Sevmək gözəldirsə, niyə gözəlliyimə paxıllıq edirlər?!

Sevmək gözəldirsə, niyə gözəlliyimə paxıllıq edirlər?!Mən 9 il bundan əvvəl artıq yaşadığımız bu gözəl mənalı dünyaya əlvida demişəm. Mən bu hekayəni burda mən necə yaşayıram deyə yox sizlərə öz acı , ancaq Böyük məhəbbət tarixçəmi danışmaq üçün yazıram. Bundan əlavə də demək istəyirəm ki, hətta axirət dünyasında da məhəbbət heç vaxt ölmür. Hətta bunu Siz istəsəniz belə. Biz 31 dekabr bir qış gecəsində tanış olduq. Mən öz həyat yoldaşımla birlikdə köhnə dostlarımla yeni ili birlikdə əvvəlcədən planlaşdırdığımız restoranda keçirəcəkdik. Mənim həyatım onun gəlişinə qədər olduqca mənasız idi. Hətta o qədər mənasız idi ki, hərdən bir tək qalanda öz-özümə sual verirdim mən bu dünyada kimə lazımam? Nədir mənim bu həyatdakı rolum? Və sairə kimi suallarla özümü bezdirirdim. Mən çox istəyirdim ki, mənim bir övladım olsun, amma övladım olmurdu. Onunla görüşəndən sonra başa düşdüm ki, bəli mənim həyatımın mənası bu xanımdır. Mən illər boyu məhz bu günü, bu insanı gözləmişəm. Mən onun gözəlliyini təsvir etmək istəmirəm. Əslində mən onun gözəlliyini heçbir formada heçbir kəlmələrlə ifadə edə bilmirəm. Bu gözəllik ilahi bir gözəllik idi. Onunla qarşılaşmaq mənim üçün çox çətin idi, çün ki, o da mənim kimi bu məclisə tək gəlməmişdi. O, bu məclisə mənim dostumla gəlmişdi. Onlar cəmi 2 həftə idi ki, tanış idilər. Amma onun haqqında mən dostumdan olduqca maraqlı məlumatlar eşitmişdim. Nəhayət bu gün mən bu insanı gördüm. İmkan tapan kimi pəncərəyə yaxınlaşdım və şüşəyə "SEVİRƏM" kəlməsini yazdım. Yenidən stol arxasına keçdim və yenidən sağlıqlar deyilməyə başladı. Mən bir saatdan sonra yenidən pəncərənin yanından keçəndə, sanki nəfəsim bir anlıq tutuldu, ayaqlarım bir anlıq yeriməz oldu. Mən pəncərədə " SƏNİNƏM" yazısını gördüm. Məhz həmin dəqiqə bir şeyi də dərk elədim. Məhəbbət hər bir insanın taleyinə yalnız bir dəfə gəlir. Bunu insan həmin an hiss eləyir. Bax mən o hissləri məhz həmin an hiss elədim. Məhz mənim həyatım həmin o yeni il axşamından sonra başladı. Mən onun gözlərinə baxanda bu hisslərin məhz onun üçün də ilk dəfə olduğunu gördüm. Yanvar ayının 2 Biz tək qalmaq mehmanxanaya gəldik. Artıq pəncərəyə yazı yazmaq bizdə bir növ adət halını almışdı. Mən şüşəyə onun üçün "Sən mənim röyamsan" O isə " Yuxudan ayılma əzizim" yazırdı. Biz ən çox arzuladığımız istəklərimizi mşının, mehmanxananın, dostlarımızın evlərininin pəncərələrinə yazırdıq. Biz bilikdə cəmi 2 ay birgə olduq. Bir gün bu şirin yuxu bizim üçün bitdi. Sevgilimin ad günü üçün maşından düşüb ona gül almaq istəyirdim. Yolu keçəndə qəfildən maşın məni vurdu. Mən bu dünyanı tərk etmiş oldum. Artıq 9 ildir ki, hər gün mən sevgilimi yalnız kənardan ona toxuna bilmədən izləyirəm. Mən ancaq O, yatanda onun yanına gəlirəm. Mənim üçün ən böyük acı ona toxuna biməməyimdir. Mən onun çarpayısının yanında əyləşirəm və onun ətrini öz nəfəsimə çəkirəm. Mən ağlaya bilmirəm. Bunu bacarmıram. Amma ağrı hiss etmirəm. Fiziki cəhətdən deyil, mənəvi cəhətdən his edirəm. Artıq mənim həyatımın yeganə mənası olan bu gözəl qız 8 ildir ki, yeni ili mənsiz qarşılayır. O, pəncərənin qarşısında tənha oturaraq, özüüçün bir piyalə şampan süzür və ağlayır. Mən bundan başqa yaxşı bilirəm ki, bu sevgilicanannım yenədə pəncərəyə yazı yazır amma mən bunları oxuya bilmirəm. Keçən yeni ildə mən Allahdan tək bir arzu dilədim- Onun sonuncu yazdığı yazını oxuya bilməyi. Nehayet ki növbəti yeni ildə mən sevgilim yatdıqdan sonra, onun çarpayısının yanında əyləşərək, saçlarını tumarladım, onun əllərindən öpdüm.............. Sonra mən pəncərəyə yaxınlaşdım. Mən bilirdim ki, bu dəfə məndə alınacaq. Mən bu yazını oxuya biləcəm və nahəyət ki, mən o yazını oxuya bildim. Orda belə yazılmışdı " Məni Burax Xahiş edirəm" . Bu yeni il onunüçün sonuncu yeni il olacaq ki, o bunu tənha qarşılayacaq. Mən bu yazını oxumaqdan ötrü, Allahdan sonuncu bir arzu xahiş etmişdim. Bu arzunun yerinə yetməsi üçün mənə nəqədər acı olsa belə bir daha onu görməyəcəyimə söz vermişdim. Şərtimiz belə olmuşdu. Bax nəhayət ki, artıq yeni ilin başlanması üçün son dəqiqələrdir. Saat axşam 12-ni vuranda hamı bir –birini təbrik edəcək. Mənim bu həyatda olan tək sevgilim tək sevgim,həyatımın mənası yenə də özü üçün bir piyala şampan süzərək pəncərənin qarşısında oturacaq və yeni ilin ilk saniyələrində şüşədə belə bir yazı görəcək "Buraxıram- Xöşbəxt ol!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 7969   Tarix: 30 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040