Obama niyə həmişə saqqız çeynəyir? - FOTO

Rusiya prezidenti Vladimir Putinin Asiya-Sakit Okean Birliyi ölkələrinin sammitində Çinin birinci ledisi Pen Liyuanın çiyinlərini lütfkarcasına şalla örtməsi həm Çin, həm də Qərb KİV-lərində geniş müzakirələrə yol açdı. Bununla yanaşı, amerikalı jurnalistlər sammit boyu prezident Barak Obamanın ağzında saqqız görülməsini də diqqətdən qaçırmadılar.

BiG.AZ Modern.az istinadən bildirir ki, ABŞ-ın məşhur "Wasington Post" qəzetinin Obamanın saqqıza olan sevgisini təhlil edən yazısını ixtisarla təqdim edir.

İyunda Barak Obama terapevt tərəfindən 3-cü dəfə hərtərəfli yoxlanışdan keçib. Hesabatda həkim prezidentin əla fiziki formada olduğunu, yalnızca onun tütünə olan zəifliyinin kiçik problem yaratdığını yazıb. Amma hesabatın davamında Obamanın nikotinli saqqızın köməkliyi ilə bu asılılıqdan qurtulduğu qeyd olunurdu.

Prezident ömrü boyu siqareti atmaq üçün mübarizə aparıb.

2009-cu ildə verdiyi müsahibə zamanı deyib: "Mən yeniyetməlik vaxtlarından siqaret çəkməyə başlamışam. Bilirəm ki, bu vərdişi erkən yaşlarından qazanan insanın siqareti tərgitməsi necə çətin olur".

Amerika prezidentinin köməkçiləri Obamanın siqareti tərgitmək istəyini "bütün həyatının mübarizəsi" kimi qələm verirdilər.

Nəhayət, 2010-cu ilin ortalarında Obamanı müayinə edən həkimlər onun hələ də siqaret çəkdiyini müəyyən edirlər. Onda ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı, Ağ Evin həkimi Cefri Kulman prezidentə zərərli vərdişdən xilas olmaq üçün nikotin qatqılı saqqızdan istifadə etməyi məsləhət görür. Həmin gündən etibarən Barak Obama tez-tez saqqız çeynəməyə başlayır.

Amerika prezidentindən çox saqqız həvəskarı olan ikinci adam tapmaq çətindir. Obama Hərbi Hava Qüvvələrinin uçuşunu izləyərkən də, seçki kampaniyasının qızğın vaxtlarında da, İkinci Dünya Müharibəsinin başlanmasının 70 illiyi ilə bağlı rəsmi mərasimdə də saqqız çeynəməkdən vaz keçməyib. Asiya-Sakit Okean Sammitində Barak Obamanın hətta rəsmi görüşlərdə saqqızı ağzından çıxartmaması isə mühafizəkar dairələrin narazılığına səbəb olub.

Amerikalı jurnalistlərdən biri Çarlz Krauthammer: "Fikirləşin, dünyanın bütün xalqlarından ən çox çinlilər mərasimlərə, etiketə və diplomatiyaya həssas yanaşırlar. Bu adətlərin 3 min il yaşı var. Çində saqqız çeynəmək hörmətsizlik əlamətidir".

Obamanı Çindəki səfəri zamanı saqqız çeynədiyinə görə media ilə yanaşı, əzəli rəqibləri Respublikaçılar Partiyası da sərt tənqid edib.

Lakin saqqıza görə prezidenti tənqid edənlər bir məqamı unudurlar. Çində saqqız çeynəmək çox populyardır. Dünyanın nə böyük saqqız istehsalçısı "Wrigley" şirkəti Çin saqqız bazarının 45 faizini nəzarətdə saxlayır. Hər çinli orta hesabla ayda 10 saqqız qutu alır. Bu isə ildə çinlilərin 14 milyard saqqız qutusu həcmində saqqız çeynədiyini göstərir. Ona görə də Obamanın siqareti tərgitmək üçün saqqız çeynəməsi bir o qədər faciəli hadisə deyil.

Obama niyə həmişə saqqız çeynəyir? - FOTOObama niyə həmişə saqqız çeynəyir? - FOTOObama niyə həmişə saqqız çeynəyir? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3479   Tarix: 21 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549