Sükan arxasında olan qadınlara 9 tövsiyyə

Sükan arxasında olan qadınlara 9 tövsiyyəBu gün sükan arxasında əyləşən qadınların sayının getdikcə artdığı hamıya məlumdur. Bir çox qadınlar sükan arxasında əyləşərkən baş verən qəzanın şahidi olduqda və ya qəza riski olduqda stress yaşayır. Statistik araşdırmalar nəticəsində məlum olub ki, avtomobil və yol hərəkəti qaydalarının düzgün dərk edilməsində və qəza riskindən xətasız-bəlasız xilas olmaqda qadınlar kişilərə nisbətən 40% zəifdir. Odur ki, əziz xanımlar sükan arxasında olan zaman stressdən uzaq olmaq üçün bizə məsləhətləri nəzərinizə çatdırırırıq:

1. Əmin olun ki, maşın qaydasındadır.

Avtomobili sürməzdən əvvəl əmin olmaq lazımdır ki, o qaydasındadır. Yanacaq gedəcəyiniz yerə bəs edəcək? Yolüstü harada yanacaq doldura bilərsiniz? Sonuncu dəfə yağın və suyun səviyyəsini nə vaxt yoxlamısınız? Maşın həmişəki kimi işə salınır, yoxsa yad səslər eşidirsiniz? Təkərlər qaydasındadır? Yola çıxmamışdan qabaq iki dəqiqənizi sərf edib avtomobili yoxlanışdan keçirtsəniz, yolda bir neçə saatlıq ləngimədən qaça bilərsiniz.

2. Marşrutu planlaşdırın.

Əgər sizin marşrutunuz tanımadığınız istiqamət üzrədirsə, onda xəritəni yaxşı öyrənin və yolu yadda saxlamağa çalışın. Qabaqcadan daha təcrübəli sürücülərdən yolu soruşmağa utanmayın. Salonlarda marşrutu planlaşdırmağa kömək edən kompüter naviqatorlu avtomobil sifariş etmək olar. Eyni naviqatorlar ayrı da satılır - bu halda siz salonda onu müstəqil bərkidə bilərsiniz.

3. Komforta fikir verin.

Əgər sükan arxasında yeriniz rahatdırsa, idarə zamanı heç nə fikrinizi yayındıra bilməz. Kreslonu və arxa görünüş güzgülərini elə nizama salın ki, komfort maksimum dərəcədə təmin olsun. Kondisioneri optimal temperaturda saxlayın. Mobil telefonu "Hands-free" qurğusuna qoşun – qəzaların yüksək faizi sürücülərin bir əlində telefonu saxlayaraq sükanı idarə etməsi ucbatından baş verir. Amma hətta hands-free-lə mobil telefon danışıqlarını minumuma yaxınlaşdırmaq lazımdır ki, diqqət yayınmasın.

4. Qabaqcadan yola çıxın

Əgər vaxtınız varsa, yola bir az tez çıxın.Belə halda siz kifayət qədər rahat və xoşagəlməz hadisələrdən uzaq olacaqsınız. Gecikdiyiniz zaman əsəbiləşirsiniz və tez-tez yol hadisələrinə gətirib çıxara bilən təhlükəli manevrlər edirsiniz. Getdiyiniz yol 2-3 saatlıqdırsa, yolda dayanmaq, su içmək və istirahət etmək lazımdır.

5. Yol hərəkəti qaydalarına riayət etməli

Bəzən yol nişanları sürücülər üçün heç bir əhəmiyyət daşımır və lazımsız olur. Yol hərəkəti qaydalarında qaydalar və sürət məhdudiyyətləri aydın formada verilir. Ona riayət etməklə siz öz şəxsi təhlükəsizliyinizin qayğısına qalmış olursunuz. Kəskin manevrlərdən çəkinin: əgər bir sıradan digərinə keçmək istəyirsinizsə və yaxınlıqda olan avtomobili görməmisinizsə, düzgün hərəkət zamanı hər iki sürücünün toqquşmadan qaçmaq imkanı olur.

6. Diqqətli olun

Yolda dolaşıq gedən, gah sağa, gah da sol keçən avtomobillərdən ehtiyatlı olun. Belə avtomobildə sükan arxasında sərxoş, təcrübəsiz, yaşlı biri ola bilər. Yaxud da avtomobilin texniki vəziyyəti nasazdır. İmkan daxilində yük maşınlarına, avtobuslara yaxınlaşmayın. Bu nəqliyyat vasitələrində icmal minik avtomobillərindən daha pis vəziyyətdə ola bilər və ya yerini dəyişən zaman sürücü sizi görməyə bilər. Yük maşınının ardınca gedirsinizsə, 20-30 metrlik məsafə saxlayın. Yük maşınlarının arxa təkərlərinin arasında balaca daşlar qalır və bunlar hərəkət zamanı sizin maşınınızın üstünə gələ bilər. Zibil daşıyan yük maşınlarındakı böyük predmetlər (vedrələr, bellər, quraşdırmalar və s.) maşınınız və sağlamlığınız üçün təhlükə yarada bilər.

7. Zolaqlar üzrə hərəkətə riayət edin.

Öz zolağınız üzrə ciddi hərəkət edin: yol-nəqliyyat hadisəsi zamanı günahsızlığınızı sübut etmək daha asan olacaq. Hətta belə hərəkət zamanı qəzanın başvermə faizi də aşağıdır. Həm də zolaqda mərkəzdən bir az daha solda dayanmaq daha yaxşıdır. Sol hissəni siz daha yaxşı görürsünüz və nəzarət etməyiniz daha asan olur.

8. Avtomobil sürərkən uşaqlarınıza ciddi qanun tətbiq etməlisiniz:

Həyati vacib məsələlərdə ancaq anasının diqqətini özünə cəlb edə bilər. Digər sualları isə sonraya saxlamaq olar, məsələn, işıqforda soruşa bilər. Uşaqlar özləri ilə oyuncaqlarını, kitablarını, qulaqcıqlı pleyerlərini və elektron oyunlarını götürə bilərlər ki, darıxmasınlar.

9. Ən əsası əsəbiləşməyin.

Şəhərin yolları - bu böyük, arası kəsilməyən stresdir və sizin işiniz ona tabe olmamaqdır. Əgər yolda hansısa bir vəziyyət sizi özünüzdən çıxardırsa, dayanın, sakitləşin və yalnız bundan sonra yola davam edin.

Çalışın sükan arxasında stress və narahatlıq yaşamayın.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1428   Tarix: 30 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197