Bakı hələ belə dələduz görməyib: 2 dəqiqəyə 43500 manat

Bakı hələ belə dələduz görməyib: 2 dəqiqəyə 43500 manatBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elvin Oruc oğlu İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. prosesə hakim Ənvər Seyidov sərdlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Elvin İsmayılov müxtəlif şəxsləri Dövlət Neft Şirkətinə (ARDNŞ) işə düzəldəcəyini vəd edərək onlara qarşı dələduzluq edib. Bu adla Rəfael Əhmədovdan əvvəlcə 3000 manat, sonra isə 2000 manat alaraq mənimsəyib.

Bundan başqa o, tanışı Namiq Hacıyevlə əvvəlcədən razılığa gələrək Fikrət Hüseynova məxsus olan və Əhmədli qəsəbəsi, Cavanşir küçəsində yerləşən 4 saylı evin 1 nömrəli mənzilini Rəfael Əhmədova göstərərək evin 65000 dollara satılması barədə yalan məlumat verib. R.Əhmədov mənzili almağa razılıq verəndən sonra iyul ayının 14-də mənzilin pulunu ödəmək üçün 43500 manatı ABŞ dollarına dəyişmək üçün R.Əhmədova "Bank of Baku"nun Bakıxanov qəsəbəsindəki filialına getməyi təklif edib. E.İsmayılov pulları dəyişəcəyi barədə yalan vəd verməklə 43500 manatı R.Əhmədovdan alaraq mənimsəyib.

Təqsirləndirilən şəxs qismində istintaqda ifadə verən Elvin İsmayılov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Rəfael Əhmədovla arvadının dayısı Rasim vasitəsilə tanış olduğunu deyib: "Rasim zəng vurub Rəfaeli işə düzəltməyi xahiş etdi. Rəfaellə görüşdük, onu ARDNŞ-ə düzəldə biləcəyimi, bunun üçün 2000 manat tələb olunduğunu dedim. Rəfael arvadını və onun rəfiqəsini də işə düzəltməyimi xahiş etdi. Rəfaeli aldadaraq ondan üç dəfəyə 6000 manat, sonda isə 1000 manat aldım. Onları işə düzəltmək imkanım olmayıb. Aldığım pulları özümə sərf etmişəm".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin ərəfədə Rəfael ona ev almaq istədiyini, 43500 manatı olduğunu deyib. O da həmin pulu da ələ keçirmək fikrinə düşüb: "Tanışım Namiqə dedim ki, gəl Rəfaelə satlıq ev göstərək, qiymətini yalandan ucuz deyək, almağa razılıq verəndən sonra pulu bizə verməsinə nail olaq. Evi tapmağı Namiq öz öhdəsinə götürdü. Bir neçə gündən sonra Namiq "Nargilə" kafesinin yanında 75000 dollara mənzil olması barədə məlumat verdi, mən də Rəfaelə dedim. Rəfael mənzilə baxmaq istədi. Namiqlə birlikdə Rəfaeli və arvadını həmin mənzilə apardıq ki, baxsınlar. Mənzil Namiqin tanışının idi. Mənzil Rəfaelgilin xoşlarına gəldi. Onlara qiyməti 65000 dollara endirdiyimi dedim. Rəfael cəmi 55000 dollarının olduğunu bildirdi. Ona ev sahibini razı salacağımı, yerdə qalan pulu hissə-hissə ödəyə biləcəyini dedim.

İyulun 14-də sənədləşmə aparmaqdan ötrü Rəfaellə görüşdük. Ona dedim ki, ev sahibi mənzilin pulunu dollarla tələb edir. Pulu dəyişmək üçün "Bank of Baku"nun Bakıxanov qəsəbəsindəki filialına getdik. Pulu dəyişmək üçün Rəfaeldən aldım və əvvəlcədən razılaşdığımız kimi Namiqin məni gözlədiyi yerə getdim. Rəfaelə bir neçə dəfə zəng vuranda dedim ki, pulu dəyişmək üçün başqa banka getmişəm.

