Xəyallarla yaşasaq uduzarıq

Xəyallarla yaşasaq uduzarıq"Yaxşı komandaya qarşı oynayacağıq. Ağır oyun bizi gözləyir. "Sent-Etyen" güclü, komplektləşmiş komandadır. Rəqibin iki oyunçu istisna olmaqla, hamısı hazırdır. Qrupda 4 xal toplayan hər üç komandanın 1/16 finala yüksəlmək şansı var".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə sabahkı matç öncəsi keçirilən mətbuat konfransında deyib.

– Sabahkı matçda Bakıdakından fərqli oyun sərgiləyəcəyinizi gözləyirsiniz?

– Üstünlük rəqibdədir. "Sent-Etyen" Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq.

– Legionerlərin oynamamağı sizin manevr imkanınızı azalda bilərmi?

– Düzgün qeyd etdiyiniz kimi, futbolçuların hər biri önəmlidir. Təəssüf ki, legioner futbolçuların bəziləri zədələdirlər. Əlimdə seçim imkanı azdır. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edir və uğur üçün əllərindən gələni edəcəklər.

– Zədəli oyunçularınız tez-tez olur.Sizə qarşı kobud oynayırlar, yoxsa hazırlıq prosesində nəsə problem olub?

– Zədədən heç kim sığortalanmayıb. Hazırlıqla bağlı problem olmayıb. Müasir futbol çoxlu sürət tələb edir. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdur. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaq. Amma buna baxmayaraq, matç rahat olacaq. Çünki rəqibi tanıyırıq və daha yaxşı oynamağa çalışacağıq.

– Bugünkü "Sent-Etyen"i necə qiymətləndirirsiniz?

"Sent-Etyen"ə hörmətlə yanaşırıq. Dediyimiz kimi komplektləşmiş komandadır. Bütün işi komanda şəklində görürlər. "Sent-Etyen" hər bir komanda üçün çətin rəqibdir. Fransa çempionatında liderlə xal fərqinin az olması "Sent-Etyen"in gücünü göstərir. Rəqib məşqçinin əlində futbolçularla bağlı seçim imkanı çoxdur. Düşünürəm ki, maraqlı oyun olacaq.

– Nəticə dönmə nöqtəsi ola bilər. "Sent-Etyen" qrupda bütün oyunlarda heç-heçə edib. Bu məqama fikir vermisiniz?

– Qısa deyim ki, rəqib çox heç-heçə edib. Bu da onların güclü müdafiə xəttindən xəbər verir. Həm qol buraxmamaq, həm də qol vurmaq gücləri var. Bütün bunları nəzərə almışıq.

– Qrupdan çıxmaq üçün neçə xal bəs edir?

– Neçə xal bəs edəcəyini bilmirəm, amma indiki xalımız qrupdan çıxmağa bəs etmir. İnsana xəyallar mane olur. Şanslarımızdan maksimum istifadə etməliyik. Xəyallarla yaşasaq, uduzarıq. Düzgün işləsək, nəticə də olar.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1475   Tarix: 27 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 253
.

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa

30.03.2024 333
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 463
.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 424
.

Messinin transfer qiyməti ucuzlaşdı

Transfermarkt portalı oyunçuların dəyərini yeniləyib. xarici KİV-ə istinadla bildirir ki, yeni siyahıya əsasən, Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messinin transfer dəyəri 5 milyon avro azalaraq, 30 milyon avroya düşüb. Dəyərin azalmasına baxmayaraq, "İnte

26.03.2024 509
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 904
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 724
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 157
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21.04.2024 247