Vəzifə başında ölən dövlət başçıları - SİYAHI - FOTO

Bütün insanlar kimi dövlət başçıları da müxtəlif xəstəliklərdən, sağlamlıqları ilə bağlı problemlərdən əziyyət çəkirlər. Daim həkim nəzarətində olmalarına, çoxsaylı tibbi müayinələrdən keçmələrinə baxmayaraq, bəzən əcəl dövlət başçılarını da vəzifə başında yaxalayır.

BiG.AZ saytı vəzifə başında müxtəlif xəstəliklərdən vəfat edən dövlət başçılarının siyahısını təqdim edir.

Uqo Çaves – yoğun bağırsaq xərçəngi

Vəzifə başında ölən dövlət başçıları - SİYAHI - FOTO1999-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ alan Uqo Çaves 14 il ərzində Venesuelanın prezidenti kürsüsündə qalıb. İlk dəfə 2011-ci ilin iyununda sağlamlığında problemlər yaranan prezident uzun müddət Kubada müalicə alıb. Lakin onun yoğun bağırsağında aşkar olunan metastatik rabdomiosarkom şişi artıq orqanizmin dərinliyinə nüfuz etdiyi üçün yalnız 2 il yaşamaq şansı qalmışdı. 2013-cü il martın 5-də 58 yaşlı Uqo Çaves xəstəliyin doğurduğu ürək tutmasından dünyasını dəyişdi.

Kosovo prezidenti İbrahim Ruqova – ağciyər xərçəngi

Vəzifə başında ölən dövlət başçıları - SİYAHI - FOTO2002-ci ildə Kosovo prezidenti seçilən İbrahim Ruqova 80-ci illərin sonunda kosovolı albanların Serbiyaya qarşı apardıqları azadlıq mübarizəsinin əsas simalarından olub. 2002-ci ildə BMT-nin xüsusi nəzarətində olan Kosovo muxtar bölgəsində keçirilən seçkilərdə qalib gələrək prezident elan olunmuşdu. 2005-ci ildə isə onda ağciyər xərçəngi aşkar olunub. 2006-cı il yanvarın 21-də 62 yaşlı Kosovo prezident xəstəlikdən dünyasını dəyişib.

Franklin Ruzvelt – beyinə qan sızma

Vəzifə başında ölən dövlət başçıları - SİYAHI - FOTO1933-cü ilin mart ayında ABŞ prezidenti səlahiyyətlərini icra etməyə başlayan Franklin Ruzvelt Amerika tarixinin ən məşhur prezidentlərindən sayılır. Gəncliyində polimelitdən əziyyət çəkən prezident ömrünün sona qədər əlil arabasından ayılmayıb. 3 dəfə ölkə prezidenti seçilən, ABŞ-ın İkinci Dünya Müharibəsi zamanı qalibiyyətli siyasət yürütməsində böyük rolu olan Ruzvelt 1945-ci il aprelin 12-də Corciya ştatının Uorm-Sprinqs şəhərində beyninə qaz sızması nəticəsində 63 yaşında vəfat edir. O, vəzifə başında xəstəlikdən vəfat edən sayca 3-cü ABŞ prezidentidir.

Uilyam Harrison – sətəlcəm, sarılıq

Vəzifə başında ölən dövlət başçıları - SİYAHI - FOTO1841-ci il martın 4-də andiçmə mərasimi keçirilən yeni prezident Uilyam Harrison cəmi 32 gün ABŞ prezidenti səlahiyyətlərini icra edə bilib. Amerika tarixinin ən qısamüddətli prezidenti inauqurasiya mərasimi zamanı 2 saatlıq nitq söyləyərkən bərk soyuqlayıb. Soyuqdəymə sətəlcəm və plevritə çevrilib. Nəticədə, həkimlərin səyinə baxmayaraq sətəlcəm, sarılıq və qan zəhərlənməsindən eyni vaxtda əziyyət çəkən prezident aprelin 4-də dünyasını dəyişib. O, vəzifə başında ölən ilk amerikalı hesab olunur.

Uorren Hardinq – ürək tutması

Vəzifə başında ölən dövlət başçıları - SİYAHI - FOTOABŞ-ın 29-cu prezidenti Uorren Hardinq də vəzifə başında xəstəlikdən dünyasını dəyişən dövlət başçılarındandır. Seçkilərdə qalib gələrək 1921-ci ilin martından prezident səlahiyyətlərini icra edən Hardinq bütün ştatlar boyu yorucu səfərlər təşkil edir. Daim stress və hərəkətdə olan prezidentin sağlamlığı getdikcə zəifləməyə başlayır. 1923-cü il avqustun 2-də San-Fransiskoya səfəri zamanı 58 yaşlı Uorren kəskin infarkt keçirir və yerindəcə dünyasını dəyişir.

Lal Bahadur Şastri – miokard infarktı

Vəzifə başında ölən dövlət başçıları - SİYAHI - FOTOHindistanın 2-ci baş naziri Lal Bahadur Şastri 1964-cü il iyunun 9-da bu vəzifəyə təyin olunmuşdu. 1965-ci ildə Kəşmir uğrunda baş verən 2-ci Pakistan-Hindistan müharibəsini sülh yolu ilə həll etmək üçün baş nazir pakistanlı həmkarı ilə danışıqlar aparmaq üçün Sovet İttifaqına gəlmişdi. 1966-cı il yanvarın 10-da Hindistan və Pakistan arasında müharibəni dayandıran "Daşkənd bəyannaməsi" imzalanır. Bundan bir gün sonra isə 61 yaşlı Hindistanın baş naziri Şastri 4-cü dəfə keçirdiyi infarktdan dünyasını dəyişir.

İosif Stalin – beyinə qan sızma, iflic

Vəzifə başında ölən dövlət başçıları - SİYAHI - FOTO1924-cü ilin yanvarında Vladimir Leninin vəfat etməsindən sonra uzun illər Sovet İttifaqına rəhbərlik edən İosif Stalin də ahıl yaşlarında xəstəlikdən vəfat edib. 1953-cü il martın 1-də sovet diktatorunun mühafizəçiləri onu Moskvadakı malikanələrindən birində huşsuz vəziyyətdə aşkar ediblər. Həkimlər keçirdikləri müayinədən sonra onun bədəninin sağ tərəfinin iflic olması ilə bağlı diaqnoz qoyurlar. Bir neçə gün ərzində nəfəs alma problemləri, insult və yaddaş itmələrindən əziyyət çəkən 74 yaşlı Stalin 1953-cü il martın 5-i axşam saatlarında beyinə qaz sızması nəticəsində dünyasını dəyişib.

Lakin onun öz əcəli ilə deyil, yaxın çevrəsi tərəfindən zəhərlənməsi ilə bağlı fərziyyələr bu gün də səsləndirilməkdə davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1917   Tarix: 01 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189