Qiymətlər qalxacaq

Qiymətlər qalxacaqHazırda ölkənin daşınmaz əmlak bazarında durğunluq yaşanır. Baş verən durğunluğun yaranmasının səbəbi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bəzi ekspertlər bunun Rusiya amili, bəziləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, bəziləri isə paytaxta söküntü işləri ilə əlaqədar olduğunu söyləyiblər.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktor Elnur Əsədov bildirib ki, əmlak bazarındakı durğunluğun səbəblərindən biri neftin dünya bazarındakı qiymətinin düşməsi ilə bağlıdır. Digər səbəblərdən biri isə bazarda alıcı qüvvəsinin kifayət qədər olmamasıdır. Alıcı qüvvəsinin əksəriyyəti isə ipotekayla ev almağa üstünlük verənlərdir. Bazarda təklifin çox olmasına baxmayaraq, qiymətlərin yüksəkliyi əmlakın əlçatmazlığına gətirib çıxarır.

Onun sözlərinə görə, orta müddətli dövr üçün əmlak bazarında həm bazarın həcmi, həm də qiymətlər baxımından proqnozlar vermək çətindir. Amma 2015-ci ilin ortalarında əmlak bazarında bazarın həcmində genişlənmələr, həm də qiymətlərin 4-6% artacağı gözlənilir. Həmin dövrədək ucuzlaşma qeydə alınacağı real görünmür.

O, qeyri-yaşayış təyinatlı əmlakın icarə əqdlərinin sayındakı və qiymətindəki vəziyyətdən söz açıaraq vurğulayıb ki, qeyri-yaşayış sahələrindəki icarə haqlarının qiyməti demək olarki yüksəkdir. İcarə haqları yüksək olduğu üçün mənfəət götürmək qabiliyyəti olmayan icarədarların əksəriyyəti çox keçmədən fəaliyyətlərini dayandırırlar. İcarə əqdlərinin sayı isə notariusda qeydiyyata alınır.

Digər ekspertlər əmlak bazarında durğunluğun hökm sürdüyünü, lakin ucuzlaşmanın olmayacağını düşünürlər. Onların fikrincə, 2012-2013-cü ildə aylıq əqdlərin sayı 20-25 ədəd olduğu halda, indi ay ərzində cəmi 4-5 əqd bazara çıxarılır. Hazırda Bakının mərkəzi ərazilərində sökülən evlərlə bağlı əhaliyə nəğd şəkildə ödənilən vəsaitlər, kompensasiyalar hesabına az sayda real alqı-satqı reallaşdırılır. Kompensasiya alan şəxlərin gücü isə paytaxtın mərkəzi hissəsində yox, ancaq şəhərətrafı ərazilərdə ev, ya torpaq almağa çatır.

İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da bizimlə söhbətində deyib ki, indi mənzil bazarında psixoloji təzyiq formalaşıb. Paytaxtda infrastrukturunun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarına böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakı ətrafı qəsəbələrdə evlərin və ya torpaqların alınmasına yönəldilir.

Bəzi mütəxəssislər diqqətə çatdırıblar ki, Rusiyada vəziyyətin pisləşməsi ölkədə əmlak bazarına təsir göstərir. Çünki əmlak alan insanların çoxu Rusiyada biznes vasitəsilə pul qazananlar. Əksər vətəndaşlar kreditə, ipotekaya üz tuturlar.

Neftin dünya bazarında ucuzlaşmasına gəlincə, ucuzlaşma əmlak bazarında qiymətləri kəskin aşağı salır. Bir qayda olaraq proseslər göstərdi ki, dövlət pullarının, yəni nisyə xərclərinin artması əmlak bazarına həmişə təsir göstərir. Neft iqtisadiyyatımızın əsasını təşkil etdiyi üçün "qara qızıl"ın ucuzlaşması istənilən sahədən yan keçmir.

Ümumiyyətlə, sosial şəbəklələrdə çıxış yolu kimi irəli sürülür ki, dünya bazarında neftin qiymətindən çox şey asılıdır. Əgər brend markalı neftin qiyməti dünya bazarında 70-80 dollar civarında olarsa, Azərbaycanın əmlak bazarında qiymətlərin aşağı düşməsi prosesi gedəcək. Əgər neft 90 dollardan yuxarı olarsa, o zaman bu durğunluq keçib gedəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% çoxdur. Azərbaycanda əhalinin torpaq sahələrinə marağı kəskin artıb. Belə ki, ölkədə daşınmaz əmlakla aparılan əməliyyatların yarısı - 79 mini torpaq sahələrinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37% yüksəlib.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2534   Tarix: 25 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 207
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 197
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 447
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

15:16 0
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 163