İŞİD-in hakimiyyəti altındakı qadınların həyatı - VIDEO

İŞİD-in hakimiyyəti altındakı qadınların həyatı - VIDEORaqqadan olan suriyalı bir qadın 18 ay əvvəl İŞİD tərəfindən işğal olunan şimal şəhərlərindəki gündəlik həyatı gizlicə videoya çəkib.

Videonun fevral-aprel aylarında çəkildiyi güman edilir. Videoda küçələrdə hərəkət edən silahlı qadın və kişilər gözə dəyir. Çiynində kalaşnikov avtomatı olan bir qadın əlində uşaqla oyun baxçasına daxil olur.

Bir an yaxınlıqdakı maşında əyləşən kişilər video çəkən qadına yaxınlaşıb onu tənbeh eləməyə başlayırlar:

- Ey, bura gəl! Sən camaat arasında özünü daha yaxşı aparmalısan
- Nə olub ki?
- Biz sənin üzünü görürük.
- Doğurdan? Mən çox üzr istəyirəm. Deyəsən, mənim niqabım şəffafdı. Bağışlayın.
- Sən onu taxanda diqqətli olmalısan. Allah qapalı qadınları sevir.
- Başa düşdüm. Oldu.

Şəhərdə niqabla gəzmək, ibadət etmək məcburidir, musiqi, əyləncə qadağan edilib. On minlərlə suriyalı qadın, kişi bu qəbildən olan müxtəlif qadağalar altında əziyyət çəkir.

Sonra qadın internet kluba daxil olur və burada o, Fransadakı ailə üzvləriylə danışan qadınları lentə alır. Kompüterlərin arxasındakı qadınlar fransızca səlis danışırlar.

Qadınlar onları ümidsüzcəsinə geriyə - Fransaya çağıran ailə üzvlərini inandırmağa çalışırlar ki, onlar burada xoşbəxtdirlər və qayıtmaq fikirləri yoxdur. Qadınlardan biri valideynini xəbərlərdə göstərilənlərə inanmamağa çağırır:

"Ana, mən sənə açıq-aydın deyirəm, mən qayıtmayacam. Sən birdəfəlik bunu beyninə yerləşdir, mən qayıtmıram. Mən bura gəlmək üçün boş yerə risk eləməmişdim ki, yenidən Fransaya qayıdım. Ana, mən ona görə qayıtmaq istəmirəm ki, buradakı həyatım daha yaxşıdı. Göz yaşı tökməklə, qorxmaqla heç nə əldə eləyə bilməzsən. Televizorda göstərilənlərin hamısı yalandı. Başa düşürsənmi? Mən and içirəm, yalandı hamısı. Anlayırsanmı? Onlar hər şeyi şişirdirlər".

Video bu həftə Fransanın France 2 telekanalında nümayiş olunub. Telekanalın açıqlamasına görə, qadınların çoxu Suriyaya döyüşən ərlərinə görə, ya da evlənmək üçün gəlirlər. Suriyada militant radikal qruplaşmalar daxilində təxminən 150 fransız qadının olduğu güman edilir.

ann


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3429   Tarix: 27 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390