Qərarımda qətiyəm ailə qurmayacam - MÜSAHİBƏ - FOTO

BiG.AZ teleaparıcı Kəmalə Piriyevanın müsahibəni təqdim edirik:

- Kəmalə xanım, aparıcısı olduğunuz "Piknik" verilişi bu mövsümlük başa çatdı. Digər verilişlər tətildən qayıdıb yeni mövsümə başlayır, siz isə əksinə, mövsümə indi xitam verirsiniz. Bu tərs mütənasiblik nə ilə əlaqədardır?

- Bu mövsüm kifayət qədər işlədik. Çəkilişlərimiz çox oldu. Tətilə məhz indi çıxmağımıza elə də bir səbəb yoxdur. Lakin deyə bilərəm ki, verilişin formatı da buna qismən təsir etdi.

- Son zamanlar xəbər portallarında şəkilləriniz paylaşıldı və açıq-saçıq adıyla təqdim olundu. Buna münasibətiniz necədir?

- Bu mənim üçün anlaşılmaz haldır. Yazırlar ki, teleaparıcının ayağı göründü, belə dayandı və s. Burada qeyri-normal nə var ki? Mən həmişə öz geyim tərzimi bilmişəm. Həddindən artıq açıq-saçıq geyimlərdən istifadə etməmişəm. Kimin üçünsə qısa görünə bilər, mənim üçün normaldır.

- Efirdən kənarda necə geyinirsiniz bəs?

- Sərbəst geyinirəm. Mən rahat olmağımı istəyirəm, heç kim mənim geyimimə müdaxilə edə bilməz. Necə ki, mən heç kimin geyiminə, şəxsi həyatına qarışmıram.

- Şəxsi həyatdan söz düşmüşkən, hələ də subaylıqdır? Bir müddət əvvəl heç vaxt ailə qurmayacağınızı demişdiniz. Bu qərarınız qüvvədən düşməyib ki?

- Xeyr, düşməyib. Qərarımda qətiyəm.

- Ümumiyyətlə, həyatınızda "havalar" necədir?

- Hal-hazırda həyatımda bir "qasırğa" qopmaqdadır.

- Bu nə ilə əlaqədardır? Bəlkə, depressiyadasınız?..

- Depressiyaya düşdüyüm məqamlar olur. Amma özüm-özümü vəziyyətdən çıxartmağı bacarıram.

- Bunu necə bacarırsınız?

- Tənhalığa çəkilməklə, şəhərdən uzaqlaşmaqla.

- Həm tanınmış adamsınız, həm də gözəl və cazibədar… Maraqlıdır, yolda getdiyiniz zaman arxanızca düşüb, söz atmaq istəyənlər olur?

- Bəlkə də buna cəhd etmək istəyənlər olub, amma mənim auram, davranışlarım, bəlkə də onları qorxudur (gülür).

- Ümumiyyətlə, sizcə, gözəlliyinizlə kişi nəzərini özünüzə "darta" bilirsiniz?

- Bu ifadə çox səslənsə də, deyəcəm. Mən tam səmimi deyirəm ki, özümü gözəl hesab etmirəm. Sadəcə olaraq, "şirinliyim" var, bəlkə, ona görə diqqətləri tez öz üzərimə çəkirəm.

- "Sonuncu fəsil" serialı da sizin üçün kifayət qədər uğurlu oldu. Çəkilişlər davam edir?

- Bəli, özümü aktrisa kimi də sınadım. Tamaşaçıların da rəyinə əsasən demək olar ki, işimin öhdəsindən gələ bildim (gülür).

- Aktrisalıq qabiliyyətinizi serialdan savayı harada sınamısınız?

- Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini oynamışam. Görək də, xeyirlisi, yəqin, axırıncı yox, axarıncı olar…

Qərarımda qətiyəm ailə qurmayacam - MÜSAHİBƏ - FOTOQərarımda qətiyəm ailə qurmayacam - MÜSAHİBƏ - FOTOQərarımda qətiyəm ailə qurmayacam - MÜSAHİBƏ - FOTOQərarımda qətiyəm ailə qurmayacam - MÜSAHİBƏ - FOTOQərarımda qətiyəm ailə qurmayacam - MÜSAHİBƏ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5250   Tarix: 27 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Az qalıram stolu götürüb başına çırpım"- Kamil Zeynallı ilə SƏMİMİ MÜSAHİBƏ

tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı ilə müsahibəni təqdim edir:. Bu gün kifayət qədər tanınırsınız. Hər bir kəsə maraqlı olardı Kamil Zeynalı necə məşhurlaşdı?. Ümumiyyətlə, heç vaxt keçmişimi danan insan olmamışam.Mənim keçmişimdə, kasıb vaxtımda əlimdən tutan adamı cəmiyyətdə, ictimaiyyətd

22.11.2019 8851
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471