Erməni saxtakarlığı yaxud vurulmuş helikopterin pilotları haqqında həqiqət - FOTO

Faktları dəyişmək ermənilərin qədim peşəsidir.

Azərbaycan ictimaiyyəti üçün bugünkü günün əsas mövzusu Ermənistan Müdafiə Nazirliyinin guya düşmənin Ağdam üzərində vurulmuş helikopterin pilotlarının cəsədlərini götürməsi barədə məlumat yayması oldu.

Və bu bəyanatdan dərhal sonra Azərbaycanın Müdafiə Nazirliyi təkziblə çıxış edərək, bildirdi (yadda saxlayırıq):

"Noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu, məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır.

Azərbaycanın Müdafiə Nazirliyi düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildirir ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər".

Bir neçə saat əvvəl isə Ermənistan Müdafiə Nazirliyi guya pilotların cəsədlərinin çıxarıldığı yolu və xüsusi əməliyyatın digər kadrlarını əks etdirən videogörüntü yayıb.

Erməni saxtakarlığı yaxud vurulmuş helikopterin pilotları haqqında həqiqət - FOTOErməni saxtakarlığı yaxud vurulmuş helikopterin pilotları haqqında həqiqət - FOTOLakin erməni tərəfinin təqdim etdiyi videokadrların təhlilinə keçməzdən əvvəl, düşmənin səhər saatlarında yaydığı məlumata qayıdaq:

"Əməliyyat zamanı iki Azərbaycan əsgəri öldürülüb, onlardan biri snayper olub, digəri isə helikopterin düşdüyü ərazini işıqlandırırmış".

Snayper, əlində projektor tutmuş əsgər... Bu sətirlərin müəllifi hərbi xidməti ön xətdə, elə helikopterin vurulduğu Ağdam rayonunun ərazisində keçib.

Və buna görə də, erməni tərəfinin projektorlu əsgərlə bağlı sözləri məndə yalnız gülüş hissləri doğurdu.

Əvvəla, Ağdam rayonun ərazisi – cəbhə xəttinin keçdiyi hissədə tamamilə düzənlikdir və orada gündüz vaxtı hansısa gizli hərbi əməliyyat keçirmək ölümə getmək deməkdir.

Ermənilər pilotların cəsədlərini çıxarmaları barədə məlumatı səhər saatlarında yayıblar, yəni onların elə öz məlumatına görə, "əməliyyat" axşam keçirilib....

Və buna görə də, erməni tərəfinin guya "əməliyyat" zamanı öldürülmüş snayper barədə bəyanatı qəribə görünür – ordumuzun silahlanmasında xeyli sayda atıcı silah növü var, Azərbaycan SQ-nin keçmiş pulemyotçusu kimi əminliklə deyə bilərəm ki, ərazini– konkret halda helikopterin düşdüyü yeri qorumağın ən yaxşı vasitəsi pulemyotdur. Bu iriçaplı, dəzgahlı və sair növ pulemyotlar ola bilər, hansılardan ki, bizdə kifayət qədərdir.... Bir neçə pulemyotdan açılan çarpazatəş ərazini o saat "örtür", düşmən piyadası heç başını da qaldıra bilməz. Digər tərəfdən, belə atışma başlasa idi, ona Azərbaycan SQ-nin qonşuluqdakı bölmələri də qoşulardılar və keçmiş əsgər kimi mənə inanın – düşmən belə atəş gücünü heç zaman unuda bilməzdi.

Digər tərəfdən, snayperlərin, daha dəqiqliklə, snayper tüfənglərinin digər atıcı silah növlərindən fərqi odur ki, bu silah hədəfi 800-1000 metr məsafədə məhv etməyə imkan verir. Helikopter bizim mövqelərin 500 metrliyində yerə düşüb. Snayperin helikopterin yanında dayanmağının nə mənası var axı, nəzərə alsaq ki, onun silahı düşməni 500 metr və daha artıq məsafədən məhv etməyə imkan verir? Nəticə birdir – erməni tərəfi Azərbaycan snayperini öldürməsi ilə bağlı bəyanat verərkən, yalan danışır.

Guya öldürülmüş, əlində projektor tutan əsgərə qayıdaq... Deyəsən düşmənimiz tamam ağlını itirib. Özünüz düşünün – gecə, ətrafda zülmət qaranlıq və bir əsgər əlində projektorla dayanıb, ətrafı işıqlandırır, özü işıqlanır... belə əsgəri vurmaq üçün onu heç nişan almağa ehtiyac yoxdur – sadəcə işıq gələn tərəfə atəş açırsan və bitdi. Buna görə də, guya Azərbaycan tərəfinin helikopteri qorumaq üçün projektorlu əsgər qoyması barədə xəbər – bu sadəcə gülməlidir, Ermənistan sakinlərinə hesablanmış informasiyadır – onlar artıq hər cür sərsəm məlumatlara inanmağa öyrəniblər – Sarqsyan öyrədib...

