Rənglərinə görə meyvə və tərəvəzlərin faydaları

Rənglərinə görə meyvə və tərəvəzlərin faydalarıGöyərti və meyvələrə rəng verən maddələr Sağlamlığa da təsir edir. Meyvələrin tərkibindəki formsante, beta karoten, lutein, alisin kimi maddələr onlara rəng vermək xüsusiyyətinə malikdirlər.

Bu maddələrin sağlamlığınıza faydalarını bilsəniz, üstünlük verməli olduğunuz meyvələri də asanlıqla seçəcəksiniz.

Qırmızı meyvələr

Bu meyvələrə likopen adlı maddə rəng verir. Likopen xərçəngə qarşı güclü vasitədir. Pomidor, qarpız, nar, çiyələk, qırmızı bibər likopen mənbəyidir. 1 orta boy pomidor, 1 dilim qqarpız, 1 orta boy nar və 15 ədəd çiyələklə bu ehtiyacınızı ödəyə bilərsiniz.

Alma, albalı və turp kimi meyvə-tərəvəzlər damar sərtləşmələrini önləməkdə təsirlidirlər. Çiyələk və nar isə qidalardakı kanserogen maddələri təsirsiz vəziyyətə gətirir.

Sarı və narıncı meyvələr

Bu meyvələrə rəng verən maddə beta karoten adlanır.

Bu maddə orqanizm üçün çox vacib olan A vitamininə çevrilir. Araşdırmalar xərçəng, damar sərtliyi və katarakta kimi xəstəliklərin qarşısının alınmasında beta karotenin çox faydalı olduğunu sübut edib.

Güclü antioksidant olduğu üçün hüceyrələri erkən yaşlanmadan qoruyur. Xolesterolun səviyyəsini aşağı salmaq üçün də sarı və narıncı rəngli meyvə və tərəvəzlər ideal qidalara sırasındadırlar.

Qayısı, qovun, kök, manqo, balqabaq, limon, portağal, armud, mandarin kimi meyvələr yeyərək beta karotinin möcüzəvi gücündən faydalana bilərsiniz.

Yaşıl meyvə və tərəvəzlər

Bunların tərkibində lutein maddəsi olur. Bu maddə əslində sarı rəngli olsa da, xlorofil maddəsi ilə birləşərək göyərtiyə yaşıl rəng verir. Güclü bir antioksidant olan lutein hüceyrələri qoruyur, katarakta kimi müxtəlif göz xəstəliklərinə qarşı mübarizə aparır.

Qaraciyər üçün də faydalı olan bu maddə əsasən boranı, kivi, xiyar, ispanaq, paxla, brokoli və kələmdə bol miqdarda olur.

Yaşıl rəngli meyvə və tərəvəzlər xərçəng və infarkt riskini azaldır.

Bu qidalar doğum əsnasında meydana gələ biləcək qüsurlara maneə törədir. Yaşıl rəngli meyvə və tərəvəzlərin bir digər faydası isə qırmızı qan hüceyrələrinin, dişlərin və sümüklərin güclənməsinə müsbət təsir göstərmələri və immunitet sistemini qüvvətləndirmələridir.

Bənövşəyi rəngli meyvə və tərəvəzlər

Antosianin maddəsi meyvə və tərəvəzlərə bənövşəyi rəng verir.

Bu maddə hüceyrənin yaşlanmasının qarşısını alır. Sağlam toxumaları və hüceyrələri qoruduğu üçün xərçəng və ürək xəstəliklərindən qoruyur.

Badımcan, böyürtkən, üzüm, çuğundur və qırmızı turpun tərkibində bol miqdarda antosianin var.

Ümumiyyətlə tünd rəngli meyvələr xərçəng riskini azaltmaqda faydalıdırlar. Bənövşəyi və qara rəngli meyvə-tərəvəzlər yaşlanmağı gecikdirici xüsusiyyətə malikdirlər. Həmçinin yaşlılıqla müşahidə olunan yaddaş problemlərinin də qarşısını alırlar.

Bu meyvələrin ən faydalısı qara üzümdür. Qabıq və çəyirdəyi ilə birlikdə yeyildikdə hüceyrələrin yenilənməsini təmin edir. Odur ki, bu meyvə bir çox xərçəng xəstələrinin gündəlik qida rasionuna daxil edilir.

Ağ rəngli meyvə tərəvəzlər

Bu meyvə-tərəvəzlərdə alisin maddəsi bol iqdarda olur. Sarımsaqda isə daha çoxdur. Sarımsağa qoxusunu verən də bu maddədir. Soğanın da tərkibində bol miqdarda olan alisin infeksiyalara öldürücü təsir göstərir. İmmunitet sistemini gücləndirməyə qadir olan ağ rəngli qidalar əsasən turp, sarımsaq, göbələk, soğan və kərəvizdir.

Meyvələrdən isə ağ tut bir çox xəstəliklərə qarşı orqanizmi qorumağa kömək edir.

tabloid


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3555   Tarix: 14 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alimlər dünyada xərçəngə yoluxma hallarının artdığını açıqlayıblar

Xərçəngə yoluxma halları bütün dünyada artır və daha çox gənclərdə diaqnoz qoyulur. Bu barədə araşdırma "BMJ Oncology" jurnalında dərc olunub. Araşdırmalara görə, ABŞ-də 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat, həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika

13.01.2024 1047
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1205
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 587
.

Mədə ağrısı olanların diqqətinə

Mədə müxtəlif səbəblərə görə ağrıya səbəb ola bilər. Tətbiq edəcəyiniz sadə üsullarla mede agrisi xilas ola bilərsiz. xəbər verir ki, ağrın başlayanda daha rahat bir mövqeyə keçərək, qidalanmaya ara verməyiniz lazımdır. Beləliklə, ağrının haradan qaynaqlandığını anlaya bilərsiniz. Mədə ağrısı səbəblər

23.03.2024 23266
.

Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?

İsti havalar infeksiya xəstəliklərinin artmasına səbəb olub. Bu cür infeksiyalar özünü hərarət, boğaz ağrısı, gözdə qızartılar, ürəkbulanma, öskürək, ishalla özünü büruzə verir. Yazda ortaya çıxan infeksiya xəstəliklərini təqdim edirik:. Onlarda biri diabakteriozdur: Disbakterioz zamanı normal və atipi

14.04.2024 352
.

Bu halda su içmək ziyandır

Daha sağlam və fit bir bədənə sahib olmaq üçün görülməli olan əsas işlərdən biri də su içməkdir. Bəzi insanlar su içməyi sevərkən, bəziləri günlərlə su içməyə bilər. Su içməmək orqanizm üçün ən zərərli vərdişlər sırasındadır. Bununla belə, düzgün vaxtlarda su içmək lazımdır. Yanlış vaxtda su içmək sağlamlığınız

16.02.2024 1243
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 585
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1083
.

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka

30.03.2024 527