Autsayder liderlər - VİDEO

Autsayder liderlər - VİDEOKim nə deyir desin, Rusiya fəallaşır və hər hansı prosesdə onun ya barmağı, ya xofu, ya da sadəcə təsadüfən iştirakı var. Rusiya fəallaşdıqca və şimal küləyinin apardığı böyük çəkilmələri, yeni qabarmalar əvəzlədikcə Birləşmiş Ştatlar başda olmaqla Qərb daha zəif görünür. Bu gün dünya lider böhranı keçirir.

Heç bir dövləti və onun xalqının heysiyyatini, seçim zövqünü şübhə altına almadan bəzi fikirlərimizi bölşmək istəyirik. Bu gün dünyada Ronald Reyqan və Marqaret Tetçer, Helmut Kol və Şarl De Qol yoxdur. Və biz indi məhz onların yaratmadığı, onların formalaşdırmadığı dünyada yaşayırıq. Yeni indiki dünyabaşıları öz sələflərindən fərqli olaraq öz qətiyyətləri ilə yox, mükəmməl qlobal düşüncələri ilə yox, sadəcə iddiaları ilə seçilirlər. Ona görə də bir-birilə rəqabət aparan dövlətlərin çəkisi azalır və azaldıqca onlara rəhbərlik edən şəxslərin imkanları və qüdrətləri da əhəmiyyətli dərəcədə itir.

Razılaşaq ki, Barak Obama nəinki Reyqana, hətta ata Corc Buşa belə böyük hesabla uduzur. Və ya Marqaret Tetçerin yerində oturmuş Devid Kemeron faktiki olaraq nəzərəçarpacaq deyil. Yaxud Fransua Olland. Onu məgər Mitteranla, lap elə Jak Şirakla müqayisə etmək olarmı? Angela Merkel və ya Helmut Kol. Müqayisə bütün hallarda qüsurludursa, burada dəfələrlə artıq qüsurludur. İndiki liderlərlə o zamankıların bir əsaslı fərqi var. Məsələ burasındadır ki, onlar problemi qaldırıb, qətiyyət və iradə hesabına həll də edirdilər. İndikilər isə aləmi bir-birinə vurur, sonra da qarışdırdıqları dünyanın düz ortasında vəziyyətin özbaşına nə vaxtsa düzələcəyini gözləyirlər. Baxın, o liderlərin zamanında baş vermiş hadisələr: SSRİ-nin Dağılması, Şərqi Avropanın keyfiyyət etibarilə tam dəyişməsi, keçmiş Sovet məkanında müstəqil dövlətlərin qurulması… və daha nələr nələr… Bu da indiki liderlərin əl işləri: Gürcüstanın parçalanmış siyasi-coğrafi vücudu. Ukraynanın didişdirilməsi… Liviya, Misir, Suriya kimi açıq yaralar, İŞİD gələn yoxsa it hürən tərəfə gedək sualı qarşısında qalmış müsəlman cəmiyyəti… İŞİD itdən də murdardır… Başqa vaxt, bəlkə də diqqəti çəkməz birisi ola biləcək Putin bu gün dünyanın ən güclü lideri adına iddialıdır. Niyə? Ona görə ki, Putin digər həmkarlarından fərqli olaraq, nə istədiyini yaxşı anlayır, onun qətiyyət göstərmək, risk etmək problemi yoxdur. Nə qədər qəribə olsa da bu gün dünyanın gündəliyini dəyişə biləcək bir lider varmı sualının cavabı məhz Putin olur… Məsələ çox sadədir. Obama Putinə bir neçə dəfə uduzdu. İlk dəfə Suriyada. Rusiya burada öz iradəsini həyata keçirərək ilk psixoloji üstünlüyə yiyələndi. İkinci nəzərə çarpacaq məğlubiyyət Obamanı Ukraynada yaxaladı… Burda da Birləşhmiş Ştatlar nələrisə istədi, Rusiya isə etdi.

Bu gün bu nə dünyadı sualı verib onun içinə söyməklə məşğuluq, amma unuduruq ki, bu dünyanı elə adlarını çəkdiyimiz liderlər belə pis günə salıblar. Sui-qəsddən salamat çıxan Reyqanın əlindən boğazında qalmış bublikdən az qala boğulacaq Buşun əlinə keçmiş Birləşmiş Ştatların bəxti belə estafet dəyişikliklərində gətirmədi. Amma dağınıq, səndələyə səndələyə gəzən, sərxoş, insan xarabalığını xatırladan Yeltsinin əlindən cavan, enerjili, sağlam, milliətçi xarizmatik Putinə keçmiş Rusiya əlbəttə daha qətiyyətli görünür. Ona görə də Putin Krımı aparır, Cənubi Osetiya və Abxaziyanı aparır. Qərbin zəif liderlərinin gözü qabağında. Bu gün dünyanı qabağına qoyub Birləşmiş Ştatlara, Fransaya, Britaniyaya, almaniyaya və adlarını çəkmədiyim daha neçə dövlətə Valday-valyay natasiyası oxuyan Rusiya prezidenti öz rəqiblərini, necə deyərlər gözü ilə yeyib. Qərbin enerjetik silahı qarşısında tab gətirməklə ruh yüksəkliyinin daha bir həddini keçib…

Ən maraqlı sual isə yəqin ki, budur: Birləşmiş Ştatlar başda olmaqla Qərbin liderləri güclü liderlərdən sonra arenaya daxil olduqlarını görüncə, zəif olduqlarını başa düşdülər və bir biri ilə birləşərək Şərqin bütün sona qalmış güclü dövlət xadimlərini, güclü liderlərini də məhv etdilər. Səddam Hüseyn, Hüsnü mübariək, Müammar Qəddafi… və başqaları… Klassik demişkən…

Azərbaycan Respublikasının Prezidenti (1993-2003), Heydər Əliyev: "Mən şəxsiyətə pərəştişliyin əleyhinəyəm. Çünki şəxsiyətə pərəştişlik bəzən əcaib hallara gətirib çıxarır. Bunu biz artıq tarixdə görmüşük. Ancaq iş burasındadır ki, şəxsiyəti də inkar etmək olmaz".

Bu gün planet ikinci dünya müharibəsindən sonra formalaşmış düzənin faktiki olaraq dağıldığını sadəcə müşahidə etməkdədir. Haqlısan güclüsən fəlsəfəsi güclüsən haqlısan fəlsəfəsinə keçir. Güclülər daha güclülərin yeminə çevrilir. Yer kürəsinin bizim kimi adi adamlarına isə planetin fırlanıb, fırlanıb nə vaxtsa yenidən əsl lider şəxsiyyətlərə tərəf dönəcəyinə inanmaq qalır… Ona görə də bir-birimizdən bərk yapışaq, yıxılmayaq…

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2115   Tarix: 11 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390