Uşağınız kökəlmir?

Uşağınız kökəlmir?Uşağımın çəkisi
Uşağın çəkisinin defisiti "hipotrofiya" adlanır. Uşaqda hipotrofiya olduqda onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur, uşaq tez-tez infeksion xəstəliklərinə tutulur.
Hipotrofiyanın ağır formaları hətta uşağın həlak olmasına səbəb ola bilər.

1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və, adətən, xəstəxana şəraitində müalicə olunur.

Çəki artımının pis olmasının 3 qrup səbəbi olur.

Birinci qrup səbəblər - qeyri-adekvat, balanslaşdırılmamış qidalanma. Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər.

Bu halda uşağın çəkisi kifayət qədər artmır, o çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də (2,5 saat) tab gətirmir. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi - əlavə qidalanmanın gecikdirilməsidir (əlavə qidaların verilməsinin optimal müddəti - uşağın 5 aylığındandır).

İkinci qrup səbəblər - qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən (laktaz çatışmazlığı, disbakterioz, seliakiya və s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və qarında olan ağrılarla müşayiət olunur. Belə əlamətlər qeyd olunduqda yalnız bir məsləhət vermək olar – mütəxəssisə müraciət edin.

Üçüncü qrup səbəblər - maddələr mübadiləsinin pozulması.
Əgər çəki artımının az olması ilə yanaşı, uşağın boy artımının da xeyli ləngiməsi qeyd edilərsə (bəzi hallarda uşağın boyu, ümümiyyətlə, artmaya da bilər), tez bir zamanda həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə də müraciət etmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2925   Tarix: 24 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201