Bakıya yeni avtobuslar gətirildi

Bakıya yeni avtobuslar gətirildiBakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta Türkiyə istehsalı olan 50 ədəd yeni iritutumlu avtobus gətirilib.

Bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov müsahibəsində deyib.

Ə. Cəfərov bildirib ki, "İsuzu" markalı avtobuslar Avropa standartlarına uyğun hazırlanıb və 60 nəfərlik tutuma malikdirlər. "Bu nəqliyyat vasitələri hələlik şəhərin mərkəzində hərəkət edəcəklər. Onlara texniki baxış keçirildikdən sonra ictimaiyyətə təqdim olunacaq", - deyə Ə. Cəfərov qeyd edib.

Yaxın günlərdə ölkəyə əlavə avtobusların gətiriləcəyindən söz açan Ə. Cəfərov qeyd edib ki, bu mərhələdə 300 nəqliyyat vasitəsinin gətirilməsi gözlənilir.

Nazirlik rəsmisi yeni avtobusların gətirilməsindən sonra paytaxtın mərkəzi hissəsində fəaliyyət göstərən istismar müddəti başa çatan nəqliyyat vasitələrinin xətdən kənarlaşdırılacağını deyib: "Digər istismara yararlı avtobuslar isə ətraf qəsəbələrdə istismar olunacaq. Belə ki, Bakı ətrafı qəsəbələrin əksəriyyətində yollar dar və təmirsiz olduğundan orada iritutumlu avtobuslarının hərəkəti mümkünsüzdür. Bu səbəbdən də həmin ərazilər yalnız ortatutumlu avtobuslarla təmin ediləcək".

"Bakı ətrafı qəsəbələrdən Sevil qəsəbəsi, Biləcəri qəsəbəsinin daxilində olan yollar və bir sıra digər qəsəbələrdə yollar həddindən artıq darısqal və yararsızdır. Bir sıra hallarda buna əhalinin ərazidə nizamsız olaraq ev tikməsi səbəb olub. Eyni zamanda yolların darısqallığı orada təmir bərpa işlərinin aparılmasına da maneələr yaradır. Bu da birmənalı olaraq marşrut avtobuslarının rahat hərəkət etməsində problemləri ortaya çıxarır. Bu problemlərin müsbət həlli istiqamətində Nəqliyyat Nazirliyində artıq müzakirələr aparılır", - deyə Ə. Cəfərov izah edib.

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3212   Tarix: 20 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404
.

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır - TƏSİRLİ GÖRÜNTÜLƏR + VİDEO

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır. xəbər verir ki, yeniyetmə ATV-də yayımlanan "Bizimləsən" verilişinə gələrək atasının kim olduğunu bilmədiyini və onu axtardığını deyib. Belə ki, anası ağciyər xəstəliyindən əziyyət çəkdiyi üçün 13 yaşlı övladını internat məktəbin

27.03.2024 409
.

Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində sərnişin avtobusunun magistral yolda aşması nəticəsində 5 nəfər ölüb. xəbər verir ki, polisinin verdiyi açıqlamaya görə, avtobusun iştirakı ilə yol qəzası A9 avtomobil yolunda Wiedmar və Schkeuditzer Kreuz kəsişmələri arasında baş verib. Leypsiq polisinin sözçüsü Olaf Hopp

27.03.2024 193
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Qida zəhərlənməsindən necə qorunaq?

Qida zəhərlənməsi bir çox insanın başına gələn haldır. Bəs özümüzü bundan necə qoruyaq?. Qida mütəxəssisi Ağa Salamov -a bildirib ki,təlim keçməmiş aşpaz heyətinin və düzgün saxlanma rejiminin olmaması, emal prosesində buraxılan səhvlər, qida məhsullarının fifosisteminin pozulması zəhərlənməyə səbə

27.03.2024 280
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443