MTRŞ-nın nöqsan tutduğu televiziya aparıcılarından münasibət

MTRŞ-nın nöqsan tutduğu televiziya aparıcılarından münasibətMilli Televiziya və Radio Şurası (MTRŞ) dünən 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatın nəticələrini açıqlayıb. Aparılan monitorinq nəticəsində İTV, "Xəzər", "Lider", "Space", ANS və ATV-nin efirlərində ədəbi dil normalarının pozulması faktları aşkarlanıb.
Monitorinqin nəticələrinə görə, ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata cəlb olunub.

Bunlardan 91-i "Xəzər", 56-sı İTV, 89-u "Space", 97-si ANS, 90-ı "Lider", 85-i isə ATV-də müşahidə olunub.

Azərbaycan ədəbi dil normalarını ən çox pozan televiziya kanallarının aparıcıları sırasında isə İlqar Mikayıloğlu, Mətanət Əliverdiyeva, Turan İbrahimov, Elvin Basqallı, Saleh Bağırov, Mikayıl Güləddinoğlu, Elgiz Əkbər, Zəminə Əliyeva, Natəvan Babayeva, Samirə Mustafayeva, Vüsalə Nürəddinqızı, Türkay Verdiyeva, Gülnar Muxtarqızı, Qənirə Ataşovanın adları qeyd olunub.
BiG.AZ saytı MTRŞ-nın iradlarına həmin aparıcılardan münasibət öyrənməyə çalışıb. Adı çəkilən aparıcıların hamısı ilə əlaqə saxlasaq da, bəziləri sorğumuza cavab verməyib.
"Adam içində" verilişinin aparıcısı Elgiz Əkbər MTRŞ-in hesabatında sadalanan iradları tamamilə haqlı sayıb:

"Hesab edirəm ki, göstərilən iradlar tamamilə haqlıdır. Çünki hesabat yayan qurumun başında Nuşirəvan Məhərrəmli kimi savadlı bir insan dayanıb. Onun mənimlə və həmkarlarımla bağlı iradları tamamilə haqlıdır və mən öz adıma həmin nöqsanların aradan qaldırılması üçün çalışacam".

ATV telakanlının "Gün üzü" verilişinin aparıcısı İlqar Mikayıloğlu da bildirib ki, Teleradio Şurası öz işinin öhdəsindən yaxşı gəlir:

"Onlar işlərini bilirlər, nəyi, necə etmək lazım olduğunu da bilirlər".

"MTRŞ-nın tutduğu iradların aradan qaldırlmasına çalışacaqsınızmı" sualına cavabı isə belə olub:

"Qabaqcadan nəsə deyə bilmərəm, söz vermirəm, yaşayarıq görərik".
"Xəzər" televiziyasının aparıcısı Türkan Verdiyeva isə açıqlanan hesabatdan xəbərsiz olduğunu bildirib:

"Hazırda tədbirdəyəm, açıqlamadan xəbərim yoxdur.Tanış olan kimi açıqlama verərəm" desə də, sonrakı zənglərimizə cavab verməyib.
ATV-nin xəbər aparıcısı Samirə Mustafayeva tənqidlərin onu daha da irəli apardığını söyləyib:

"Əslində mən tənqidlər üzərində püxtələşmişəm. Heç vaxt "bildiyim düzdür" deyə düşünmürəm. Tənqidlərdən nəticə çıxarmaq özü insanı irəliyə aparır. Hesabat bizə də gəldi, rəhbərlik başda olmaqla hamımız tanış olduq. Halbuki, bundan əvvəlki hesabatda mənim adım yox idi, hətta tərifləmişdilər. Bu həqiqətən məni sevindirmişdi. Amma budəfəki hesabatda mənə 2 irad tutulub. Xəbər blokunu özüm yığmağıma baxmayaraq, efirdə özümdən əlavələr edirəm. Bu mənim çılğın, emosional insan olmağımdan irəli gəlir. Xəbəri oxuyanda "demək", "demək ki", "məsələn" kimi sözlərdən çox istifadə edirəm. Hər iki səhvi normal qiymətləndirirəm və qəbul edirəm".

Space telekanalının xəbər aparıcısı olan Elvin Basqallı da MTRŞ-nın tənqidlərilə razılaşdığını açıqlayıb:

"Mən tam ali təhsilli ve ixtisası üzrə magistr təhsili alan bir jurnalistəm. Birinci növbədə jurnalist, daha sonra isə aparıcıyam. Hazırda ana xəbər aparıcısıyam və yaradıcılıq məhsuldarlığımın bol olduğu dövrdə hər hansı qüsurlar da qaçılmazdı. Ən çox dil normasını pozan aparıcılar sırasında olmağımın, həm də ən çox efirdə olmağımla bir əlaqəsi var. Əksər hallarda suflyordan imtina edirəm. Sərbəst şərhlər və təqdimatlar etdiyim vaxt canlı efirdə qüsurlar olur. İstənilən halda tənqidlərə açığam ve iradları dəqiq gözdən keçirəcəm".
Danışan, amma "xahiş edirəm, danışdıqlarımı verməyin" deyən aparıcılar da oldu. Biz də onların xahişini bu dəfə nəzərə aldıq.

axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6072   Tarix: 28 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

28.03.2024 124
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223