Smartfon bazarında rekord

Smartfon bazarında rekord2014-cü il smartfon bazarı üçün rekord il olacaq

2014-cü ilin üçüncü rübündə dünya mobil telefonlar bazarının həcmi natural ifadədə təxminən yarım milyard qurğu təşkil edib. Bu haqqda "Counterpoint Technology Market Research" şirkəti məumat verib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bunun da 300 milyonu smartfonlar sinfinə aid olub.

Analitiklər güman edirlər ki, cari ilin yekunları üzrə smartfonların tədarükü 1,3 milyard ədəd təşkil edəcək, bazar mədaxili rekord 300 milyard dollar səviyyəsinə çatacaq.

Mütəxəssislər qeyd edirlər ki, sahənin liderləri "Apple" və "Samsung" şirkətləri olmadan belə nəticələrə nail olmaq qeyri-mümkün olardı, çünki məhz onlar qurğuların orta satış qiymətinin artırılmasına böyük töhfə verərək bunun üçün müasir, cəlbedici dizayn və nüfuzlu brend (iPhone, Galaxy Note və Galaxy S kimi) tətbiq edirlər.

2014-cü ildə smartfon sahəsinin bütün mədaxilinin təxminən üçdə bir hissəsi yalnız "Apple"ın payına düşəcək.

"Counterpoint" şirkətinin qiymətləndirməsinə görə, bu il ABŞ şirkəti "iPhone" satışından 100 milyard dollardan çox qazanc əldə edəcək ki, buna da indiyədək heç bir mobil telefon istehsalçısı nail olmayıb.

"Apple" və "Samsung"un töhfəsinin nə dərəcədə böyük olmasını göstərmək üçün analitiklər onların göstəricilərini digər istehsalçıların nəticələri ilə müqayisə edib.

Məlum olub ki, üçüncü rübdə yalnız "iPhone 5s" modelinin satışı "LG", "Xiaomi", "Sony" və "Huawei" şirkətlərinə məxsus mobil telefonların hamısının birlikdə əldə etdiyi qazancdan çox mənfəət gətirib.

Həmçinin "Apple"ın bazara cari ilin sentyabrında çıxarılan yeni nəsil qurğuları (iPhone 6 və 6 plus) satışa start verildikdən iki həftə sonra gətirdiyi qazanc ötən rübdə "Xiaomi" smartfonlarının gəlirindən üç dəfə çox olub.

Öz növbəsində "Samsung" şirkətinin qabaqcıl "Galaxy S5" modeli "Nokia", "Lenovo", "Motorola" və "HTC" istehsalçılarının bütün mobil telefonlarından daha çox mədaxil əldə edib.

Ekspertlərin hesablamasına görə, "Apple" və "Samsung"un miqyası və gücü onlara dünya smartfon bazarında ümumi mədaxilin 60 faizini generasiya etməyə imkan verib.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, Çinin ucuz qurğuların istehsalında ixtisaslaşan "Xiaomi" şirkəti 2014-cü ilin iyul-sentyabrında bir il əvvələ nisbətdə iki dəfə çox mədaxil əldə edib.

Şirkət bu nəticəyə daxili bazarın genişmiqyaslı olması sayəsində nail olub. Ötən rübdə Çin dünya smartfon sənayesinin gəlirinin dörddə bir hissəsini, ABŞ beşdə bir hissəsini təmin edib.

Onu da qeyd ki, həcminə görə üçüncü ən böyük smartfon bazarı – Hindistan cari rübdə 2014-cü ildə ilk dəfə olaraq 10 milyardlıq mədaxil qazanacaq və smartfonların tədarükünə görə Yaponiyanı pul ifadəsində ötəcək.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2148   Tarix: 23 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 369
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1258
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 668
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 274
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 415
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 556
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 193
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 556
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 666