Sevginin ürəklə heç bir əlaqəsi yoxdur

Sevginin ürəklə heç bir əlaqəsi yoxdur"Mən onu bütün qəlbimlə sevirəm", "Filankəs filankəsə bir könüldən, min könülə vurulub" dilimizdəki bütün bu ifadələr insanın ürəyi ilə sevdiyi təsəvvürünü formalaşdırıb. Amma, bu mövzuda aparılan araşdırmalar göstərir ki, əslində sevginin ürəklə heç bir əlaqəsi yoxdur.

O, bilavasitə beyində yaranan və inkişaf edən hissdir. Bu fikir ilə çıxış edən mütəxəssislər məsələyə belə münasibət bildiriblər:

"Beynimizdəki eşq funksiyasına genlərimiz nəzarət edir. Bu səbəbə görə deyə bilərik ki, sevginin təməlində əslində genlərimizin nəzarət etdiyi sinir hüceyrələri dayanır".

Bəzilərimiz üçün anlaşılmaz olan bu fikirə aydınlıq gətirmək üçün alimlər bir təcrübə keçirib. Təcrübə zamanı bir-birini heç tanımayan cütlüklərə qarşı tərəfin fotoşəkilləri təqdim olunub və onlardan özlərinə yaxın, daha ürəyəyatımlı hesab etdikləri bir insanın şəklini seçmək istənilib. Daha sonra isə bir həftə ərzində həmin şəkilləri təqdim edilən insanların gündəlik geyindikləri köynəklər bir qutu içərisinə yığılıb.

Həftə sonunda həmin şəxslərdən indi də daha xoş ətirli hesab etdikləri köynək qutusunu seçmələri istənilib. Məlum olub ki, insanların seçdikləri şəkillə, köynəklər eyni bir insana məxsusdur. Bu isə onu deməyə əsas verir ki, insanın hisslərini onun özündən asılı olmayaraq genləri, beyini idarə edir.

Sevdiyiniz insanı gördüyünüz zaman ürəyinizin sürətlə döyünməsi də birbaşa olaraq beyinlə bağlıdır. Belə ki, bu zaman beyinin aktivləşməsi nəticəsində ürəyə qan ötürən hormonların fəaliyyəti sürətlənməyə başlayır və bunun nəticəsində ürək daha sürətlə döyünür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7104   Tarix: 15 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489