Poldəşt Şahtaxtı sərhəd keçid məntəqəsinin fəaliyyəti sutkalıq olacaq
Biz çox istərdik ki, dost və qardaş ölkə olan Azərbaycanın investorları Maku Azad Ticarət Zonasına sərmayə yatırsın.
Bu barədə İranın Qərbi Azərbaycan vilayətində səfərdə olan bir qrup azərbaycanlı jurnalistə müsahibəsində Maku Azad Ticarət Zonasının rəhbəri Hüseyn Fruzan deyib.
O bildirib ki, Maku Azad Ticarət Zonası iki ildir ki, təsis olub və İranda azad zona kimi fəaliyyətə başlayan sayca yeddincidir.
H.Fruzanın sözlərinə görə, Maku Azad Ticarət Zonasının ümumi sahəsi 5 min kvadrat metrdir və Maku, Poldəşt, Bazarqan, Şot şəhərlərini özündə birləşdirir. Azad zonanın təsis olunmasından məqsəd sərmayə yatırmaq istəyən şəxslər üçün iş imkanının yaradılmasıdır:
"Azad Ticarət Zonasında sərmayə yatırmaq üçün əlverişli şərait yaratmağa çalışırıq. Buranın inkişaf etdirilməsi üçün lazım olan infrastruktur işləri görülür.
Məsələn, zonada hava limanı tikilib və altı aydan sonra istifadəyə veriləcək. Yol infrastrukturu yaxşılaşdırılır, sənaye müəssisələrinin tikilməsi üçün ərazi ayrılıb.
Biz çox istərdik ki, dost və qardaş ölkə olan Azərbaycan investorları, eləcə də Türkiyə investorları bura sərmayə yatırsınlar. Onların bu azad zonada investisiya yatırması İran və Azərbaycan xalqlarının xeyrinədir.
Maku Azad Ticarət zonasında sərmayə yatırmaq üçün əlverişli şərait var, enerji qiymətləri çox aşağıdı, işçi qüvvənin məvacib xərcləri azdır.
Zonada istehsal olunan məhsullara ixrac olunarkən gömrük xərcləri tətbiq olunmur. Geyim, mebel və s. bu kimi məhsullar istehsal olunur. İnvestorlar 20 il vergidən azad olunur".
O deyib ki, Poldəşt-Şahtaxtı sərhəd keçid məntəqəsi Naxçıvan MR ilə həmsərhəd olduğundan bizim üçün çox önəmlidir:
"Azərbaycan və İranın mədəniyyət, tarix və din baxımından bir – birinə oxşarlıqları var. Elə buna görə, çalışırıq ki, Poldəşt sərhəd keçid məntəqəsini daha da aktiv keçid məntəqəsinə çevirək.
10 gün öncə Naxçıvan MR məsul şəxsləri ilə görüşümüz oldu və qərara aldıq ki, Poldəşt sərhəd keçid məntəqəsinin fəaliyyətini sutkalıq edək.
Razılaşdıq ki, gediş-gəlişlərdə prosedurları sadələşdirilsin. Son vaxtlar İran vətəndaşları üçün Naxçıavan MR –ə gediş 10 avro ya qədər endirilib. Bu iki ölkə vətəndaşlarının inkiafına təkan verəcək. Əgər Azərbaycan tərəfi də razı olsa Poldəştdə müştərək ticarət zonasının yaradılmasında hazırıq".
Onun sözlərinə görə, yaxın günlərdə Naxçıvan MR iqtisad naziri Maku Azad Ticarət Zonasına baxış keçirəcək:
"Bu səfərdən sonra ümid edirəm ki, iki ölkə vətəndaşlarıın birgə iş quraraq imkanları artacaq".
H.Fruzan bildirib ki, ərazidə 30-yaxın sənaye müəssisəsi var və burada ki, neft kimya məhsulalrının istehsal olunur. Biz burada işləri genişləndiririk. Zona üçün 700 hektar ərazi ayrılıb, birinci faza çərçivəsində 100 hektarında 8 yeni fabrik və sənaye müəssisəinin tikilməsi üçün yer veriləcək və tikinti işlərinə başlanacaq.
Maku Azad Ticarət Zonasında böyük bir neft-kimya istehsalı zavodu tikiləcək. Azərbaycana və Naxçıvan MR-ə bir çox məhsulları ixrac edirik, lakin Poldəşt-Şahtaxtı sərhəd keçid məntəqəsinin fəaliyyəti qanedici deyil. Naxçıvan bizə yaxın olduğu üçün istəyirik ki, əlaqələrimiz daha da inkişaf etdirilsin.
gun.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş