Azərbaycanda itlərin qulağının kəsilməsi qadağan edildi

Azərbaycanda itlərin qulağının kəsilməsi qadağan edildiNazirlər Kabineti yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydalarını təsdiq edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Qaydalara əsasən, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanları saxlamaq olar. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər. Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.

İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.

Qərarda bəzi məhdudiyyətlər də göstərilib. Belə ki, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalı, ev heyvanı onun sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.

Heç bir heyvan 18 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin yazılı razılığı olmadan satıla bilməz. Bundan başqa, insanın həyatı və sağlamlığı üçün təhlükəli olan vəhşi heyvanları, ilanları çoxmərtəbəli binaların mənzillərində və malikanə tipli evlərdə saxlamaq, ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlamaq və qidalandırmaq, ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlamaq və gəzdirmək, baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması qadağan olunur.

Qadağalara şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması, ərazinin baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsi, sərxoş vəziyyətdə ev heyvanlarının gəzdirilməsi, insanların üzərinə saldırılması, yarış vaxtlarında və digər hallarda heyvanın sağlamlığı və rahatlığı üçün təhlükə yarada bilən təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsi, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılması da qadağan olunub.

Yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək məhv edilə bilər.

Sənəddə heyvan saxlamaq hüququndan məhrum etmə də əksini tapıb. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya-epidemioloji və ərazi baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8340   Tarix: 11 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 344
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 341
.

Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar

a istinadən ev heyvanına çoxlu pullar xərcləyən məşhurlar barədə məlumat verir. Müğənni Səidə Sultan uşaq saxlamaqdansa evində köpək saxlamağa üstünlük verdiyini deməklə dilə-dişə düşən məşhurlardandır. Xalq artisti Məleykə Əsədova evində akvarium saxlayır. Akvarium xüsusi baxım tələb edən bahalı balıqlarl

23.04.2024 1147
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 8
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 254
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 103
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 121
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 717
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 442