyə görə, sərxoş sürücü və sərxoşluq müayinəsindən imtina edən sürücünün cəzası eynidir. K.Vəliyevaya tərtib olunan protokolun nömrəsi 843343-dür.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirir ki, Könül Vəliyeva DYP əməkdaşları tərəfindən saxlanılarkən telefonla harasa zəng edib, hətta "Hacıya zəng edirəm" kimi ifadələr işlədib. Araşdırmalarımız zamanı məlum olub ki, sərxoş halda avtomobil idarə edən xanım sürücü tanınmış iş adamı hacı İbrahim Nehrəmlinin işçisidir. Bu xanım İbrahim Nehrəmlinin katibəsi də işləyib. Buna görə də xanım sürücünün ora-bura zəngindən sonra hacı İbrahim Nehrəmli DYP-dən bir neçə nəfərə zəng edərək onun sərbəst buraxılmasını xahiş edib. Hər kəsdə də təəccüb yaranıb ki, hacı hara, sərxoş xanım sürücü hara?

DYP əməkdaşlarının inadını görən iş adamı sonda susmaq qərarına gəlib. Hətta sərxoşların müayinə mərkəzində olarkən xanım sürücünün arxasınca idmançı cüssəli bir şəxs də gəlib. Bu, hacı İbrahimin adamı olub. Ancaq onun da cəhdləri uğursuz alınıb və sürücünün törətdiyi qayda pozuntusuna uyğun olaraq protokol yazılıb.
Maraqlıdır ki, Könül Vəliyeva və yanındakı rəfiqəsi yol polisləri tərəfindən saxlanılıb müayinə mərkəzinə aparıldıqda orada özlərini tez-tez "dövlət işçisi" kimi təqdim edirmişlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5750   Tarix: 12 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862