Qarunun əhvalatı

Qarunun əhvalatıMənbə: http://zikr.az

Uca Allah Qurani Kərimdə insanlara ibrət olsun deyə Qarunun əhvalatı haqda xəbər verir. Allah buyurur: "Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: "(Var-dövlətinlə) öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir".

Qarun dedi: "Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir". Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).

(Bir gün) Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: "Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir".

Elm verilmiş kəslər isə dedilər: "Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar".

Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.

Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: "Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!"

Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir.

Kim Qiyamət günü yaxşı əməl gətirsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər" (əl-Qasas, 76-84).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2808   Tarix: 29 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən böyük məscidlərindən birinin açılışı oldu - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub. Məscidin tikintisi üç il davam edib. Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılış

12.08.2022 5171
.

Mübarək Ramazan ayının ilk gecəsi nələr edilir?

Müqəddəs Ramazan ayı – orucun vacib olduğu aydır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Axşamdan müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. BİG.AZ oxucuları bu gecənin əməlləri barədə məlumatlandırmaq istəyir. Niyyət axşamı nə etməli?. Bu gecə müqəddəs Ramaza

01.04.2022 9191
.

Şəhid evində İFTAR

Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq, onlara "siz də iftar açın" deyərək ülvi hisslər oyandırmağa çalışırlar. Amma. Elə ailələr də var ki, bu gün onların başçılar

07.04.2022 6670
.

"Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin

Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları

08.08.2022 4826
.

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər? - CAVAB inanılmaz

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir

18.06.2022 6450
.

Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor

Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. Bu barədə -

12.04.2022 6844
.

İftar üçün dadlı reseptlər

Bu gün Ramazan ayının 29-cu günüdür. BİG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:. Tərəvəzli, makaronlu şorba. Ərzaqlar:. Kök - 1ədəd. Yaşıl bibər - 1 ədəd. Pomidor - 1 ədəd. Kartof - 2 ədəd. Soğan - 1 ədəd. Makaron - 1 armudu stəkan. Yağ - 2 xörək qaşığı. Toyuq filesi - 200 qr

01.05.2022 5003
.

Ərdoğandan Aşura paylaşımı

"Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəl

08.08.2022 5203
.

Əl-Əqsa məscidində bayram namazı qılınıb - VİDEO

Minlərlə müsəlman Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Əqsa məscidində bayram namazı qılıb. Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, bayram namazında təxminən 120 min insan iştirak edib. Bayram namazından sonra dualar oxunub, ehtiyaclı müsəlmanlara zəkat paylanılıb. ( )

21.04.2023 3492