Obamaya çağırış edildi

Obamaya çağırış edildiABŞ Konqresinin üzvləri El Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit Qalleqo və Skott Perri Prezident Barak Obamaya məktublarla müraciət edərək Azərbaycanı dəstəkləməyə çağırıblar.

Konqresmenlər ABŞ-ın Azərbaycan ilə tərəfdaşlığını davam etdirməsinin çox vacib olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri strateji baxımdan önəmli bir regionda Birləşmiş Ştatların sınanmış və vacib müttəfiqidir. Bildirilib ki, ABŞ-ın xarici siyasətinin təhdidlərlə üzləşdiyi bir məqamda bu ölkənin öz müttəfiqlərinin dostluğuna və dəstəyinə ehtiyacı var.

ABŞ Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ilə terrorizmə qarşı mübarizədən enerji təhlükəsizliyinin təmininə qədər müxtəlif sahələrdə güclü tərəfdaşlıq qurub. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hadisələrdən sonra Azərbaycan terrorizmə qarşı qlobal mübarizədə rəsmi Vaşinqtona köməyini təklif edən ilk ölkələr arasında olub.

Məktublarda Azərbaycanın ABŞ-ın və NATO-nun Əfqanıstanda və İraqda həyata keçirdiyi əməliyyatlara hərtərəfli dəstək göstərdiyi, bu ölkənin Alyansın "Sülh naminə Tərəfdaşlıq" Proqramının fəal iştirakçısı olduğu diqqətə çatdırılıb.

Konqresmenlər bildiriblər ki, regionda ABŞ-ın təhlükəsizlik maraqlarını dəstəkləyən, qlobal enerji təhlükəsizliyində vacib tərəfdaş olan Azərbaycanın rəsmi Vaşinqton ilə əlaqələri Xəzərin enerji resurslarının Amerika şirkətləri tərəfindən işlənməsi ilə daha da möhkəmlənib. Onlar bu baxımdan 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin əhəmiyyətini xüsusi qeyd ediblər. Vurğulanıb ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzərin karbohidrogen ehtiyatlarının ABŞ-ın Avropadakı müttəfiqlərinə çatdırılması, Cənubi Qafqaz regionunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Konqresmenlər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfələr verəcək "Cənub" qaz dəhlizinin reallaşmasında da Azərbaycanın mühüm səylərini qeyd ediblər. Bildiriblər ki, bu layihənin həyata keçməsi ilə Azərbaycan ABŞ-ın Avropadakı müttəfiqlərinin təbii qazla təchizatında əsas rol oynayacaq.

Məktublarda Azərbaycanın iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olduğu, ümumi daxili məhsulun artdığı, Cənubi Qafqazın iqtisadiyyatının 80 faizini bu ölkənin iqtisadiyyatının təşkil etdiyi, yoxsulluğun səviyyəsinin 5 faizə düşdüyü diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir.

Azərbaycanın qədim etnik və dini tolerantlıq tarixinin olduğunu bildirən konqresmenlər əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bu dünyəvi ölkədə əsrlərdir xristian və yəhudi icmalarının sülh şəraitində yaşadıqlarını qeyd ediblər. Konqresmenlər ekstremizmə qarşı mübarizədə də ABŞ-ın vacib tərəfdaşı olan Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün nümunə kimi səciyyələndiriblər.

Konqres üzvləri Prezident Barak Obamanı ABŞ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə çağırıblar.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 953   Tarix: 28 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. BİG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfat

24.04.2024 298
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 136
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24.04.2024 317
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24.04.2024 152
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 205
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 147