Bu xəstəliyi Azərbaycan həkimləri uydurub

Bu xəstəliyi Azərbaycan həkimləri uydurub"Azərbaycanda dəqiq diaqnoz qoya bilmirlər. Orada xərçəng diaqnozunun qoyulduğu xəstələrin çoxunda bu xəstəlik aşkar edilmir".

Bu sözləri İstanbulun "Neolife" Tibb Mərkəzində çalışan və bir müddət əvvəl ölkəmizdə işləmiş türkiyəli cərrah Hamdi Koçər Azərbaycan səhiyyəsinin durumundan danışarkən dedi.

Türkiyəli tanınmış həkim qeyd etdi ki, Bakıda xərçəng xəstəliyi diaqnozu qoyulmuş yüzlərlə xəstəni əməliyyatsız, yalnız müalicə yolu ilə sağaldıb:

"Bakıdakı insanlara həkimlik etmək mənim üçün qürurvericidir. Oradakı xəstələr məndən çox razı idi. Çünki Azərbaycanda xəstələrin əksəriyyəti öz xəstəlikləri haqqında düzgün məlumat ala bilmirlər. Cəmiyyətdə böyük məlumatsızlıq var".

Həkim bildirdi ki, xüsusilə qadınlara süd vəzi ilə bağlı yanlış diaqnozlar qoyub həyatlarını məhv edirlər:

"Bakıda qadınlar süd vəzi xəstəlikləri ilə bağlı az məlumatlıdır. Azərbaycanda həkimlər mastopatiya adlanan və heç bir ölkədə olmayan, tamamilə yalançı bir xəstəlikdən danışır. Qadınları bu xəstəliklə qorxudur, əməliyyat edir, süd vəzilərini kəsirlər, olduqca bahalı, kimyəvi dərmanlar yazırlar. Mən ora ilk gəldiyim gündən mənə müraciət edən bütün qadınlara başa salırdım ki, mastopatiya adlı xəstəlik yoxdur. Olmayan xəstəliyi necə müalicə etmək olar? Mastopatiya müalicəsi, dərmanı və əməliyyatı olmayan süd vəzisinin təbii halıdır. Ancaq sizin ölkədə bunu da əməliyyat edir, insanlarda olmayan xəstəlik yaradırlar. Dünyada mastopatiyadan ölən bir nəfər də insan yoxdur".

H.Koçərin fikrincə, Azərbaycanda həm Ultrasəs (UZİ), həm də patologiya həkimlərinin təhsili kifayət qədər olmadığı üçün xəstələrə səhv diaqnozlar qoyulur: "Diaqnoz yanlış olduğu üçün də müalicənin doğru olma ehtimalı yoxdur".

Türkiyəli həkim Azərbaycanda patologiya hesabatlarının xəstələrə verilməməsindən də danışdı. Qeyd etdi ki, xəstə öz xəstəliyinin əlamətləri barədə məlumatlı olmalıdır:

"Xəstələrə patologiya hesabatları mütləq verilməlidir. Mən orada çalışdığım müddət ərzində çox istədim ki, xəstələrə öz xəstəliklərinin əlamətləri haqqında sənəd verim. Çünki bu xəstənin mütləq haqqıdır ki, əgər xərçəngdirsə, bunun əlamətlərini bilsin. Ancaq vermirlər. Çünki Azərbaycanda həkimlər analizlərinə güvənmirlər, güvənsəydilər, verərdilər".

ailem


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2762   Tarix: 26 sentyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598