Prezident Gəncədə açılışda

Prezident Gəncədə açılışdaPrezident İlham Əliyev Gəncə şəhəri ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevə yeni qəsəbə barədə məlumat verib. Bu qəsəbə prezidentin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Əlavələrə əsasən inşa olunub.

Qəsəbə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində yerləşir. 60 hektar sahəni əhatə edən qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbədə Kəlbəcər rayonundan və Xocalıdan ölkənin müxtəlif ərazilərində, o cümlədən Gəncə şəhərində və Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaq.

Prezident İlham Əliyev 50 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Dövlətimizin başçısı Xocalı rayon Kosalar kənd tam orta məktəbində də oldu. Məktəbin 440 şagird yerlik binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkün ailələri ilə görüşlərindən, onların problemlərinin həlli ilə bağlı görülən işlərdən bəhs edən fotostend yaradılıb.

Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. İdman zalı da bütün zəruri avadanlıqla təchiz olunub.

Qəsəbənin elektrik enerjisi, içməli su və qaz təchizatı ilə bağlı da hərtərəfli iş aparılıb. Burada yarımstansiyalar genişləndirilib, komplektləşdirilmiş transformator yarımstansiyaları quraşdırılıb, uzunluğu 30 kilometrdən çox olan su kəməri çəkilib, nasosxana binası inşa olunub. Qəsəbəyə uzunluğu təqribən 25 kilometr olan qaz xətti çəkilib və 6 qaztənzimləyici məntəqə yaradılıb. Burada müasir yol-küçə infrastrukturu qurulub.

Prezident İlham Əliyev yeni qəsəbədəki mənzillərdə yaradılan şəraitlə də tanış oldu. Burada 60 birotaqlı, 255 ikiotaqlı, 230 üçotaqlı və 55 dördotaqlı mənzil var.

Dövlətimizin başçısı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitdən razılığını bildirdi.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1528   Tarix: 14 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 282
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 257
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 542
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 333
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 483
.

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. xarici mediaya istinadən xəbər verir ki, "Bridget, a free woman" adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək. Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makro

17.04.2024 384
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200