Ən yaxşı iPhone dizaynları - FOTO

Apple şirkətinin istehalı olan iPhone modellərinin zərgərlik modifikasiyaları olduqca populyarlaşıb.

Bu günlərdə "Caviar" şirkətinin qızıldan hazırladığı, üzərində Azərbaycan bayrağı, xəritəsi və "Azerbaijan Land of fire" yazılmış iPhone-ları təqdim etməsi də buna bir sübutdur. Qızıl və brilyantlardan hazırlanan müxtəlif temalı iPhone-ların qiymətləri də fərqlənir. BiG.AZ Buro 24/7 Azerbaijan istinadən ən yaxşı iPhone dizaynlarını təqdim edir.

"Feld&Volk" sözügedən telefon brendi üçün bir çox modellər hazırlayıb. "Təmiz qızıl" adlanan bu iPhone 5S-in qiyməti 8990 dollar, yeni iPhone 6-nın qızılı printli versiyası isə 4799 dollardır. "Feld&Volk"un müxtəlif dövlətlərin atributlarını, mədəniyyətlərini əks etdirən spesifik temalı işlərinə də rast gəlmək olur.
Ən yaxşı iPhone dizaynları - FOTO"Brikk" şirkətinin hazırladığı bu lüks smartfondakı "Apple" logosu tamamilə brilyantlarla işlənib, bütün telefon isə 24 karatlıq qızılla əhatələnib. Qiyməti 8895 dollardır. Qızıl deyil, daha "sadə" görünüşlü platin iPhone 6 istəyirsinizsə, 8795 dollarınızdan keçməlisiniz.
Ən yaxşı iPhone dizaynları - FOTOƏn yaxşı iPhone dizaynları - FOTOİngilis şirkəti "Goldstriker" qızıl kənarlı 5S smartfonlarının arxasını təmiz dəri ilə işləyir. Fərqli dərilərdən ibarət olduqlarına görə qiymətləri də dəyişir, ümumilikdə təqribən qiymətləri 5900 dollardan başlayır. 24 karat qızılla işlənmiş iPhone 6-nın qiyməti 4700 dollar, ətrafı brilyantla bəzədilmiş "Rose Gold iPhone 5S Ambassador" modeli isə 6000 dollardır.
Ən yaxşı iPhone dizaynları - FOTOƏn yaxşı iPhone dizaynları - FOTOQızıl, platin, brilyant kimi parıltılı işləməli smartfonları sevməyənlər "Atelier"in poladdan hazırlanan və üzəri timsah dərisindən ibarət olan keyslərini əldə edə bilərlər. Qiyməti 2500 dollar olan timsah dərili keyslərdən başqa çəhrayı sapfirlə işlənmişlər də var. Möhkəmliyinə görə birinci sayılan sapfirli iPhone-lar 2200 dollardır. Adi qara dərili iPhone 6 keysi isə 2100 dollara sizin ola bilər.
Ən yaxşı iPhone dizaynları - FOTO"Falcon Luxury" şirkəti telefona pul xərcləməkdən çəkinməyənlər üçün əvəzolunmaz fürsət yaradıb. 18 karat qızıl və arxasında böyük çəhrayı brilyant qaşlı "iPhone 6 Plus"ı əldə etmək üçün nə az, nə çox - düz 110 milyon dollar lazımdır. Eyni formada hazırlanmış, ancaq göy brilyant qaşlı "iPhone 6"nı almaq isə 48,5 milyon dollar başa gəlir.
Ən yaxşı iPhone dizaynları - FOTOƏn yaxşı iPhone dizaynları - FOTO"Givori" şirkəti daha çox qadınlar üçün nəzərdə tutulan modelləri ilə məşhurdur. Çəhrayı timsah dərili, 19 karat qızıl iPhone 5 İtaliyada hazırlanır. Müxtəlif rəngli və qiymətli daşlarla işlənmiş bu modeldən dünyada cəmi 50 dənədir. Qiyməti isə 12 min 350 dollardır.
Ən yaxşı iPhone dizaynları - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6797   Tarix: 28 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381