Nar və Ceyran - Bakı 2015-in simvolları - FOTO

Bu gün Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib.

Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq hazırlanan simvollar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək.

Gənclər və İdman naziri, Bakı 2015-in Baş icraçı direktoru Azad Rəhimov bütün dünyaya Ceyran və Narı təqdim etməkdən şad olduqarını və onların birinci Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklərinə ümid etdiyini deyib.

"Bakı 2015-in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər".

Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.

Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks edilərək artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.

Bakı 2015-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq simvolların ilk Avropa Oyunları üçün çox əhəmiyyətli olduğunu deyib. "Onları Bakı 2015 ailəsində salamlamağa çox şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək".

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

anspress.com

Nar və Ceyran - Bakı 2015-in simvolları - FOTONar və Ceyran - Bakı 2015-in simvolları - FOTONar və Ceyran - Bakı 2015-in simvolları - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4300   Tarix: 26 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 458
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 297
.

Mourinyo: "65 yaşıma qədər işləmək istəyirəm"

"Çelsi", "Portu", "Real Madrid", "İnter", "Roma" kimi klubları çalışdırmış Joze Mourinyo yeni açıqlama ilə diqqət mərkəzinə gəlib. 61 yaşlı mütəxəssis məşqçilik karyerasını bitirmək fikrində olmadığını vurğulayıb. "Mənim hazırda 61 yaşım var və 6

23.04.2024 243
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21.04.2024 356
.

Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Niderlandlı baş məşqçi Erik Ten Haq İngiltərə təmsilçisi "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib. "Report" xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında belə xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb. "Hazırda bu barədə düşünmürəm

30.03.2024 328
.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 437
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 415
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 244
.

"Qarabağ"ın futbolçusu hakimi söydüyü üçün cəzalandırıldı

UEFA "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb. "Report"un əldə etdiyi məlumata görə, buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi söyməs

26.03.2024 528