Qarabağ kəşfiyyatda: rəqibin yaralıları var

Qarabağ kəşfiyyatda: rəqibin yaralıları varİtaliya futbolunun əfsanəsi "İnter"ə xəbərdarlıq etdi: "Sakit, diqqətli, cəsarətli olun!"

Avropa Liqasının qrup oyununda İtaliyanın "İnter" klubu ilə qarşılaşacaq Ağdamın "Qarabağ" klubu Milandakı "DoubleTree by Hilton" otelində məskunlaşıb. Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli dünən oteldə olub. "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov əməkdaşımıza verdiyi açıqlamada, futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib.

İtaliyanın nüfuzlu "La Qazzetta dello Sport" nəşri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan geniş müsahibə götürüb.

"Qarabağ"ın məşqə çıxdığı stadionun öt örtüyü bərbad vəziyyətdə idi. Bundan başqa, stadionun əməkdaşları baş məşqçi Qurban Qurbanovu içəri buraxmaq istəmirdilər. Qurban Qurbanovun üzərində sənədinin olmaması səbəb kimi göstərilirdi. Qısa müddət ərzində yaranmış problem həll olundu və Qurban Qurbanov stadiona buraxıldı.

İtaliyanın məşhur idman jurnalisti Matteo Breqa "La Qazzetta dello Sport" qəzetində "İnter"in hazırkı vəziyyəti ilə bağlı geniş məqalə yazıb və Milan klubunu oynadığı ənənəvi 4-3-2-1 taktiki sxemindən imtina etməyə çağırıb. M.Breqa "İnter"in "Qarabağ"la oyuna bu sxemlə çıxacağı təqdirdə uğursuzluğa düçar olacağını yazıb.

İtaliyanın "Radio101" radiosunda qonaq olan İtaliya futbolunun əfsanəsi Sandro Massola "İnter"də lider futbolçunun olmamasından gileylənib. S.Massola "İnter"li futbolçuları "Sakit, diqqətli və cəsarətli olun!" şüarı ilə meydana səsləyib. Qeyd edək ki, İtaliya "A seriya"sının sonuncu turunda evdə "Kalyari"yə 1-4 hesabı ilə məğlubiyyət "İnter" və tərəfdarlarını təşvişə salıb.

"İnter"in düşərgəsindən gələn xəbərlərə görə, Nemanya Vidiç, Mateo Kovaçiç, Dodo və Conatan zədəlidir.

"Cüzeppe Meatsa"da komandamıza Romada təhsil alan tələbələr, "Avropa İmarət" fanklubunun üzvləri və Milanda yaşayan azsaylı azərbaycanlılar dəstək olacaq. Stadiona 40 mindən çox azarkeşin gələcəyi gözlənilir.

Axşam havanın mülayim keçəcəyi, yağış yağmayacağı deyilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1031   Tarix: 02 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 243
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 522
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 371
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 623
.

"Real Madrid"in ulduzu oyuna çıxmayacaq - SƏBƏB

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior bu həftəsonu La Liqa matçlarında baş verən irqçi təhqir hallarına etiraz edib. "Mən bu həftəsonu oynamayacağam. Təkcə şənbə günü İspaniyada üç açıq irqçilik hadisəsi baş verib. İrqçilər tapılmalıdır. Onlar tribunada olarkən matçlar davam ed

31.03.2024 437
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 454
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 412
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 213
.

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa

30.03.2024 333