Hər şeyi bilən və bilməyən ABŞ - VİDEO

Hər şeyi bilən və bilməyən ABŞ - VİDEOErmənilərn öz torpağımızda elə azərbaycanlıları mühakimə etməyə qalxıblar.

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev bu gün yenidən hakim qarşısında cavab verməli olublar. Ermənistan mətbuatının yazdığına görə, ittiham edən tərəfin onlara bura niyə gəlmisiz sualına Dilqəm Əsgərov belə cavab verib: "Anamın məzarını ziyarət etməyə gəlmişəm". Qəribəsi budur ki, regionda daxili siyasətlə bağlı istənilən hadisədən xəbərdar olan Amerika Birləşmiş Ştatları həmyerlilərimizin bu mühakiməsindən o qədər də məlumatlı deyil.

Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında girov götürdüyü azərbaycanlılar üzərində dünyanın heç bir qanununa, hüquqi prosedura sığmayan qurama məhkəmə təşkil etdi. Erməni mətbuatı Şahbaz Quliyevin cinayətini guya qismən etiraf etdiyini, Dilqəm Əsgərovun isə kəşfiyyatçı olduğuna dair faktlara sahib olduqlarını yazır. Əslində isə Azərbaycan vətəndaşları doğmalarının qəbirlərini ziyarət etdikləri, doğulub boya-başa çatdıqları torpaqlara ayaq basdıqları üçün mühakimə edilir. Rəsmi Bakı vətəndaşlarının girov götürülməsi ilə bağlı beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Soydaşlarımızın azad edilməsi ilə bağlı beynəlxalq aləmdən reaksiya gözlədiyimiz bir vaxt da Birləşmiş Ştatların Dövlət Katibliyinin sözçüsü Cen Psaki qəribə bir açıqlama edib.

"Xüsusilə bu məsələ ilə bağlı məlumatım yoxdur. Bununla mütəxəssislər maraqlanacaqlar. Deyə bilərəm ki, münaqişənin sülh yolu ilə həllində atılan addımları dəstəkləyəcəyik".

Azərbaycanda bu açıqlama birmənalı qarşılanmadı. Düzdür biz xanım Psakinin suala hazırlıqsız yaxalandığını və ya regionda, əsasən də Türkiyə və Suriyada baş verənlərin, bizim girov məsələmizi kölgələdiyi iddialarını nəzərə ala bilərdik. Amma Dövlət Katibliyinin region üzrə müşahidəçilərinin Azərbaycanda ən xırda hüquq pozuntusu və elə həmin Leyla Yunus məsələsi haqda etdiyi məruzələr və bunlar əsasında Dövlət Katibliyinin ifadə etdiyi sərt tənqidlərin şahidi olduğumuzdan versiyalar inandırıcı görünmür.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, Azərbaycanda bəzən tanınmayan bir insanın hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilməsi ABŞ Dövlət Departamentinin müzakirə mövzusu olur: "Leyla Yunusun Ermənistan Xüsusi Xidmət orqanları ilə əməkdaşlığı ifşa edildikdən sonra ABŞ Dövlət Departamenti onun azadlığa buraxılmasını tələb etdi. Belə halda isə Azərbaycanın ağrılı məsələsinə göz yumulur. Hesab edirəm ki, yanaşma ikili standartdır".

Millət vəkilinin səsləndirdiyi eyni sual Avropa Şurasının insan haqları üzrə komissarlarına da ünvanlanmışdı. Amma onlar bir milyon qaçqının pozulan hüquqlarına reaksiya verməkdən boyun qaçırmışdı.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1152   Tarix: 31 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 159
.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

23.04.2024 1112
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23.04.2024 534
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23.04.2024 668
.

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edilib

Cənubi Amerika ölkəsi Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya edilib. xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. Hakim Josefin

23.04.2024 396
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 449
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 269
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

23.04.2024 254
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 988