O Leninin ailəsinə Xruşovun anasına və Stalinə xidmət göstərib - FOTO

O Leninin ailəsinə Xruşovun anasına və Stalinə xidmət göstərib - FOTOYəqin ki, Rusiya prezidenti Vladimir Putinin ata babası Spiridon Putin nəvəsinin dövlət başçısı olduğunu görsəydi, sevincinin həddi-hüdudu olmazdı.

Təkcə prezident babası olduğuna görə yox, həm də ona görə ki, o, öz dövründə siyasi liderlərin ətrafında olarkən ölkənin birinci şəxs statusunun nə olduğunu müşahidə edib. Düzdür, Spiridon İvanoviç Putin vəzifə kürsülərini zaman-zaman dəyişərək, liderliyə doğru gedən siyasətçi olmayıb. O, sadəcə siyasi liderlərin mətbəxlərində liderlik edib.

BiG.AZ saytı modern.az saytına istinadən bildirir ki, babasının aşpaz olmasını Vladimir Putin "Vladimir Putinlə söhbət-birinci şəxsdən" kitabında da qeyd edib. Bildirib ki, babası Ulyanovlar ailəsinin aşpazı olub. Bir sıra kütləvi informasiya vasitələrində Spiridon Putinin Vladimir İliç Leninin aşpazı olduğu göstərilir. Ancaq burda bir anlaşılmazlıq var. Leninlə bağlı bütün arxiv sənədlərində qeyd olunur ki, proletariatın rəhbərinin mətbəxində yalnız qadınlar çalışıb. O cümlədən Leninin əsas aşpazı və həm də xidmətçisi Şura Vorobyova adlı qadın olub. Bu məsələ ilə bağlı tədqiqatçıların araşdırmasından məlum olub ki, Spiridon Putin Leninin ölümündən sonra Qorkidə onun ailəsində aşpaz kimi fəaliyyət göstərib. O, Leninin ailə üzvlərinin və o cümlədən Nadejda Krupskayanın yeməklərini hazırlayıb.

Putinin qan qohumu olan Yevgeni Putinin sözlərinə görə, baba Putin 15 yaşında olarkən aşpaz sənətini öyrənmək üçün Sankt-Peterburqa gəlib. Bu işdə ona qohumları yardımçı olub.

30-cu illərin sonundan Spiridon Putin İlyinski istirahət evində fəaliyyətini davam etdirib. O, burda əsasən mədəniyyət naziri Furtsevaya, Moskva şəhər partiya komitəsinin birinci katibləri olmuş Qrişinə, Kapitonova, Xruşova və onun anasına aşpaz kimi xidmət göstərib.

Böyük Vətən müharibəsi illərində Spiridon Putin Sovet İnformasiya Bürosunun rəhbəri Şerbakovun bağ evində çalışıb.

Spiridon Putinin Stalinin bağ evində aşpaz olması fikri də yanlışdır. Vladimir Putinin əmisi Aleksandr Putinin söylədiklərinə görə, atası heç vaxt Stalinin aşpazı olmayıb: "Atam Stalinin aşpazı işləməyib. Ancaq buna baxmayaraq, o, bir neçə dəfə Stalin üçün müxtəlif xörəklər hazırlayıb. Stalin gizli şəkildə arabir Qorkiyə - Ulyanovlar ailəsinə baş çəkəndə atam onun üçün xörəklər hazırlayıb. Atamın dediklərinə görə, Stalinin ən çox sevdiyi xörək qoyun ətindən hazırlanmış "Araqvi" idi. Bu xörəyin adını Stalin özü qoymuşdu. Atam söyləyirdi ki, Stalin çox tələbkar və ədalətli insan idi. Buna baxmayaraq atam xidmət etdiyi yüksək çinli insanların arasında daha çox Ulyanovlar ailəsini hörmətlə xatırlayırdı".

Aşpaz Putin öz dövründə işini mükəmməl bilən peşə sahibi kimi tanınsa da, öz sənətindən razı olmayıb. O, mühəndis və ya arxitektor olmaq arzusunda olub. Buna görə də özündən sonra övladlarına və nəvələrinə aşpaz olmağı tövsiyyə etməyib. Və təbii ki, ən ağıllı nəvəsi olan Vladimir Putin də aşpazlığı yox, siyasəti seçib. Elə bir siyasəti ki, onu prezident kürsüsünə yüksəldib və bu kürsüdə ona aşpazlar briqadası xidmət edir.

Spiridon Putin 1965-ci ildə 86 yaşında vəfat edib. 72 yaşına qədər onu peşəkar aşpaz kimi mötəbər ziyafətlərin təşkilinə dəvət ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1951   Tarix: 02 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925