Digər tərəfdən, bu gün Azərbaycan Silahlı Qüvvələri texnikanın ən son növləri ilə təchiz olunublar, ordumuzun silahlanmasında teplovizorlar, gecəgörmə cihazları, düşmənin yerini onun hərəkətə başladığı an aşkarlamağa imkan verən qurğular var. Bəlkə də, aclıq çəkən erməni ordusu öz düşmənini işıqlandırmaq üçün projektorlardan istifadə edir, amma bizim müasir ordumuz artıq çoxdan düşməni gecə və gündüz aşkarlamağa imkan verən vasitələrdən yararlanır.

İndi isə əsas məsələyə keçək – erməni tərəfi bu axşam yaydığı videokadrlarda guya "keçirilmiş əməliyyatın" marşrutunu göstərir.

Erməni saxtakarlığı yaxud vurulmuş helikopterin pilotları haqqında həqiqət - FOTODüşmən yenə də özünü aldadır. Əvvəldən başlayaq – videokadrlarda helikopterin düşdüyü yeri göstərirlər – göründüyü kimi, helikopter yerə dəyən zaman partlayıb, helikopter parça-parça olub. Şəkilə əsasən demək olar ki, helikopterin salamaq qalmış ən böyük hissəsinin uzunluğu metr-yarım ola ya olmaya. Hər şey yanıb, dəmir yanıb, bütün avadanlıq yanıb – hətta pərlər belə - və nəzərə alın ki, bu, erməni tərəfinin təqdim etdiyi fotoşəkildən görünür.

Erməni saxtakarlığı yaxud vurulmuş helikopterin pilotları haqqında həqiqət - FOTOVə dərhal düşmən guya ərazidən çıxarılmış pilot meyitini göstərir...

Erməni saxtakarlığı yaxud vurulmuş helikopterin pilotları haqqında həqiqət - FOTOFotoşəkillərdən göründüyü kimi, pilotun cəsədi salamatdır – üzərində heç bir cızıq yeri yoxdur, bircə üzünü göstərmirlər – düşünürəm siz də anladınız nəyə görə. Helikopter "İqla" daşınan zenit-raket kompleksindən vurulub, buraxılış məsafəsi az olduğu üçün – düşmən mövqelərimizin üzərindən uçurdu – raketin kifayət qədər yanacağı qalmışdı, üstəgəl helikopterin yanacağı və silahları. Təqdim olunan videokadrlarda da görünürdü ki, helikopter dərhal yandı, yerə düşdü və partladı. Cəsədlər artıq bir həftədən çoxdur ki, orada qalıblar! Və bu gün erməni tərəfi guya öz pilotunun cəsədini – bir həftə çöllükdə qalmasına baxmayaraq, üzərində heç bir görünən xəsarət olmayan cəsəd təqdim edir....

Və sonuncu – bu, açılmış paraşüt şəklidir...

Erməni saxtakarlığı yaxud vurulmuş helikopterin pilotları haqqında həqiqət - FOTOMənim dəfələrlə ünsiyyət saxladığım təcrübəli helikopter pilotları heç zaman söyləməyiblər ki, uçuş zamanı paraşüt taxardılar – çünki helikopter təyyarədən fərqli olaraq, pərlərə malikdir, bu pərlər başının üzərində fırlanır, elə olan halda katapultadan istifadə etmək mümkün deyil. Buna görə də, adətən helikopter pilotları paraşütü oturacağın altında yerləşdirirlər ki, oturmaq rahat olsun. Bəli, əlbəttə pərlərin yerindən çıxarılması metodu mövcuddur – bu zaman barıt ehtiyatları partlayır, pərləri kənara atır və pilot katapultadan istifadə edə bilər. Lakin mənim bildiyim qədər Mi-24 helikopterlərində belə sistem nəzərdə tutulmayıb. Bu tip helikopterlər yalnız sərt eniş edə və bu zaman pilotlar sağ qala bilərlər.

Lakin bu halda bizə ipəkdən, yaxşı yanan materialdan olan paraşütü göstərirlər, hansı ki, helikopterdən, TAMAMİLƏ yanmış helikopterdən salamat çıxıb. Guya, raketlə vurulandan 2 saniyə sonra yerə düşmüş pilotun açılmış paraşütü...

Düşünürəm bu yerdə təhlilimizi başa çatdırmaq olar. Yuxarıda təqdim olunan faktlar və şəkillərin izahından da aydın olur – erməni tərəfinin guya pilotlarının cəsədlərini çıxarması barədə məlumatı – həyasızcasına söylənilən yalandır.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5186   Tarix: 25 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

15:26 110
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 550
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 909
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 563
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 522
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

15:32 239
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

14:05 415
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 357
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 936