Dində belə vəhşilik yoxdur - VİDEO

Dində belə vəhşilik yoxdur - VİDEOAzərbaycanın tolerantlığa bir nümunə olması prezident İlham Əliyevin konfransda iştirak etmək üçün Bakıya gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə də əsas müzakirə mövzusu olub.

İlham Əliyev bəyan edib ki, Azərbaycanda bütün tarixi məscidlər bərpa olunub, son illər ərzində yüzlərlə yeniləri tikilib. Lakin Ermənistan Azərbaycana məxsus məscidləri dağıtmaqla vandalizm siyasəti yeridir.

"Ancaq ürək ağrımız odur ki, işğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər dağıdılıb. İnternetdə fotoşəkillər də var. Erməni işğalçı qüvvələri, həmçinin Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar. Bakıda isə biz erməni kilsəsini bərpa etmişik. Şəhərin mərkəzindədir. Hamı baxa bilər. Bax, bu, kimin hansı niyyətlərlə yaşadığını göstərir. Sizin müzakirə etdiyiniz mövzunun nəticəsi bax, elə budur - tolerantlıq. Hətta müharibə şəraitində bəşəri və dini normaları pozmaq olmaz. Təəssüf ki, biz bununla qarşılaşırıq. Dağıdılmış məscidlərimiz vandalizmin sübutudur. Digər hallarda da ümumbəşəri davranış və mənəviyyat normaları elə bu cür pozulub", deyə İlham Əliyev bildirib.

Ölkə başçısı buna misal olaraq bir neçə il əvvəl Milli Qəhrəman Mübariz İbraimovun meyitinin bir neçə ay qaytarılmamasına diqqəti çəkib. İlham Əliyev vurğulayıb ki, heç bir dində belə vəhşilik yoxdur. Ölkə başçısı bildirib ki, belə epizodlar Qafqazdakı vəziyyəti ağırlaşdırır.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2748   Tarix: 20 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

9 ton dəmir yeyib 57 il yaşadı

Mişel Lotito 57 illik həyatı ərzində məşhurlaşaraq Ginnesin Rekordlar Kitabına düşə bilib. Onu bu kitaba salan gördüyü hər şeyi yeməsi olub. xarici KİV-ə istinadən xəbər verir ki, təəccüblü deyil, çünki onun yediyi bütün metal qırıntılarını toplasanız, onun mədəsindən Cessna təyyarəsinin keçdiyi məlu

15.04.2024 261
.

Dilarə Əliyeva mərhum həyat yoldaşı ilə son mesajından danışdı - VİDEO

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana şousu"na qonaq olub. Aktrisa proqram zamanı mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasından danışıb. Əliyeva bildirib ki, həyat yoldaşı ilə son dəfə bağdakı güllər üçün dərman alınmağı barədə mesajlaşıb. Xatırladaq ki, Azərbaycanın əməkda

15.04.2024 749
.

UNEC-in müəllimi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn kafedrasının baş müəllimi Lilipar Cəfərova vəfat edib. Bu barədə UNEC məlumat yayıb

15.04.2024 431
.

Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı

"Aprel ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb". Bu barədə "Qafqazinfo"ya BQXK-nın Azərbaycan nümayəndəliyini

15.04.2024 305
.

"İran-İsrail münasibətlərindəki qarşıdurma İrandakı ideoloji siyasətin İsrail əleyhinə qurulması üzrə davam edəcək"- Politoloq

İran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq 13 aprel tarixində İsraili ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutub. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, İran atdığı "Şəhid" pilotsuz uçuş aparatlarının İsrail hava məkanına daxi

15.04.2024 251
.

Avstraliyada ticarət mərkəzində dəhşətli bıçaqlı hücum oldu - VİDEO

Ötən gün Avstraliyanın Sidney şəhərində ticarət mərkəzlərindən birində bıçaqlı hücum baş verib. BİG.AZ xəbər verir ki, hadisə zamanı bir nəfər güllələnib, bir neçə nəfər bıçaqlanıb. Hücum nəticəsində ölən və yaralananlar var. Faktla bağlı polis araşdırmaya başlayıb

15.04.2024 225
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15.04.2024 301
.

Nazpəri Dostəliyeva: "500 manat verib trenddə olurlar"

"Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb səhnəyə qaçırlar. Düzdür sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaqlara. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlə

15.04.2024 102
.

"Başıma bu cür faciə gəldi, reytinq yığdılar" - Mətanət İsgəndərli

"Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi gərək normasında edəsən. Məndə də elə bir xasiyyət var ki, bir insana yaxşılıq edəndə normadan artıq edirəm. Elə sənət dostlarım var ki, onları silmişəm. Onun üzünə deməyəcəyəm ki, sən niyə belə etdin? Amm

15.04.2024 440