İki od və ya iki su arasında

İki od və ya iki su arasındaHəftədə baş verənlər, bəlkə də, bu ilin anonsu oldu. Bir az əvvəldən başlayaq. Rusiyanın müdafiə naziri Şoyqu Azərbaycana gəldi. Bu sıradan bir protokol səfəri kimi də, sətiraltısı və ya səfəraltısı kifayət qədər olan bir hadisə kimi də qiymətləndirilə bilər.

Bütün hallarda müdafiə nazirinin səfəri həmişə xüsusi diqqət tələb edir. İllah da indi. Rusiyanın apardığı yeni dostluq və yeni yoldaşlıq siyasəti fonunda. Niyə yeni? Ona görə ki, bu siyasətin kökündə məcbur etmə amili dayanır. Yəni sən mənimlə dost olmalısan, əks təqdirdə.

Bax bütün dünyanı da narahat edən bu əks təqdirin nəyi və ya nələri nəzərdə tutmasıdır. Rusiya müdafiə nazirinin Azərbaycana səfəri ilə bağlı müxtəlif mülahizələr səslənib. Analitiklər bu səfərin demək olar ki, boş yerini saxlamayıblar. Amma biz axtardıq və tapdıq.

Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşünün əhəmiyyətini şübhə altına almaq, təbii ki, düz olmazdı. Ona görə ki, hələ Azərbaycanın müdafiə naziri Zakir Həsənov nazir postunda ilk oturaq müsahibəsini verəndə eyham vurmuşdu ki, NATO ilə əməkdaşlıq etsək də bəzi obyektiv səbəblər Rusiyanın rolunu qaçılmaz edir. Məsələn, nazirin bu fikirlərini xatırlayaq.

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun sözlərinə görə, əgər Rusiya Federasiyasından söhbət gedirsə, bizim yaxşı əlaqələrimiz var: "Həm hərbi təhsil, həm də hərbi texniki əməkdaşlığımız var.

Təcrübə mübadiləsi var. İkinci tərəfdən ordunun inşikafında NATO-nun təcrübəsindən geniş istifadə edirik. Bu bizə müasir təcrübəni orduda tətbiq etməyə imkan yaradır. Sənədləşmə NATO standarları ilədir. Ancaq bir çətinliyimiz də var.

Çətinlik ondan ibarətdir ki, NATO dövlətləri bizə silah satmırlar. Ona görə biz tam olaraq bu standartlara keçmək üçün, təbii ki, NATO standartı əldə etməliyik. Ancaq dünyada ikili standartların olması burada özünü biruzə verir. Ermənilər Azərbayacana təcavüz edib, torpaqlarımızın 20 faizini işğal edib, ancaq Azərbaycana NATO silahı satılmır".

Bu baxımdan nazirlərin qarşılıqlı səfərlərinin təbii bir hal olduğunu anlayırıq. Lakin bu səfərlə bağlı, ümumiyyətlə, toxunulmayan, səfəraltı - sətiraltı məqamlardan danışacağıq. Bir müddət əvvəl Həştərxanda Xəzəryanı dövlətlərin sammitində belə bir qərar da qəbul edildi ki, Xəzərdə regiona aid olmayanların hərbi mövcudluğuna yol verilməycək.

Əslində, bu bəyanat birmənalı olaraq Rusiyanın əlehinə işləyirdi və bu sənədin ardınca Moskvanın Xəzər sularında və Xəzər sahili dövlətlərdə xüsusi fəallıq nümayiş etdirəcəyini gözləmək lazım idi. Bu da baş verdi. Həmin sammitə toxunduğumuz tərəfdən Birləşmiş Ştatların da rəyi yadınızdadır. O zaman Amerika Birləşmiş Ştatları açıq şəkildə bəyan etdi ki, bu qərar onun Azərbaycanla Xəzərdəki əməkdaşlığına təsir etməyəcək. Sergey Şoyqu Azərbaycana məhz bu həndəvərlərdə gəldi.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının gəmiləri də Bakı sahillərində bu həftə oldular. Hərbi gəmilərin dost niyyətli olduğu deyilir. İnanmaya bilmərik. Hətta burada azərbaycanlı həmkarları ilə bir futbol da oynayacaqlar. Bu, Rusiya hərbi gəmilərinin Xəzərin Bakı sahillərinə 2013-cü ildən bəri ikinci səfəridir və məncə, birinci dəfəki ajiotajın indi olmaması artıq qonaqlara bir az vərdiş etməkdən də irəli gəlir. Rusiyalı nazırin və hərbi gəmilərin səfəri bir səfərdən daha artıq mövzu verir.

Məsələ burasındadır ki, oktyabrın 14-də Birləşmiş Ştatların 6-cı donanmasının flaqmanı olan "Mount Uitni" komanda-qərargah gəmisi Qara Dənizə-Batum limanına yan alıb. Qara dəniz akvatoriyasında vaxtilə Atlantik-Hind okeanında əməliyyatlarda iştirak edən döyüş gəmisinin mövcudluğunun Moskva üçün nə dərəcədə təhlükəli olduğunu elə rusların narahatlıq dolu etirazları göstərir.

NATO-nun bu gəmisi artıq bir dəfə, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Poti limanında olmuşdu. Doğrudur, o zaman humanitar yüklə. Bu dəfə isə "Mount Uitni"nin heyəti Gürcüstan sahil mühafizəsi qüvvələri ilə birgə təlim məşqləri ilə yanaşı mədəni kütləvi tədbirlər də keçirəcək. Daha doğrusu, konsert verəcəklər. Məsələn, bizdə Rusiya Donanmasının Azərbaycan hərbi dənizçiləri ilə futbol oynaması kimi. Qara dənizdə Amerika konserti, Xəzər dənizində Rusiya futbolu. Qapı isə deyəsən birdir.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3145   Tarix: 21 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

19:04 239
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 937
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

16:03 348
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

19:06 248
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

20:15 33
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 176
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 177
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

15:32 262
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

16:10 157