Namiqlə görüşüb pulun 15000 manatını ona verdim. Həmin gecə oteldə gecələdim. Ertəsi gün "20 yanvar" ərazisində polislər tərəfindən saxlanıldım".

Zərərçəkmiş şəxs qismində istintaqa ifadə verən Rəfael Əhmədov hadisədən bir ay əvvəl yaşadıqları mənzili satdıqlarını göstərib: "Mənzil almaq üçün ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etdim. Həmin ərəfədə Elvin İsmayılovla tanış oldum. Elvinə 45-50 min dollar dəyərində ev almaq istədiymi dedim. Elvin də tez-tez zəng vurub torpaq və ev təklif edirdi. Bir dəfə isə dedi ki, 3000 manata onu ARDNŞ-də platformada işə düzəltmək imkanı var. Razılaşdıq ki, əvvəl 2000, sonra isə 1000 manat verəcəyəm.

İyunun 24-də notariat kontoruna gələrək 2000 manata kredit müqaviləsi bağladıq. Elvin mənə iyulun 15-də işə çıxacağıma söz verdi. Müqavilə bağlanandan üç-dörd gün sonra ARDNŞ-də başqa işlərin də olduğunu dedi, işə düzəlmək istəyən olsa xəbər verməyimi xahiş etdi. Mən də evdə həyat yoldaşıma və onun rəfiqəsinə bu barədə dedim. Onlar da işə düzəlmək istədiklərini dedilər. Elvin hər birimiz üçün 2000 manat istədi. Razılaşdım. Məni inandırdı ki, həyat yoldaşımgili şirkətə laborant düzəldəcək. Hamımızın fotoşəkillərini, şəxsiyyət vəsiqələrimizi və SV blankları doldurub, əlavə olaraq ona 1000 manat da verdim.

İyulun 10-da Elvin zəng vurub Əhmədli qəsəbəsində ucuz ev olduğunu dedi. Elvinlə görüşəndə mənzilin açarlarının ev alqı-satqısı ilə məşğul olan şəxsdə olduğunu söylədi. Elvinin tanışı Namiq adlı şəxs də gəldi. Ev alqı-satqısı ilə məşğul olan şəxs mənzili göstərdi, xoşumuza gəldi, 65 min dollara razılaşdıq. İki gün sonra Elvinə beh vermək üçün zəng vuranda dedi ki, ev sahibi burada yoxdur, sabah gələr, alqı-satqı edərsiniz".

Zərərçəkmişin ifadəsinə görə, ertəsi gün 43500 manat götürüb Elvinin yanına gedib. Elvin ona pulu dollara çevirmək lazım olduğunu, ev sahibinin belə istədiyini deyib. Elvinin təklifi ilə "Bank of Baku" ya gəliblər. Banka daxil olub, ikinci mərtəbəyə qalxıblar. Xəzinədə növbə olduğundan gözləmə zalında oturublar. Elvin pulu dəyişmək üçün istəyəndə Rəfael inanıb pulun hamısını ona verib. Həmin vaxt Namiq də yanlarında olub.

İki dəqiqə sonra Namiq su almaq üçün getmək istədiyini dedikdə əlindəki su qabını ona verib. Namiq suyu içəndən sonra butılkanı atmaq üçün aşağı düşüb. Rəfael onun hərəkətlərindən şübhələnib onun arxasınca getsə də nə Namiqi, nə də Elvini tapıb. Elvinin mobil telefonuna zəng vuranda o, valyutadəyişmə məntəqəsində olduğunu deyib. Təkrar zəng vuranda isə Elvin telefonu söndürüb.

R.Əhmədov aldadıldığını başa düşərək bu barədə DİN-in 102 xidmətinə məlumat verib. Ertəsi gün E.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin gün onun üstündə aşkarlanan 22500 manat pul R.Əhmədova qaytarılıb. Beləliklə, ev almaq istəyən R.Əhmədov bir neçə dəqiqənin içində 21 min manatından məhrum olub.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2150   Tarix: 11 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880