Şəxsiyyət vəsiqələri ilə bağlı sərəncam imzalandı

Şəxsiyyət vəsiqələri ilə bağlı sərəncam imzalandıPrezident İlham Əliyev Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin (bundan sonra – şəxsiyyət vəsiqəsi) tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə qərara alıb:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

1.1. şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinin təkmilləşdirilməsini, onların zəruri proqram-texniki vasitələrlə təchiz olunmasını;
1.2. "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra – İAMAS) şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsini;

1.3. şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilən və dəyişdirilə bilən məlumatlarda dəyişikliklər edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını;
1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə, şəxsiyyət vəsiqəsi ilə ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrinin proqram-texniki vasitələrinin təkmilləşdirilməsini;

1.5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün "ASAN xidmət" mərkəzlərində və əhaliyə səyyar xidmət göstərən nəqliyyat vasitələrində müvafiq proqram-texniki vasitələrin təchizatını və quraşdırılmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

2.1. yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsini;
2.2. şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılsın ki, şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) haqqında vətəndaşın ərizə-anketindəki məlumatların real vaxt rejimində yoxlanılması və nəticələrinin İAMAS-a təqdim olunması məqsədi ilə müvafiq dövlət informasiya sistemlərinin inteqrasiyasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etsinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilən və dəyişdirilə bilən məlumatlarda dəyişikliklər edilməsi üçün müvafiq informasiya sistemlərinin təkmilləşdirilməsini, avadanlığın gücləndirilməsini və zəruri infrastrukturun yaradılmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu Sərəncamın, müvafiq olaraq, 1 – 4-cü hissələrində nəzərdə tutulan işlərin şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə görülən tədbirlərlə bərabər aparılmasını və 2015-ci il dekabrın 1-dək başa çatdırılmasını təmin etsinlər.
6. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Sərəncamın 5-ci hissəsinə uyğun olaraq şəxsiyyət vəsiqələrinin hazırlanması və tətbiqi məqsədi ilə görülən tədbirlərin əlaqələndirilməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Sərəncamın 1 – 4-cü hissələrində nəzərdə tutulan işlərin 2015-ci il dekabrın 1-dək başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin etsin;
7.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

gün.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4552   Tarix: 29 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

21:02 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

16:26 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

21:41 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0