Çarli Çaplinin qaraçı olduğunu sübut edən məktub tapılıb

Çarli Çaplinin qaraçı olduğunu sübut edən məktub tapılıbDahi aktyor Çarli Çaplin qaraçı olub və alaçıqda doğulub. ANS PRESS-in məlumatına görə, onun avtobioqrafiyasının yeni detalları, BBC radiosunun efirində ona həsr edilmiş verilişdə açıqlanıb.

İndiyədək hesab edilirdi ki, Çaplin 1889-cu ildə Londonun cənub-şərqində, Sautuork rayonunda doğulub. Onun valideynləri müzikl –xollun artisləri, müğənnilər böyük Çarlz Çaplin və Xilldə doğulmuş Xanna Çaplin olub. Lakin, Çaplinin uşaqlarının onun yazı masasından tapdıqları məktub, aktyorun İngiltərənin mərkəzində yerləşən Birminqem ətrafında, Smetuik şəhərinin yaxınlığında yerləşən Black Patch adlanan məkanda dünyaya göz açdığını fərz etməyə imkan verir. Aktyorun doğulduğu qaraçı alaçığı, hansısa "qaraçı kraliçası" ləqəbli bir qadına məxsus olub və bu qadın onun anasının qohumu olub.

Son illərini isveçrənin Montre şəhərində keçirən Çarli Çaplin, 70-ci illərin əvvəllərində İngiltərədən məktub alır. Məktubun müəllifi Cek Xill özünü Çaplinin yaxın qohumu kimi təqdim edib. Aktyorun bioqrafiyasından onun Londonda doğulduğunu öyrənən fərz etdiyimiz uzaq qohum, bu faktı yoxlamaq qərarına gəlib.

Cek yazırdı, -"Salam, Çarli! Əgər sən də mənim kimi alaçıqda doğulmağını bilmək istəyirsənsə deyim. Bu yaxşı alaçıq idi, qaraçı kraliçası adlanan mənim xalama məxsus idi. Sən Smetuikedə yerləşən Black Patcdə doğulmusan. İki il yarımdan sonra mən də orada doğulmuşam. Sənin anan sonralar atanın sirki ilə birlikdə çıxıb getdilər və Londonda məskunlaşdılar. Amma harasında – mən bilmirəm."

Müəllif sonda inandırmağa çalışır ki, bu məktubu məlumatın əvəzində pul tələb etmək üçün deyil, sadəcə qohum olduqlarına görə yazıb.

Çarli Çaplinin oğlu Mayklın sözlərinə görə, onun atası bu məktubu yazı stolunda gizlədirdi. Komediya aktyoru qondarma tarixçələrlə dolu çoxlu məktub alırdı, amma onları elə o an məhv edirdi. Cek Smitdən gələn məktubu isə qoruyub saxlayıb. Maykl Çaplinin fikrinə görə, bu məktub onun atası üçün böyük əhəmiyyət daşıyırdı. Buna görə də aktyorun oğlu hesab edir ki, məktubda danışılan tarix doğrudur.

Radioverilişin müəllifləri ehtimallar edirlər ki, Çarli Çaplinin köçəri kökü onun balaca avara artist obrazının formalaşmasına təsir edib.

Qadağan edilmiş stol, 1991-ci ildə artistin sonuncu həyat yoldaşı Una vəfat etdikdən sonra Çaplinin uşaqlarına çatıb. Varislər stolun siyirməsinin qıfıllarını sındırmaq üçün çilingər çağırıblar və bu məktubu o zaman tapıblar. Bu məktub Çaplinin uşaqlarının aktyora məxsus evdə açmaq istədikləri muzeyin eksponatlarından biri olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8291   Tarix: 02 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

09:58 0
.

Doğma qızına 18+ videolar göstərirmiş...

Azərbaycanda daha bir dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soya

15.04.2024 490
.

39 yaşlı azərbaycanlı müğənninin toyudur: "Nişanlımla "TikTok"da oyun oynayaraq tanış oldum" - VİDEO

"7-17" mahnı müsabiqəsi ilə ölkədə məşhurlaşan müğənni Xəyalə Manaflı nişanlanıb. xəbər verir ki, bu barədə sənətçi ATV-nin efirində yayımlanan "Günaylı gün" verilişində deyib. 39 yaşlı sənətçi bildirib ki, nişanlısı Nurlan Rzayev ilə iki gündən sonra toyudur. Müğənni qeyd edib ki

15.04.2024 1137
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15.04.2024 301
.

Rəisi Pakistana gedir

İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. Qeyd edilib ki, İbrahim Rəisinin səfəri aprelin 22-nə planlaşdırılıb. İki günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, o cümlədən ikitərəfl

15.04.2024 171
.

Gəncədə şagird bıçaqlandı

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib. Faktla bağl

14:11 0
.

Tokayev Ermənistana gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana gedib. BİG.AZ xəbər verir ki, prezidenti ölkənin Baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb. Səfər çərçivəsində Tokayev Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək

15.04.2024 188
.

Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər: Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib. Bu barədə o, -ə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər. "12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbin şagirdi idim. Məni istəmişdilər

11:38 0
.

"Valideynlərim 3 il məni heç kimə göstərməyiblər"

"Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq məsələsi də var. Mən dünyaya gələndə valideynlərim 3 il məni heç kimə göstərməyiblər". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi sosial şəbkədə paylaşdığ

12:34 0