Prezident və xanımı Atçılıq Kompleksində - FOTO

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Axşam.az-ın məlumatına görə, artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər nəticəsində ölkəmiz bu gün beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirildiyi əlverişli məkandır.

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ölkəmizdə idman dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya Hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin ifadəsidir.

Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturu olan Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Ölkədə və paytaxtda idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Stend Atıcılığı İdman Kompleksində də işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda bu kompleksin baş planına əsasən ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.

Dövlətimizin başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış oldular. Bildirildi ki, burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturacaqları və 500 tamaşaçı yerlik tribuna inşa olunur. Bundan başqa, ərazidə sosial obyektlərin yaradılmasına da xüsusi diqqət göstərilir. Bu məqsədlə dördmərtəbəli mehmanxananın tikintisi aparılır ki, burada ikinəfərlik 20 otaq, iki VİP otaq olacaq. Binada konfrans zalı, iclas otağı, tibb və məşqçilər üçün otaqlar və restoran
yerləşəcək. Layihəyə uyğun olaraq, ərazidə 500 yerlik avtomobil dayanacağı da tikiləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva güllə atıcılığı sahəsi ilə də tanış oldular. Bildirildi ki, bu sahə 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulub. Buraya 10 metr məsafəyə atıcılıq üzrə qapalı tir də daxildir. Tirdə 80 nəfər idmançı eyni zamanda yarışacaq. Burada 483 tamaşaçı yarışların gedişini izləyə biləcək.

Əlli nəfər idmançının yarışacağı 25 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri isə 390 tamaşaçı yerlikdir. Burada, həmçinin 50 metrlik məsafəyə 80 idmançının yarışacağı yarımqapalı atıcılıq tiri də quraşdırılır. Bundan əlavə, ərazidə 300 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri də tikilir. Qırx idmançının eyni vaxtda yarışacağı bu tirdə 414 tamaşaçı yeri olacaq. Həm Olimpiya oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə qapalı tirlər isə eyni vaxtda 15 idmançının yarışmasına hesablanıb və 500 tamaşaçı yerlikdir. Güllə atıcılığı binasının tir zallarının hər birində idmançılar, həkimlər, məşqçilər üçün ayrıca otaqlar yaradılıb.

Bundan əlavə, binada geniş foye, qeydiyyat mərkəzi, kafe, restoran, gözləmə və istirahət otaqları, konfrans zalları, baxış eyvanları, mətbuat mərkəzi, texniki otaqlar, tibb, dopinq-nəzarət otaqlarının yaradılması da nəzərdə tutulub. Bildirildi ki, Stend Atıcılığı İdman Kompleksi Avropada ən böyük atıcılıq komplekslərdən biri olacaq. Dövlətimizin başçısı inşaat işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

azərtac

Prezident və xanımı Atçılıq Kompleksində - FOTOPrezident və xanımı Atçılıq Kompleksində - FOTOPrezident və xanımı Atçılıq Kompleksində - FOTOPrezident və xanımı Atçılıq Kompleksində - FOTOPrezident və xanımı Atçılıq Kompleksində - FOTOPrezident və xanımı Atçılıq Kompleksində - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2883   Tarix: 22 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 352
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 595
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 909
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 146
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

10:00 643
.

Sürücünü yanan avtomobildən son anda xilas etdilər - VİDEO

ABŞ-ın Minnesota ştatında yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı maşın yanıb. Hadisə zamanı sürücünü ətrafdakı vətəndaşlar yanmaqdan xilas edib. Yanğın zamanı 5 nəfər qapını zorla açmağa çalışıb, nəqliyyat işçisi isə nəqliyyat vasitəsinin pəncərəsini çəkiclə sındırmağa çalışıb

14:08 147
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

12:21 274
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 162
.

Sürücünü yanan avtomobildən son anda xilas ediblər

ABŞ-nin Minnesota ştatında yanan avtomobildə olan sürücü ətrafdakılar tərəfindən son anda xilas edilib. xəbər verir ki, sağ tərəfi alov içində qalan nəqliyyat vasitəsinin sürücüsü maneəyə görə qapını aça bilməyəndə ətrafdakılar onun köməyinə qaçıblar. Ən azı 5 nəfər qapını zorla açmağa çalışarkən, nəqliyya

23.04.2024 426