Foto şəkildə gözəl düşməyin sirləri - FOTO

Qürub çağı çəkilən şəkillər daha gözəl düşür

Bəzi insanlar çox gözəl olmasalar da foto şəkildə gözəl çıxırlar.

Bəs foto şəkillərdə gözəl çıxmağın sirri nədədir?

Bu qaydalara riayət etməklə daha yaxşı fotoşəkil əldə etmək olar.

İlk qayda rahat olmaqdır.

Fotoşəkillərdə poz verməməyə çalışın və ya poz vermirmiş kimi hərəkət edin.

Əgər xüsusi bir çəkilişdirsə hərəkətli olun. Fotograf hökmən sizi təbii bir vəziyyətdə tutacaq.

Vizajist Troy Celsen sərxoş vəziyyətdə nəzarəti itirməyə başlayacağınızı və işıq nə qədər parlaq olsa da gözlərinizin mat görünəcəyini deyir.

Əgər çəkiliş açıq havadadırsa qürub çağı şəkillər daha gözəl düşəcək. Məşhur fotoqraf Cek Qay qürub çağı işığının insanı çox gözəl göstərəcəyini deyir. Aşağıya doğru əşyalar kölgəli düşdüyündən alt göz qapağında olan xoşagəlməz qaraltılar şəkildə düşməyəcək və bu da sizi daha cavan göstərəcək.

Patti Vud isə hesab edir ki, çəkiliş vaxtı "money" demək doğru addım olacaq. Çönkü "money" deyilməsi göz ətrafında olan mimiika cizgiləri ürəkdən təbəssüm təəssüratı yaradacaq.

Dilinizi dişlərinizin arxasında tutaraq gülümsəsəniz, üzünüz gərgin düşməyəcək.

Olduğunuzdan daha kök görünmək istəmirsinizsə və təbii görüntü əldə etmək istəyirsinizsə dik dayanaraq qollarınızı bədəninizn yanında saxlayın, amma əsla yapışdırmayın.

Boğaz qırışlarınızın bəlli olmaması üçün çənənizi yuxarıda saxlayaraq obytektivə gülümsəyin. Yuxarından aparılan çəkilişlərdə arıq, aşağıdan aparılan çəkilişlərdə uzun görünəcəksiniz.

Birbaşa çəkilişlərdə isə düzgün dayanmasanız kök və ya kiçik boylu görünəcəksiniz. Bir başa obyektivə doğru dayanmamalısınız. Hansı profildən yaxşı göründüyünüzə qərar verin və kiçik bucaqla yan duruş nümayiş etdirin. Rahat olmaq və ya bu ifadəni hiss etdirmək istəyirsinizsə çəkilişdən əvvəl bir qədər gözünüzü yumun. Çəkiliş vaxtı fərqi özünüz də görəcəksiniz.

Həmçinin çəkiliş vaxtı geyiminiz də böyük əhəmiyyət kəsb edir. Xüsusi bir gün üçün olacaq çəkilişdə brendlərdən yox, klassik stildən istifadə edin. İllər əvvəl çəkdirdiyiniz şəkillərinizi sevgilinizə göstərəndə, necə də gülməli geyinmişəm, amma o dövrdə bu dəbdə idi – kimi açıqlamaları da unutmayın.

Şəkil çəkdirəndə üfüqi cizgili köynəklərdən və geniş şalvarlardan imtina edin. Bunlar sizi olduqca kök və qısa göstərəcək. beli yuxarıda olan ətək və şalvarlar sizi daha uzun və zərif göstərəcək.

Fonun rənginə diqqət edin. Geyimizlə eyni tonda olan və rəngi boğacaq məkanlarda şəkil çəkdirməyin.

Imicmeykerlər böyürtkən tonlarında parıltılı pomadanın hamıya yaraşacağını iddia edirlər.

Foto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTOFoto şəkildə gözəl düşməyin sirləri - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 15153   Tarix: 17 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobillərdəki bu düymə nə işə yarayır?

Avtomobillərdə hər zaman gördüyümüz, lakin çoxumuzun nə etdiyini bilmədiyimiz "daxili dövriyyə" düyməsi maraq doğurur. Daxili dövriyyə düyməsi avtomobilin kondisioner sistemlərində olan bir xüsusiyyətdir. Bu düymə avtomobilin daxili hava dövranını idarə etmək üçün istifadə olunur. Buna bəzən"resirkulyasiya"

24.03.2024 476
.

"Qızıl Moruq 2024" mükafatının qalibləri açıqlandı

ABŞ-də son bir ildə kino sahəsində ən pis nailiyyətləri tanıyan "Qızıl Moruq 2024" mükafatının qalibləri elan edilib. Mükafatların sayına görə lider "ən pis film", "ən pis rejissor", "ən pis ssenari", "ən pis ekran cütlüyü" və "ən pis remeyk, parodiy

10.03.2024 339
.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24.03.2024 298
.

Tarixdə bir ilk: Sadəcə, düşüncənin köməyi ilə sosial şəbəkədə paylaşım etdi

Beyninə çip implantasiya edilən Nolan Arbo düşüncələrdən istifadə edərək "X" sosial şəbəkəsində ilk paylaşımını edib. Bu barədə "Neuralink" neyrotexnoloji şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask özünün sosial şəbəkə hesabından məlumat verib. "Telepathy" (şirkət

23.03.2024 327
.

İçərisində insan qalıqları olan çanta tapıldı

Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib. Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib. Baxış zamanı hüquq-mühafiz

10.03.2024 522
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 435
.

İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar. xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyət

24.03.2024 853
.

"X" televizorlar üçün "YouTube"un analoqunu işə salacaq

İlon Maska məxsus "X" sosial şəbəkəsi "YouTube"la rəqabət aparmaq üçün "Smart TV"ni dəstəkləyən "Amazon" və "Samsung" televizorları üçün proqram təqdim edəcək. Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlar

10.03.2024 318
.

Middlton xərçəngdən əziyyət çəkdiyini açıqladı

Şahzadə Uilyamın həyat yoldaşı, Uels şahzadəsi Keyt Middlton onkoloji xəstəlikdən əziyyət çəkir. Axşam.az xəbər verir ki, bu barədə o, özü açıqlama yayıb. Middlton xərçəng səbəbindən əməliyyat keçirdiyini və hazırda kimyaterapiya aldığını vurğulayıb. Qeyd edək ki, yanvarda Kensinqton Sarayı Keyt Middltonu

23.03.2024 379