Qarabağdan qələbəyə bərabər heç heçə - FOTO

UEFA Avropa Liqasının F qrupunda mübarizə aparan "Qarabağ" 5-ci turun oyununa "Geoffroy Guichard" stadionunda çıxır. Ağdam klubu keçirdiyi hər 4 oyunda bərabərliyə razılaşan "Saint Etienne"in qonağıdır. Komandalar aşağıdakı start heyətləri ilə matça çıxıb.

Saint-Etienne: Stefan Ruffye, Kevin Teofile Katerin, Jonatan Brizon, Loik Perren, Mustafa Bayal Sall, Jeremi Kleman, Maks-Alen Qradel, Reno Koad, Fabien Lemuan, Romen Hamuma, Riki van Volfvinkel

Qarabağ: İbrahim Şehiç, Maksim Medvedyev, Rəşad Sadıqov, Ansi Aqolli, Bədavi Hüseynov, Qara Qarayev, Namiq Yusifov, Muarem Muarem, Riçard Almeyda, Leroy Corc, Vüqar Nadirov

"Saint Etienne" 5-ci dəqiqədə "Qarabağ"ın qapısına doğru ilk zərbəsini endirdi. Lemuanın qüvvətli zərbəsi qapıdan aralı keçdi. 2 dəqiqə sonra Van Volfsvinkel cərimə meydançası daxilində topa başla dəqiq zərbə endirə bilmədi.

"Qarabağ"ın cavabı 15-ci dəqiqədə qolla gəldi. Vüqar Nadirov aşırma zərbə ilə topu Ruffyenin qapısından keçirdi. 21-ci dəqiqədə Riki van Volfsvinkel hesabı bərabərləşdirdi. Holland futbolçu Şehiçin dəf etdiyi topu təkrar zərbə ilə qapıya göndərdi. 43-cü dəqiqədə Volfsvinkel növbəti dəfə "Qarabağ"ın qapısının torunu silkələsə də, hakim offsayd qeydə alaraq topu saymadı.

İkinci hissəyə də meydan sahibləri fəal başladı. 50-ci dəqiqədə yenə Riki van Volfsvinkel topu yaxın məsafədən qapıdan keçirə bilmədi. Yan xətt hakiminin də bayrağı havada idi. 56-cı dəqiqədə Fabien Lemuanın təhlükəli zərbəsi Rəşad Sadıqova dəyərək qapı xəttindən çıxdı.
58-ci dəqiqədə "Saint Etienne" növbəti dəfə qola yaxınlaşdı. Katerinin uzaq məsafədən zərbəsini Sehiç çətinliklə dəf edə bildi.

Riki van Volfsvinkelin (68) təhlükəli mövqedən növbəti zərbəsi dəqiq alınmadı. Cəmi 1 dəqiqə sonra Qradelin zərbəsini Şehiç qaytardı. 73-cü dəqiqədə Mustafa Bayal Sall da uzaqdan qapını yoxlamaq qərarına gəldi. Təhlükəli zərbə qapıdan az fərqlə yan keçdi.
79-cu dəqiqədə künc zərbədən ötürülən topu Katerin "Qarabağ"ın qapısına doğru yönəltsə də, zərbə qeyri-dəqiq oldu.

90 1-ci dəqiqədə Qradelin təhlükəli cərimə zərbəsini Şehiç ustalıqla dəf etdi. "Qarabağ" ikinci hissədə yaxşı müdafiə olunaraq bərabərliyi qorudu. Beləliklə, növbəti tura vəsiqənin taleyi Tofiq Bəhramov adına Respublika stadionunda həll olunacaq.

Qarabağdan qələbəyə bərabər heç heçə - FOTOQarabağdan qələbəyə bərabər heç heçə - FOTOQarabağdan qələbəyə bərabər heç heçə - FOTOQarabağdan qələbəyə bərabər heç heçə - FOTOqol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1968   Tarix: 28 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Şamaxı" FK-nın İdarə Heyətinin üzvü vəfat edib

"Şamaxı" futbol klubunun İdarə Heyətinin üzvü, Şamaxı rayonunun Maliyyə idarəsinin rəisi Seyran Alcanov vəfat edib. xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat verilib. "Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk", - dey

17.03.2024 342
.

Ronaldu Ramazanla bağlı reklama çəkilib - VİDEO

Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubunun portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldu Ramazanla bağlı reklama çəkilib. "Mən bunu sevirəm, Ramazan-Kərim", - futbolçu videoçarxı paylaşaraq qeyd edib

11.03.2024 686
.

Messinin imzaladığı forma Bakıda 20 minə satılır

Lionel Messinin PSJ klubuna aid forması Azərbaycanda satışa çıxarılıb. xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat paylaşılıb. Məlumata əsasən, köynək Fransada PSJ klubunun mağazasından alınıb. Formaya ulduz futbolçu Lionel Messi özü imza çəkib. Əsas məsələ isə köynəyə qoyulan qiymətdir

15.03.2024 424
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24.03.2024 164
.

Azərbaycanlı hakim-inspektor UEFA-dan növbəti təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb. Bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan - Macarıstan oyununun hakim inspektoru olacaq. Qarşılaşma martı

21.03.2024 258
.

Qurban Qurbanov: "Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq"

"Tovuzda olmaq həmişə xoşdur mənim üçün. Dünən bizi çox xoş qarşıladılar. Bizim üçün vacib oyun idi. Həmişə istəmişəm ki, çətin oyunlardan sonra futbolçularım xarakter göstərsinlər. Komanda toparlandı. Oyunun əvvəllərində bir az gərginlik yaşandı. Sonra oyunu ələ ala bildik. Futbolçularımı təbri

17.03.2024 429
.

Messini görməyənlər təzminat alacaq

"İnter Mayami" ilə Honq Konq millisi arasında keçiriləcək yoldaşlıq matçına bilet alan azarkeşlər biletin qiymətinin 50 faizi həcmində təzminat alacaqlar. "Qafqazinfo" xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin futbolçusu Lionel Messinin sözügedən oyunda meydana çıxmamasıdır. Azarkeşlə

19.03.2024 397
.

Laporta: "Futbolçularımıza görə kluba fantastik məbləğlər təklif olunur"

"Barselona" prezidenti Joan Laporta bildirib ki, klubun əsas heyətdən oynayan bir sıra futbolçuları üçün fantastik məbləğdə təkliflər alırlar. Bu barədə məlumatı jurnalist Fabrisio Romano ictimailəşdirib. "Biz Lamin Yamal kimi oyunçular üçün təxminən 200 milyon avro təkliflər alırıq v

24.03.2024 220
.

FIFA rəhbərinin maaşı məlum olub

"Sky Sports"un jurnalisti Rob Harris FIFA prezidenti Canni İnfantinonun aldığı maaşın səviyyəsini açıqlayıb. "Report" xəbər verir ki, FIFA rəhbəri 2023-cü ildə yenidən qurumun prezidenti seçildikdən sonra daha çox qazanmağa başlayıb. Onun 1,99 milyon avro maaşı 33 % artırılaraq 2,6

17.03.2024 461