Bu kadrlar sizi şoka salacaq - VİDEO
Çində babası ilə zooparka gedən balaca, həyatının ən ağır anlarını yaşayıb. Çinin Henan əyalətinin Pingdingshan şəhərində olan "Harbin Park" Zooparkında 9 yaşlı uşaq qəfəsdə olan ayıya toxunmaq istəyib və nəticədə o, sağ qolunu itirib.
Hadisə belə baş verib
Baba nəvəsini əyləndirmək məqsədi ilə onu zooparka aparıb. Ayıların olduğu qəfəsə yaxınlaşan zaman babası şəkər almaq üçün nəvəsini tək qoyaraq uzaqlaşıb. Babasının yoxluğundan istifadə edən balaca, ayılara toxunmaq istəyib.
9 yaşlı uşaq qəfəsin dəmir barmaqlıqları arasından əlini ayıya uzadıb. Ayı uşağın qolunu 10 dəqiqə ərzində dartmağa başlayıb. Uşağın qışqırığına gələn şəxslər nə qədər kömək etsələr də uşağın qolunu xilas edə bilməyiblər. Balacanın sağ qolu çiynindən qopub. Qopan qolu isə 20 dəqiqə sonra qəfəsdən götürmək mümkün olub.
xezerxeber.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş