Xocalı soyqırımı Çingiz Mustafayevin reportajında

Xocalı soyqırımı Çingiz Mustafayevin reportajındaANS PRESS Azərbaycanın Milli qəhrəmanı, mərhum telereportyor Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı hazırladığı reportajı təqdim edir. Məhz Çingiz Mustafayevin sayəsində ermənilərin 19 il bundan əvvəl azərbaycanlılara qarşı törətdikləri soyqırım qurbanlarının cəsədləri videolentə alınıb. Onun reportajı sayəsində bu gün də Azərbaycan öz haqq səsini real fakt və sübutlarla dünya ictimaiyyətinin diqqətinə çatdıra bilir.

1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Elman Məmmədovun vaxtilə mərhum telereportyor Çingiz Mustafayevə verdiyi müsahibə:

"Xocalının ermənilər tərəfindən zəbt olunması 1991-ci ilin avqust ayının axırlarından başlayıb. O vaxta qədər təşəbbüs bizim əlimizdə idi. Biz tikirdik, qururduq, yaradırdıq. Ermənilərə nisbətən üstünlüyümüz çox idi. Xankəndiyə mühafizə ilə də olsa gedib-gəlirdik. Ermənilər bizim gücümüzü hiss etməyə başlamışdılar. O dövrdən sonra respublikada hansısa qüvvə, nəyəsə görə elə bir oyun törətdi ki, biz Dağlıq Qarabağda bütün təşəbbüsü əldən verdik. Kəndlərimiz bir-bir boşalmağa, yandırılmağa, əhali qırılmağa başladı. Çox təəccüblü idi ki, respublikanın hakimiyyət orqanları, hüquq-mühafizə orqanları, ümumiyyətlə kim buna cavabdeh idi, onlar buna laqeyd, barmaqarası baxırdılar. Sanki belə də olmalıymış.

Xocalı faciəsinin başlanması ərəfəsində axırıncı dəfə, fevral ayının 13-də Gəncədən Xocalıya hərbi vertolyotlar yanacaq, çörək, ərzaq gətirdilər. Həmin vertolyotların köməyilə Xocalıdan 300 nəfərə yaxın qədər qadın, uşaq, xəstə çıxara bildik. Şükür ki, o zaman onları çıxartdıq. O vaxta qədər Xankəndidə təşkilat komitəsi işləyirdi. Özü də pis işləmirdi. Lakin təşkilat komitəsinin oradan getməyilə biz bütün təşəbbüsü əldən verdik. Təşkilat komitəsi gedəndən sonra tikinti işləri dayandı, təminat dayandı. Nazirliklər yavaş-yavaş Dağlıq Qarabağ ərazisindən kanarlaşmağa başladı. Axırıncı dəfə Xocalıya avtomobil yolu ilə oktyabr ayının 30-da gediş olub. Noyabr ayının 1-dən fevral ayının 25-ə qədər Xocalıya yeganə nəqliyyat növü vertolyot olub. O da çox nadir hallarda. Xocalıya axırıncı dəfə yanvarın 28-də mülki vertolyotların uçuşu oldu. Fevralın 4-ü və 5-i vertolyotlar bizə çörək gətirdi. Fevralın 9-da, sonuncu dəfə isə fevralın 13-də bizə baş çəkdilər. Fevralın 13-dən sonra Xocalı yandırılmağa başlayana qədər, dəfələrlə vəd olunmasına baxmayaraq, bizə baş çəkən olmadı. Hər gün bizə vəd olunurdu ki, bu gün-sabah yollar açılacaq, Xocalıya vertolyot göndərərik... Amma bütün deyilənlər yalan idi. Bizim xarici aləmlə bütün əlaqələrimiz kəsilmişdi. Təcrid olunmuş halda yaşayırdıq, amma dözdük.

Fevralın 23-də mən kəndin çörək sexinin anbarında qalan axırıncı un kisələrinin ağzını açdırdım. Hər ailəyə insan sayından asılı olaraq 1-2 kiloqram un payladıq ki, acından ölən olmasın. Fevralın 24-də Ağdamda yerləşən Respublika Qərargahına və lazımi yerlərə məlumat verdik ki, "ermənilər Sumqayıtın ildönümü münasibətilə Xocalını məhv edəcəklər. Artıq əməliyyat hazırdır. Bizi xilas edin. Vetolyot göndərin, heç olmasa qadınları və uşaqları çıxardaq". Bu məlumatı bizə əsir düşmüş erməni əsgəri vermişdi.

Məlumat verməyimizə baxmayaraq, heç bir tədbir görən olmadı. Fevralın 25-də axşam saat təxminən 20:30-da Xankəndidəki 366-cı Sovet ordusunun polkuna məxsus hərbi texnika, zirehli texnika, PDM-lər, tanklar vasitəsilə Xocalı mühasirəyə alındı. O zaman, yəni fevralın 25-də Xocalıda ən azı 3 minə qədər adam vardı. Mühasirə əməliyyatı 2 saata qədər davam etdi. Gecə saat 22:30-da atəş başladı.

Bizdə həmin texnikanı vurmaq üçün silah yox idi. Demək olar ki, silahsız idik. Həm də Ağdam, Şuşa tərəfdən erməni mövqeləri atəşə tutulmalı idi. Bəlkə onların başları qarışardı və biz bir neçə saat vaxt qazanıb, camaatı mühasirədən çıxara bilərdik. Biz qeyrətimizə sığışdırıb, qaça bilməzdik. Düşünürdük ki, bəlkə bizi qorxutmaq üçün mühasirəyə alıblar. Amma atəş başlayanda, hiss etdik ki, bizi məhv edəcəklər. Atəş eyni zamanda bütün hərbi texnikadan başladı. Həmin an sanki yer-göy lərzəyə gəlmişdi. Tərpənmək mümkün deyildi. Başladılar kəndi yandırmağa. Bizim kəndin ətraf hissəsində taxta, fin evlər vardı. Həmin evlər yandırıldı. Həmin zaman həm Milli Ordunun döyüşçüləri, həm milis işçiləri, həm də camaat layiqli müqavimət göstərdi. 2 saata qədər döyüş getdi. Nə qədər igid oğullarımız döyüş meydanında şəhid oldu.

-Xocalıda insanların qırıldığı bir vaxtda, Azərbaycan televiziyasında məlumat verirdilər ki, Xocalıda ermənilərin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu məlumatı eşidəndə siz nə hiss edirdiniz?
-Qəribə burasında idi ki, erməninin bir toyuğuna daş atanda, götürür uçan bir binanı çəkib dünyaya göstərir ki, bizi qırırlar, kömək edin. Özləri bizim milləti qırıb, sonra da çəkib dünyaya göstərirlər ki, qırılan bizik. Biz qırıldığımız halda öz faciəmizi heç kimə göstərmək istəmirik. Bilmirik, xalqın bu faciəsini gizlətmək o zaman kimə lazım idi? Biz Azərbaycan Televiziyasının xəbərlərində "Xocalıya hücum zamanı 2 nəfər həlak olub və ermənilər geri oturdulub" informasiyasını eşidəndə məəttəl qalırdıq. O zaman Xocalıda minə qədər adam qırılmışdı, 300 nəfərdən çox əsir düşmüşdü, 200-dən çox insan yaralı halda Ağdama gətirilmişdi. Amma həmin vaxt televiziya tam başqa məlumat verirdi.

Həmin vaxt Xocalıda sağ qalan insanları, qadınları, qocaları, uşaqları qışın günündə, buzlu çaydan keçirtdik. Meşədən, qarın içi ilə təxminən 10 kilometrdən çox yol gətirdik. Özü də gecə vaxtı. Səhər açılanda Ağdamın 2-3 kilometrliyində idik. Təəssüflər olsun ki, bizim qabağımıza köməyə gələn olmadı. Biz də açıqlıq sahəyə çıxdıq. Artıq hava da işıq idi. Orada meşə qurtarmışdı. Demə, ermənilər hərbi texnikalarını yüksəkliklərdə qurub, bizi gözləyirmişlər. Bizi kütləvi sürətdə qırmağa başladılar. Qadınları, uşaqları, qocaları, xəstələri, hamını qırdılar. Körpə uşaqların ağzına doldururdular güllələri. Heç faşizm belə olmayıb. Bu, erməni faşizmidir. Demə, dünyada erməni faşizmindən dəhşətli faşizm olmazmış. Biz onu gözümüzlə gördük.

-Dağlıq Qarabağda Xocalı yeganə strateji obyekt idi ki, orada aeroport vardı.
-Aeroport hazırda ermənilərin əlindədir. Xocalı elə strateji mövqe idi ki, Azərbaycan onu saxlaya bilsəydi, erməni heç zaman Qarabağı ala bilməzdi. Xocalı Qarabağın onurğa sütunu idi. Ərazidə aeroport, dəmir yolu, şose vardı. 6-7 min əhalisi olan Xocalı 70 min əhalisi olan Xankəndi ilə bütöv Əsgəran zolağının arasını kəsmişdi.

-Bizim dərdimizin əsas səbəbini nədə görürsünüz?
-Xocalı faciəsinin səbəbi həmin vaxt respublikada gedən yersiz, düşüncəsiz hakimiyyət mübarizəsi oldu. Biz respublikada 1 prezident olar. Xalq 1 nəfəri seçər, o da ölkəni ağılla idarə edər. Amma kimin kim olduğu bilinmir. Bilmirik kim düz deyir, kim yalan. Heç kimin məqsədi bilinmir. Biz bilmirik ki, Xocalı faciəsini kimin boynuna ataq. Bilmirik bunu o adamların boynuna yazaq ki, onlar prezidentin kürsüsünü daha da laxlatmaq üçün, onlara verilən vəzifələrdən istifadə edərək, bizi güdaza verdilər. Bilmirik, bunu prezidentin boynuna yazaq ki, o gələcəkdə həmin adamları günahlandırmaq üçün bizi qırdırdı. Bilmirik, Müdafiə Nazirliyini günahlandıraq. Biz bilmirik bu faciəmizi kimin boynuna yazılacaq? Bilmirik, gələcəkdə tarix kimi günahlandıracaq.


Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 366-cı alayda qulluq edən 3 hərbçi ilə müsahibəsi.

Nə baş verib, hadisə necə olub? Ümimiyyətlə siz Dağlıq Qarabağa necə gəlmisiniz?

Bizi Gəncəyə göndərdilər. Zabit dedi ki, burada xidmət edəcəksiniz.

Neçə müddətdir ki, xidmət edirsiniz?
Yarım ildir.

Xidmətinizin əvvəlindən buradasız?
Bakıdayıq.

Bəs sonra?
Sonra bizi Stepanakəndə ezamiyyətə göndərdilər.

Bakıdan göndərdilər?
Hə.
Bakıda hansı hərbi hissədə olmusunuz?
04592 saylı hərbi ordu hissəsində

Sizi Bakıdan Stepanakəndə birbaşa göndərdilər?
Əvvəl bizi maşınla Gəncəyə apardılar. Sonra oradan vertalyotla Stepanakəndə.

Bəs orada hansı hərbi hissəyə düşdünüz?
Fevralın 5-də bizi 366 saylı motoatıcı alaya verdilər.

Orada nə olmudu ki?
Bizə zabit dedi ki, fevralın 15-ə kimi burada xidmət etməlisiniz. Orada maşınları və texnikanı hazırlamaq lazım idi. Mən orada fevralın 15-ə kimi xidmət çəkdim. Amma polkovnik-leytnant dedi ki, biz hərbi xidmətimizi bundan sonra da burada davam etdirəcəyik. Mən qaçmaq istəyirdim.

Alayda yeyib-içmək verirdilər? Orada ümumi abu-hava necə idi?
Bizə az yemək verirdilər.

Bu alay hansısa döyüş tapşırıqlarında iştirka edirdi?
Orada BTR-lər, tanklar vardı.

Onlar hansısa əməliyyata çıxırdılar?
Bəli. Amma mən bilmirəm onlar harada döyüşürdülər.

Orada gizirlər ancaq ruslar idi?
Ruslar da vardı, ermənilər də. Ermənilər ancaq gizirlər idi. Qalanları rus idi.

Rəfixanım. Daşbulaq kənd sakini, uşaq

Bizi ermənilər qovdular. Meşədə qaçanda 3 gün qarın içində qaldığım üçün ayağım dondu.

Mürvət. Xocalıdan. Uşaq.

Həmişə kəndimizi raketlə vururdula.r Həmişə bizi atəşə tuturdular. Fevralın 25-dən 26-na keçən gecə yenə başladılar atmağa. 22-da doldular Xocalıya. Başladılar camaatı güllələməyə. Biz evdəydik. Evimizi mühasirəyə aldılar. Bizi əsir götürdülər. Bizi Əsgərana gətirdilər. Orada bizi dəyişdilər. Kişiləri möhkəm döyürdülər.

Əhməd, Xocalıdan uşaq.

Əlim Xocalıda yaralandı. Gecə evdəydik. Ermənilər gəldilər, bizi mühasirəyə aldılar. Əlimi də avtomatla yaraladılar.

Xocalıdan qadın.

Altı uşağım var. 5 oğlan, 1 qız. Gecə evi mühasirəyə aldılar. Yoldaşımı vurdular. Evə girdilər. Evə qazı doldurdular, istədilər partlatsınlar. Uşaqlar başladılar yalvarmağa ki, bizi öldürməyin. Ona görə bizi yandırmadılar. Evimizdə olan-olmazı apardılar. Bizi də apardılar Əsgərana. Orada bizi meyidlərlə dəyişdirdilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11809   Tarix: 26 fevral 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814