Habil və Qabilin əhvalatı

Habil və Qabilin əhvalatıMənbə: http://zikr.az

Habil və Qabil Adəm peyğəmbərin oğullarıdır. Qabil Habilə paxıllıq etdiyinə görə onu qətlə yetirdi. Bu, yer üzündə insanlar arasında baş verən ilk qətl hadisəsi idi. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Haqsız ye­rə qətlə yetirilən elə bir insan yoxdur ki, onun (axıdılmış) qanına görə (qa­za­nılmış günahdan) ilk Adəm oğluna bir pay çatmış olmasın. Çünki adam öldürməyin əsasını o qoymuşdur." (əl-Buxari, 3335). Uca Allah Qurani Kərimdə bu haqda belə buyurur:  
"Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına  demişdi: "Səni hökmən öldürəcəyəm!"
Qardaşı da ona belə demişdi: "Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur".
Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin.
O dedi: "Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?" Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu.
Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar"
(əl-Maidə, 27-32).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3045   Tarix: 20 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701