Bakının qəlbi cazla döyünəcək - FOTO

Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində "Bakı Beynəlxalq Caz Festivalı – 2014" başlanıb. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır.

Mərasimi açan tanınmış telejurnalist Rahib Azəri bildirib ki, ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

Festival çərçivəsində Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Caz Mərkəzində, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli musiqiçilərdən Terri Layn Karrinqtonun kvarteti, Terens Blanşardın kvinteti, Anat Kohenin kvarteti, Mişel Kamilonun triosu, Stenli Klarkın qrupu, Kreyq Tabornun triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları olacaq. Eyni zamanda, Azərbaycanın tanınmış ifaçılarından Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər. Beləliklə, Bakının qəlbi yenidən caz ritmləri ilə döyünəcək.

Qeyd olunub ki, artıq ənənəyə çevrilmiş və neçə illərdir ki, paytaxtımızda keçirilən beynəlxalq caz festivalı dünya şöhrətli ifaçılar çıxış ediblər.
Festivalın ilk günündə səhnəyə Kreyq Taborn (fortepiano) çıxıb. Onu Tomas Morqan (bass), Ceyms Betss (zərb alətləri) müşayiət ediblər.
Caz pianoçu və sintezator ifaçı Kreyq Taborn öz peşəkar karyerasına 1990-cı illərdə başlayıb və o dövrdə sadə cazdan tutmuş kənar musiqiyə qədər müxtəlif janrlarda gənc musiqiçilərlə, eyni zamanda korifeylərlə bir yerdə işləyib. Onun ilk solo fortepiano albomu olan "Avenging Angel" 2011-ci ildə buraxılıb. Həmin ildə o, bas gitaraçı Uilyam Parker və Kliverlə "Farmers by Nature" adlı trio yaradıb və "Out of This World’s Distortions" diskini yazıb. Kreyq Tabornun "Chants" adlı ikinci albomu isə 2013-cü ilin aprelində buraxılıb.

Qrupun təqdim etdiyi caz kompozisiyalar alqışlarla qarşılanıb.

"Bakı Beynəlxalq Caz Festivalı – 2014" oktyabrın 30-dək davam edəcək.

anspress.com

Bakının qəlbi cazla döyünəcək - FOTOBakının qəlbi cazla döyünəcək - FOTOBakının qəlbi cazla döyünəcək - FOTOBakının qəlbi cazla döyünəcək - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 20 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988