Okean sahilində malikanə - FOTO

Dizayner Kelli Beun ən müxtəlif layihələrlə asanlıqla bacarırdı. Lakin Lonq-Aylenddə sahildə şəxsi evin tikintisi isə onun üçün əsl sınaq olub.

Kelli Beun və onun ailəsinin Sauthemptondakı evinin memarları - Swayer Berson bürosundan Brayan Sueyer və Con Bersondur. Lonq-Aylenddə Atlantik okeanına mənzərəsi açılan torpaq sahəsinin landşaftı uzun və dar konstruksiya tələb edirdi. Ancaq Kelli "şüşə qələmdanda" qalmaqdan imtina etdi.

Nəticədə çox da hündür olmayan, bir-biri ilə birləşən şüşə pavilyonlardan və əhəngdən olan tikili alınıb. Sueyer və Berson böyük məkanı ayrı-ayrı otaqlara bölmək üçün çoxlu düşünməli olublar. 7 geniş yataq otağından əlavə (qonaq qanadından 3-ü də daxil olmaqla) evdə kinoteatr, trenajor zalı və hovuz var.

buro247.az

Okean sahilində malikanə - FOTOOkean sahilində malikanə - FOTOOkean sahilində malikanə - FOTOOkean sahilində malikanə - FOTOOkean sahilində malikanə - FOTOOkean sahilində malikanə - FOTOOkean sahilində malikanə - FOTOOkean sahilində malikanə - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 7389   Tarix: 20 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş