Gürcüstanda 21 yaşlı Azərbaycanlı öldürülüb

Gürcüstanda 21 yaşlı Azərbaycanlı öldürülübQaraçöpün (Saqareco rayonu) azərbaycanlıların kompakt yaşadığı Qazılar kəndində 21 yaşlı gənc öldürülüb.

Qazılar kənd sakini Ülfüqar Quliyev bir ailənin üzvləri tərəfindən döyülüb və hadisə yerində ölüb. Gürcüstan Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, faktla bağlı Gürcüstan CM-nin 108-ci maddəsinə əsasən qəsdən adam öldürmə faktı ilə cinayət işi qaldırılıb:

"Hazırda qızın atası, 1972-ci il təvəllüdlü Novruz Kərimov saxlanılıb. İstintaq müəyyən edib ki, öldürülən 21 yaşlı Ülfüqar Quliyev gecə gizlincə həddi-buluğa yetməyən qızı evlənmək üçün qaçırmaq istəyi ilə Novruz Kərimovun evinə gəlib. Nəticədə o, möhkəm döyülüb və xəstəxanaya aparılarkən aldığı ciddi xəsarətlərdən dünyasını dəyişib. Gəncin ölümündən bir neçə dəqiqə sonra Kaxeti bölgəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Novruz Kərimov günahını boynuna alıb".

Gürcüstan mətbuatının məlumatına görə, ölüm hadisəsi iki gəncin bir-birinə sevgisinin faciə ilə bitməsinə səbəb olub: "Qazılar kəndinin gənc sakinləri bir-birini seviblər. Lakin qızın atası bu sevgiyə mane olub. Qız oğlana mesaj yazıb ki, gəl məni apar. Oğlan gecə radələrində sevdiyi qızın evinin qarşısına gəlib və maşınında onu gözləyib. Atasının evdə olmamasından istifadə edən qız tez gələrək oğlanın maşınına minib. Onlar maşını işə salan anda qızın atası onları görüb və balta ilə maşının şüşələrini sındırıb. Daha sonra oğlanı ailə üzvləri ilə birlikdə saxlayıb, əl-qolunu və ayağını bağlayaraq evə gətiriblər. Sonra oğlanı qızın ata-anası və iki qardaşı möhkəm döyüblər. Gecə yarısından səhər saat 5:00-dək döyülən oğlan ona verilən işgəncələrdən ölüb".

Hadisənin Qazılar kəndində baş verdiyini adının çəkilməyini istəməyən sakin də təsdiqləyib. Lakin o, Apa-ya açıqlamasında hadisənin Gürcüstan mətbuatında yazıldığı kimi olmadığını deyib: "Hadisə oktyabrın 3-dən 4-nə keçən gecə baş verib. Qaçırılan qızın - Nərgizin heç telefonu olmayıb və o, oğlana mesaj da yazmayıb. Amma Ülfüqar Quliyevin ailəsi 7-8 dəfə Nərgiz üçün elçi gəlib. Qızın atası Novruz Kərimov qızının azyaşlı olduğunu deyərək, elçilərə razılıq verməyib. Bundan sonra Ülfüqar Quliyev və onun adamları oktyabrın 3-dən 4-nə keçən gecə saat 2.00 radələrində Novruz Kərimovun evinə giriblər. Onlar qapıbir qoşudur. Gecə Novruz Kərimov yatan otağın qapısını arxadan bağladıqdan sonra 14 yaşlı Nərgizi yatağından götürüb maşına gətiriblər və qız ayılaraq qışqırıb. Səsə ata-anası və qardaşları oyanıb. Novruz Kərimov arxadan bağlanan qapını güclə açaraq maşına tərəf qaçıb. Bu vaxt maşın işə düşməyib. Kərimov əlinə gecə vaxtı nə keçibsə, maşına atıb və maşında olanlar qaçıblar. Yalnız Nərgizi qaçırmaq istəyən oğlan - Ülfüqar Quliyev qalıb. Novruz Kərimov daşla və yaxud başqa bir şeylə onun qulağının dibinə vurub. Oğlan özündən gedib. Onu tutub əl-qolunu bağladıqdan sonra evə gətiriblər. Sonra Novruz Kərimov təcili yardıma və polisə zəng vurub, özü isə polisə təslim olub. Xəstəxanaya aparılarkən yolda oğlan ölüb".

Qaçırılan qızın dayısı Qafqaz Kərimov Apa-ya açıqlamasında hadisə barədə ətraflı məlumat verib: "Nərgiz mənim bacım qızıdır, 14 yaşı var. 3-cü sinfə qədər məktəbə gedib, lakin sonra oxumayıb. Onun telefonu da olmayıb. Hara gedibsə, anası ilə gedib. Biz tərəflər - Qaraçöp eli çöl adamıyıq, mal-qara saxlayırıq. Bizdə qızlar böyüyən kimi məktəbə getmirlər. Hadisə ilə bağlı bildirim ki, 5-6 ay bundan əvvəl Ülfüqar Quliyevin anası Nərgizə elçi düşüb. Lakin qızın ailəsinin razılığı olmayıb. Bu yaxınlarda qıza başqa bir oğlanın ailəsi elçi gəlib. Ülfüqar bunu eşidəndə elə hesab edib ki, Nərgizi həmin oğlana verəcəklər. Buna görə də plan qurublar ki, qızı qaçırsınlar. Ülfüqarla birlikdə 5 oğlan Novruz Kərimovun evinin giriş-çıxışını və kimin hansı otaqda yatdığını dəqiq öyrəndikdən sonra gecə bacımın evinə gəliblər. Maşını bir tərəfdə saxlayaraq, divardan aşmaqla darvazanı açıblar. Sonra işıqları söndürüblər. Qızı qaçıran gənclərdə məlumat olub ki, qızın atası həmin gün evdə olmayacaq. Lakin Novruz Kərimov axşam evə qayıdıb və yatıb. Bunu bilməyən gənclər Nərgizin yatdığı otağa girib, onun ağzını tutub və yorğana bükərək maşına gətiriblər. Nərgiz bir dəfə qışqıra bilib. Ata-ana və 15-16 yaşlı iki qardaşı yuxudan oyanaraq Nərgizə köməyə qaçıblar. Ana maşının qarşısına keçib ki, sürüb qaçmasınlar. Ata qızı qaçırmaq istəyən Ülfüqarı tutub, maşında olan 5 nəfərdən üçü qaçıb. Novruz oğlanları ilə birgə Ülfüqarı evə gətirib və evdə döyüb. Sonra təcili yardıma və polisə zəng vurub. Bildiyimə görə, Ülfüqar Quliyev təcili yardımla xəstəxanaya yola salınanda sağ olub. Mən bundan başqa heç nə bilmirəm".

azvision


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2830   Tarix: 07 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 605
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 174
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 121
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 136
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 181
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 235