5000 yaşlı sağlamlıq resepti

5000 yaşlı sağlamlıq resepti1972-ci ildə YUNESKO-nun ekspedisiyası Tibet monastırlarında araşdırma zamanı 5 min il yaşı olan qədim lövhədə bir resept tapıblar. Burada orqanizmi təmizləmək üçü sarımsaqlı cövhərin hazırlanması yazısı var idi. Bu eliksir damarları açır, ürəyi qüvvətləndirir, orqanizmdə yığılıb qalmış bütün zərərli maddələri çıxarır, bədəni 10 yaş cavanlaşdırır, hətta müxtəlif şiş xəstəlikləri ilə də mübarizə aparır. Ekspertlər bu reseptin effektivliyini yoxlayıblar və artıq 40 ildən çoxdur ki, Tibet eliksiri insanlara məlumdur.

Eliksirin oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq, hazırlanma qaydasını təqdim edirik.

360 q. sarımsaq yuyulur, xırda doğranır, gil və ya taxta qabda qaşıqla əzilir (bu şərtlər mütləqdir). Üzərinə 200 q. 96 %-lik spirt və ya yüksək keyfiyyətli araq tökülüb, ağzı bağlanır. 10 gün qaranlıq, sərin yerdə saxlanılır. Sonra məhlul tənzifdən süzülür, daha 2 gün saxlanılıb, istifadəyə başlanılır. Eliksirin qəbul sxeminə əməl olunmalıdır. Hər gün səhər acqarına 50 ml. soyuq südə damcıladıb qəbul edilir. Bir kursu keçdikdən sonra bir daha təkrar etmək üçün azı 3 il gözləmək lazımdır. Həkiminizlə məsləhətləşib, daxili xora, yara və qanaxma olduqda bu reseptə əməl edin.

Doza cədvəli:

1-ci gün: səhər: 1-2 damcı, günorta: 2 damcı, axşam: 3 damcı

2-ci gün: səhər: 4 damcı, günorta: 5 damcı, axşam: 6 damcı

3-cü gün: səhər: 7 damcı, günorta: 8 damcı, axşam: 9 damcı

4-cü gün: səhər: 10 damcı, günorta: 11 damcı, axşam: 12 damcı

5-ci gün: səhər: 13 damcı, günorta: 14 damcı, axşam: 15 damcı

6-cı gün: səhər: 15 damcı, günorta: 14 damcı, axşam: 13 damcı

7-ci gün: səhər: 12 damcı, günorta: 11 damcı, axşam: 10 damcı

8-ci gün: səhər: 9 damcı, günorta: 7 damcı, axşam: 6 damcı

9-cu gün: səhər: 6 damcı, günorta: 5 damcı, axşam: 4 damcı

10-cu gün: səhər: 3 damcı, günorta: 2 damcı, axşam: 1 damcı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2327   Tarix: 26 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493