Moskvada Qarabağ ermənilərinə saxta pasportlar paylanır

Moskvada Qarabağ ermənilərinə saxta pasportlar paylanırKremldən Bakıya qondarma qurumu tanıma hədəsi; Separatçı bölgə sakinləri Rusiyanın rəsmi qurumlarından "Dağlıq Qarabağ dövləti" adına asanca kimlik sənədi – sürücülük vəsiqəsi və s. ala bilirlər; ilginc olayın şok təfərrüatları bu yazıda; Bakı Moskvaya nota təqdim edəcəkmi?..

Kremlin Azərbaycana qarşı ən ciddi şantaj vasitələrindən biri və birincisi heç şübhəsiz, SSRİ-nin çöküşü ərəfəsində onun özü tərəfindən məqsədli şəkildə qızışdırılan Dağlıq Qarabağ problemidir. Krımın zorla ilhaqından sonra Rusiya üçün bu problemin əhəmiyyəti ölkəmizi Avrasiya layihələrinə qoşmağa sövq eləmək baxımından xüsusilə artıb.

Bir ara hətta Rusiyanın eyni ssenarini - "referendum oyunu"nu sözügedən separatçı bölgədə təkrarlamaq niyyətində olduğu barədə informasiyalar yayılmışdı. Ardınca xəbər gəldi ki, Kreml emissarları real hərəkətə keçib və artıq Qarabağ ermənilərinə Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Krımdakı kimi Rusiya vətəndaşlığına keçmək təklif etməyə başlayıblar. Bundan ötrü ən müxtəlif şirnikləndirici vədlərin verildiyi də o zaman gələn həmin xəbərlər sırasında idi.

Bu günlər isə Moskvanın Dağlıq Qarabağ məsələsində satellit ermənilərin "ayağını tapdamadığına" dair şok fakt ortaya çıxıb. Sən demə, Moskvada cəmi 800 dollara "Dağlıq Qarabağ vətəndaşlığı" haqda "pasport" almaq olar. Vesti.az portalının üzə çıxardığı məlumata görə, üstəlik, bunu leqal şəkildə əldə eləmək mümkündür. Daha doğrusu, fotodan da göründüyü kimi, Moskvada bütün bu, qeyri-legitim məlumatların əks olunduğu sürücülük vəsiqəsini asanca əldə eləmək olar. Fotoda Arzanqulyan Emil Benyaminoviçin adına verilmiş sürücülük vəsiqəsi əks olunub. Rus və ingilis dillərində olan "sənəd"də doğulduğu ölkə qrafasında "Dağlıq Qarabağ" ifadəsi göstərilib. Belə çıxır, bu adda müstəqil dövlət varmış və Rusiya da onu çoxdan tanıyırmış.

Qeyd edək ki, adı çəkilən şəxs heç də mifik yox, real adamdır. O, 27 iyul 1973-cü ildə, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunda doğulub. Hazırda Moskvada yaşayır və "Ekoqaz" MMC-nin baş direktoru vəzifəsində çalışır. Arzanqulyan üstəgəl, qatı separatçı və anti-Azərbaycançı kimi tanınır, özünün facebook səhifəsində vaxtaşırı azərbaycanlıları təhqir edir.

Bəli, haqqında danışılan erməni separatçısının yaxşı pulu var. Ancaq bu, əsla əsas vermir ki, Moskvanın Baş Yol Polisi İdarəsinə Arzanqulyana Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərildiyi möhürlü-imzalı sürücülük vəsiqəsi versin. Çünki söhbət artıq siyasidir və beynəlxalq hüquqa gedib dirənir. Təbii ki, Arzanqulyan "qanuni yolla" belə qanunsuz sənəd alıbsa, separatçı bölgədən olan digər ermənilərə də bu, nəsib ola bilər. Mümkündür ki, Moskvanın uyğun qurumları rüşvət və ya qeyri-rüşvətin müqabilində Qarabağ ermənilərinə qondarma pasportlar da paylayır.

Buyurun, bu da sübut: sayt çətinliklə də olsa araşdırıb və Moskva Yol Polisində dəqiqləşdirib ki, Rusiya qanunları yeni sürücülük vəsiqəsinin yalnız pasport və ya onu əvəzləyən hüquqi sənəd əsasında verildiyini nəzərdə tutur. "Onun (Arzanqulyanın - red.) pasportunda doğum yeri kimi Dağlıq Qarabağ göstərilmişdi. Ona görə sürücülük vəsiqəsində də doğum yeri Dağlıq Qarabağ göstərilib", - deyə idarənin adının çəkilməsini istəməyən məmuru portala bildirib. Ayrı sözlə, Qarabağ ermənisi Moskvada nəinki qanunsuz sürücülük vəsiqəsi, qanunsuz pasport da ala bilər..Aydındır ki, "yuxarıların" rüsxəti olmadan hansısa Moskva "QAİ"si rüşvət qarşılığında belə, bu miqyaslı siyasi özbaşınalığa getməz. Belə çıxır, Rusiya yeri gələndə Dağlıq Qarabağı de-yure Azərbaycanın tərkib hissəsi saymaya da bilər. Bu, şübhəsiz, Minsk Qrupunun əsas həmsədr ölkəsi olaraq Rusiyanın Azərbaycana qarşı növbəti şantajıdır. Odur ki, məsələyə ilk növbədə Azərbaycan Xarici İşlər Nazirliyi operativ şəkildə müdaxilə edib Rusiyanın müvafiq strukturlarından izahat tələb etməlidir. Gərək varsa, Rusiya tərəfinə nota da təqdim eləmək olar. Əgər Orxan Zeynalov məsələsində etiraz notası verildisə, Qarabağla bağlı niyə də olmasın?

Olayın prezidentlərin Paris görüşü ərəfəsinə təsadüf etməsi də diqqət çəkir.
Mövzunu diqqətdə saxlayacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1089   Tarix: 27 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 165
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 361
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

23.04.2024 438
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 351
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 311
.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

23.04.2024 292
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 296
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

23.04.2024 195
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23.04.2024 236