Dərmanların telekanallarda reklamı ilə bağlı açıqlama

Dərmanların telekanallarda reklamı ilə bağlı açıqlamaAzərbaycanda dərmanların içlik vərəqələrinə dəyişikliklər ediləcək.

Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan reklamın televiziya kanallarında yayımlanması qadağandır.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, əvvəllər dərman preparatlarının heç birinin reklamına icazə verilmirdi, ancaq "Reklam haqqında" qanuna düzəliş ediləndən sonra reseptsiz buraxılan dərman preparatlarının reklamına icazə verildi.

Onun sözlərinə görə, yalnız müvafiq icra hakimiyyəti orqanının, yəni Səhiyyə Nazirliyinin icazəsindən sonra dərmanların reklamına icazə verilir:

"İndi reklamların aşağı hissəsindəki titrdə "Dərmanların əks-təsiri də var" yazısı qeyd olunur. Söz yox ki, istənilən dərmanın mənfi təsiri də var və buna görə də Səhiyyə Nazirliyi məcbur edir ki, reklam zamanı əks-təsirlər barədə məlumatlar titrlərdə getsin. Səhiyyə Nazirliyinin icazəsi olmadan dərman preparatları reklam edildikdə, Milli Televiziya və Radio Şurasına müraciət edirik ki, bunu edən kanallar barəsində müvafiq tədbirlər görsünlər. Yəni təkcə şirkətlər deyil, televiziya kanalları haqqında da tədbirlər görülməlidir. Çünki Səhiyyə Nazirliyinin müvafiq icazəsi olmadan reklamın televiziya kanallarında yayımlanması qadağandır".

E.Ağayev bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu tərəfindən aparılan monitorinqlər nəticəsində dərmanların içlik vərəqlərində aşkarlanan səhvlərə də aydınlıq gətirib. O qeyd edib ki, əvvəllər Azərbaycanda dərmanların içlik vərəqələri istənilən dildə yazılırdı:

"Bu məsələ "Reklam haqqında" qanunda da öz əksini tapdı. "Əzcaçılıq haqqında" qanunda düzəliş ediləndən sonra artıq ötən ildən bütün şirkətlər məcbur edilir ki, dərman preparatlarının içliyi Azərbaycan dilində olsun. Nadir hallarda içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarına rast gəlinir. Səhiyyə Nazirliyi tərəfindən aparılan monitorinq zamanı da içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının satışına qadağa qoyulur. Bu qadağa həmin dərman preparatlarının içlik vərəqələrinin Azərbaycan dilinə tərcümə olunmasına qədər davam edir".

E.Ağayev əlavə edib ki, içlik vərəqələrinin dil üslubunda səhvlərə rast gəlinə bilər:

"Səhiyyə Nazirliyində Dilçilik İnstitutunun əməkdaşları ilə görüşümüz olmuşdu. Səhiyyə Nazirliyində qeydiyyatdan keçməyən dərman preparatlarının içlik vərəqələrində səhvlər var idi. Amma nazirliyin təsdiq etdiyi içlik vərəqələri standart formaya gətirilib. Hazırda bunun da yığcam formasını fikirləşirik ki, bəzi içlik vərəqələri çox böyük həcmdədir. Burada istifadəçilər üçün artıq məlumatlar var. Düşünürük ki, həmin məlumatlar gələcəkdə içlik vərəqələrində olmasın. Çünki içlik vərəqələri təkcə xəstələr üçün deyil, bundan həkimlər də istifadə edirlər"

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 927   Tarix: 26 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304