Qulağımıza qoyduğumuz bomba

Qulağımıza qoyduğumuz bombaİnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən artır. Xüsusilə də gənclər bu sevimli əşyaya daha çox meyl göstərirlər. Ətraf mühitdən təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər ən real çıxış yolunu qulaqcıqlarda tapırlar.

İctimai nəqliyyat vasitələrində, küçədə, hətta işdə belə qulaqcıqlardan istifadə edənlərə tez-tez rast gəlirik. Bəzən belə bir hal da müşahidə edirik ki, qulaqcıq vasitəsi ilə qulaq asılan musiqini kənardan da eşitmək mümkün olur. Belə bir vəziyyətdə isə bu sevimli əşyanı qulaqcıq deyil, qulağın içindəki bomba adlandırmaq daha düzgün olardı.

Qulaqcıqdan düzgün istifadə etməmək sağlamlıq üçün kifayət qədər ciddi təhlükələr yaradır. Bu təhlükələr nədən ibarətdir?
BiG.AZ mütəxəssislərin məsləhətlərini diqqətinizə çatdırır.

Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən bir çox qulaqcıqlar satılır ki, onlardan istifadə etmək birmənalı şəkildə düzgün deyil. Müqayisəli şəkildə aydınlıq gətirmək üçün bu təxminən keyfiyyətsiz bir qida məhsulunu almaq kimi bir şeydir. Məhz belə qulaqcıqlar primitiv üsulla düzəldiyi üçün ölçülərin dəqiqliyinə tam riayət olunmur və bunun nəticəsində də həmin qulaqcıqlardan istifadə zamanı onlar qulağı incidir, mənfi mexaniki təsir göstərir.

Bir çox qulaqcıqları qulaq kanalına qədər taxmaq mümkündür. Əgər belə qulaqçıqlardan istifadə zamanı səs güclü olarsa bu qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər.

Nəzərə alsaq ki, səs gücünün insan üçün son yolverilən həddi 80 desibeldirsə və biz qulaqcıq vasitəsi ilə musiqiyə qulaq asanda qulaqcığın imkan verdiyi 105-120 desibel gücündə səsi qəbul ediriksə qulağımızda nələrin baş verdiyini təsəvvür etmək bir o qədər də çətin deyil. Məlumat üçün qeyd edək ki, adi insan danışanda səsin gücü 30 desibel, qışqırdıqda 60 desibelə bərabər olur.

Qulaqcıq vasitəsi ilə qəbul etdiyimiz səs daha güclü olduqca qulağa təzyiq daha da artır, son nəticədə isə qulaq pərdəsi deformasiyaya uğrayır və hətta qulaqda qanaxmaya səbəb olur. Ancaq məsələ təkcə bununla bitmir. Bütün bu mənfi təsirlərlə yanaşı sinir sistemi də təzyiqə məruz qalır ki, bu da əsəbilik və yorğunluqla nəticələnir.

Qulaqcıqların insan üçün yaratdığı digər bir təhlükə ətrafdakı baş verən hadisələrdən tam təcrid olunmasıdır. Küçə ilə yol gedən bir insan öz qulaqcıqlarına qapanıbsa o hər an təhlükə ilə üz-üzə qala bilər. Çünki qulağındakı səsin gücü onu başqa səslərin eşitməsinə imkan vermir. Hətta maşınların siqnal səsinə belə.

Mütəxəssislərin gəldikləri son qənaətlərə görə qulaqcıqlardan uzun müddət istifadə daxili gərginlik yaradır ki, bu da qan təzyiqinin yüksəlməsinə və baş ağrılarına səbəb olur.

Qulaqcıqlardan uzun müddətli istifadənin insan psixikasına mənfi təsiri də aşkarlanıb. Təcrübələr göstərir ki, uzun müddət qulaqcıq vasitəsi ilə müsiqiyə qulaq asan insanlarda özünəqapanma, psixi pozğunluq, emosional gərginlik müşahidə olunur.

Musiqinin insan ovqatına xoş təsir göstərməsi faktdır. Yeri gələndə bunun üçün qulaqcıqlardan da istifadə etmək olar. Ancaq ən adi qaydalara riayət etmək şərtilə. Sutka ərzində 50-60 dəqiqə qulaqcıqdan istsfadə etmək sağlamlıq üçün heç bir təhlükə yaratmır. Qulaqcıqdan istifadə zamanı onun səs gücünün 50 faizi ilə kifayətlənmək lazımdır.

Təbii olaraq ortaya belə bir sual çıxır ki, qulaqcıqların imkan verdiyi güclü səs sağlamlıq üçün ziyandırsa nəyə görə onun satışına və istifadəsinə icazə verilir? Bu sualın cavabı isə olduqca sadədir. Satışda insan sağlamlığı üçün təhlükə yaradan bir çox şeylər satılır. Məsələn alkoqollu içkilər, tütün məmulatlar və s. Ancaq insanı bunları almağa heç kim məcbur etmir. Çünki seçim insanın öz ixtiyarındadır. Sağlamlığının qayğısına qalanlar isə öz seçimində heç vaxt yanılmırlar. Çalışın siz də yanılmayasınız.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2805   Tarix: 21 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197