İkiüzlü medallar - VİDEO

İkiüzlü medallar - VİDEONoyabrın 12-də vurulmuş helikopter bu həftə sonununda fəal müzakirə mövzusu oldu. Erməni tərəfi hansısa anlaşılmaz kadrlar nümayiş etdirərək izah etməyə çalışdı ki, helikopterin qalıqlarını və burdakı meyitləri xüsusi əməliyyat keçirərək apara bilib.

Azərbaycan tərəfi isə bunun belə olmadığına az qala and-aman etməklə inandırmağa çalışdı. Bilirsiniz məni bu dəqiqə kimin doğru, kimin yalan dediyi qətiyən məraqlandırmır. Maraqlı burasıdır ki, həm Azərbaycan, həm Ermənistan 25 ildir müharibə aparır və hər dəfə də müharibə reallıqlarına heyrətlənməkdə davam edir. Biz keçən dəfə bu barədə danışmış və demişdik ki, soyuqqanlı olmaq lazımdır.

Bir gün sən vurarsan, bir gün sənə vurarlar. O birisi gün yenə də sən vurarsan… Bütün bunlara soyuqqanlı yanaşmaq lazımdır. Nə bayram, nə də matəm vaxtıdır. Sadəcə müharibə vaxtıdır. Vəssəlam. Müharibə davam edir. 12 noyabr helikopteri mövzusuna susacayıq, başqa iki helikopteri xatırlayacağıq.

Bunlardan biri bu həftə vurulmasının 23 illiyini qeyd etdiyimiz məşhur Qarakənd helikopteridir. İkincisi isə Şuşa üzərində vurulmuş, dinc vətəndaşları daşıyan helikopterdir. Hər iki halda millət böyük matəm yaşadı. Hər iki hadisəni Azərbaycan beynəlxalq təcrid vəziyyətində keçirdi.

İndi işğalçı tərəfə məxsus, Azərabycanın ərazi bütövlüyünü növbəti dəfə pozaraq təhdid uçuşları həyata keçirən helikopterin vurulmasını faciə kimi qəbul edən, başağlığını başsağlığına calayan möhtəbər beynəlxalq qurumlar sadəcə susurdular… Əlbəttə mən dərdi dərdlə, itkini itki ilə müqayisə edib bizim itkilərin başqalarının itkilərindən artıq olduğunu iddia etmirəm.

Amma bu itkilər başqalarının itkilərindən əskik də deyil. ATƏT-in Minsk Qrupunun baş vermiş hadisəyə münasibəti ən azı əcaibdir. Tutaq ki, hadisə elə Dağlıq Qarabağ tərəfdə baş verib. Məgər bu ərazi Azərbaycana aid deyil?! Onda necə ola bilər ki, ATƏT onu neytral ərazi adlandırır.

Bəs onda bu qurum Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyəndə nəyi nəzərdə tutur?! Yəni Azərbaycanı küçədə-bazarda görəndə üzdən tanıyır? Bu gülməli deyil? Düz deyirsiniz. Gülməli deyil. Ağlamalıdır. İkiüzlülükdür. Riyakarlıqdır. İkili standartdır.

İkili standartların daha bir mahir ifaçısı Vladimir Putinin "Şpigel" jurnalına verdiyi müsahibədən danışaq. Putin Krımla bağlı suala cavab verərkən dünya təcrübəsini misal çəkir və Kosovanı xatırladır.

Amma Kosovanı misal çəkən Putin nədənsə unudur ki, rus demişkən "kak raz" Kosovanı xatırlamaq onu pis vəziyyətə salır. Çünki Putin Rusiyası Kosovanın müstəqilliyini tanımadı. Maraqlıdır Kosovanı tanımayan və bununla da özünü ədalətli göstərən Putin Rusiyası indi onu niyə nümunə gətirir. Adama deyərlər ki, qardaş, yoldaş, çağdaş Kosova belə yaxşı iş idisə onda tanıyardın.

Yox əgər pisdirsə və tanımırsansa onda niyə ona istinad edirsən. Azərbaycan öz balaca boyu ilə nəyi və kimi tanımaq lazım gəldiyini dəqiq bilir. Nə Krımı tanıyır, nə də canbir, qəlbir qardaş Kipri… Bizdən ötrü beynəlxalq qanunlar əsasdır. Rusiyaya görə bədbəxt Ermənistan da yoxa düşüb. Məntiqlə gərək Dağlıq Qarabağı tanıyaydı. Amma tanımır və tanıya da bilməz… İkili standartlar dediymiz bax budur…

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1504   Tarix: 25 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568